Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-439/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı (bundan sonra MMC) Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə 2018-ci ilin noyabr ayında 2377 manat, 2018-ci ilin dekabr ayında 7733,8 manat və 2019-cu ilin yanvar ayında 2494,8 manat olmaqla, cəmi 12605,60 manat artıq hesablanmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı X4 tərəfindən xx xxxx 2013-cü ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq, sahibkar qismində fəaliyyət göstərməsi üçün ********** saylı VÖEN verilmiş, hüquqi ünvanı ünvan 1 fəaliyyət göstərdiyi ərazi Lənkəran rayon “Ləvəngi” avtovağzalının Bakı-Astara şosse istiqamətinin təxminən 350-400 metrliyində, Lənkəran rayonunun Digah kəndində yerləşir. Cəmiyyət ölkə üçün strateji məhsul hesab edilən çörək istehsal etməklə, istehlakçıların gündəlik təlabatının ödənilməsinə xidmət edir. İddiaçı MMC ilə Cavabdeh İB arasında xx.xx.2018-ci ildə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” MAX-310 saylı müqavilə bağlanmış, qeyd olunan müqavilənin şərtləri tərəfimizdən tam əməl edilmiş, istehlak etdiyi qazın dəyəri hər ay vaxtı-vaxtında ödənilmişdir. xx.xx.2018-ci ilə kimi təqdim edilən elektron qaimə əsasında istehlak olunmuş təbii qazın dəyəri, yəni 514 manat ödənilmiş, noyabr ayının son 10 günü üçün abonent koduna 2377 kub metr qaz sərfiyyatı hesablanmışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində Lənkəran RQİİ-nin Lənkəran Xidmət sahəsinin satış şöbəsinin rəisi Elmir Axundov cəmiyyətin fəaliyyət göstərdiyi sahəyə gəlib, cəmiyyətə məxsus sayğacın deyəsən işləməməsini, Cavabdeh məlumat verilməklə əməkdaşlarının sayğaçı yoxlamalarını bildirmişdir. Bu barədə dərhal cavabdeh təşkilata məlumat verilmişdir. Nəhayət xx.xx.2019-cu ildə Cavabdeh İB-nin və Lənkəran Xidmət sahəsinin nümayəndələri müəssisəyə gəlib qaz sayğacına baxış keçirmiş, qaz xətti üzərində quraşdırdıqları G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacını “sayğacın rotorlarının kiplənib sıradan çıxması” adı altında çıxardıb, əvəzinə müvəqqəti olaraq G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacını quraşdırmışlar. Qaz sayğacının çıxarılması və yenisinin əvəz edilməsi Cavabdeh İB-nin nümayəndəsi olan böyük mühəndis Elxan Babayev və Lənkəran RQİİ-nin işçiləri Zaur Tarverdiyev və Emil Nəsirli tərəfindən müvafiq olaraq ******* və ******* saylı aktlar tərtib edilmiş, həmin aktlarda xəttin üzərindəki G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacı şəbəkədən çıxarılan zaman onun üzərində hər hansı xəsarət və ya müdaxilə faktının olması barədə hər hansı qeyd olmamışdır. Adı çəkilən şəxslərin G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacını “sayğacın rotorlarının kiplənib sıradan çıxması” adı altında tərtib etdikləri ******* saylı akta əsasən cəmiyyətə 7733,79 manat əlavə sərfiyyat hesablanmış, həmin borc xx.xx.2019-cu il tarixdə göndərilən EAAP seriyalı 179400 saylı elektron qaimədə öz əksini tapmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə dəfələrlə aidiyyəti üzrə müraciətlər olunsa da, AR İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti və X1 Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli məktubunda şikayətimizin xx.xx.2019-cu il tarixli məktubla AR Energetika Nazirliyinə göndərilməsi bildirilmişdir. Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli məktubunda isə şikayətimiz baxılması üçün X5 İstismar İdarəsinə göndərilməsi bildirlmişdir. AR Energetika Nazirliyinin Enerji X2 Lənkəran Filialının xx.xx.2019-cu il tarixli məktubunda isə göstərilən iradlara aydınlıq gətirilməsi üçün aidiyyəti üzrə X6 İstismar İdarəsinə göstərişlər təqdim olunduğu, həmin idarənin müraciətinə Cavabdeh İB tərəfindən verilən cavabın nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirlmişdir. İddiaçının çoxsaylı şikayətlərindən sonra müəssisəyə təbii qazın verilməsi xx.xx.2019-cu ildə dayandırılmış, bu barədə dəfələrlə şikayət etsək də nəticəsi olmamış, yekunda isə cəmiyyətə məcbur olaraq 2500 manat ödəniş etdirməklə, qalan 13008,60 manat borcun 3 ay müddətində ödənilməsi barədə iltizam aldıqdıqdan sonra qazın verilməsi bərpa edilmişdir. Məhz cəmiyyətdən qeyd olunana formada iltizamı aldıqdan sonra AR Energetika Nazirliyinin Enerji X2 Lənkəran Filialı xx xxxxx 2019-cu il tarixli məktubunda şikayətə baxılmamış saxladı. Eləcədə, tərtib olunmuş aktın və digər sənədlərin surəti verilməmişdir. Obyektə quraşdırılmış qaz sayğacı müəssisənin şəxsi vəsaiti hesabına alınmaqla, elə cavabdeh təşkilatın əməkdaşları tərəfindən orada yeni quraşdırılmış, həmin vaxt sayğaca görə hər hansı formada irad bildirilməmişdir. Cavabdehin əməkdaşları hər ay sayğaca baxış keçirməklə hər hansı formada qüsur aşkar etməmişlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə 2014-cü ilin iyul ayında 2262,6 manat, 2015-ci ilin noyabr ayında 1267 manat, 2018-ci ilin noyabr ayında 2377 manat, 2018-ci ilin dekabr ayında 7733,8 manat və 2019-cu ilin yanvar ayında 2494,8 manat olmaqla, cəmi 16135,2 manat artıq hesablanmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və 50000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, sayğacdan kənar təbii qazın istifadəsinə görə hesablanmış cərimə tam şəkildə ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; - "İddiaçı" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” MAX-310 nömrəli müqavilədən müəyyən olunur ki, Bakı-Astara şosse istiqamətinin təxminən 350-400 metrliyində, Lənkəran rayonunun Digah kəndində yerləşən qeyri-yaşayış sahəsinə G-65 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* və ******* nömrəli aktlardan görünür ki, xətt üzərindəki G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacına baxış keçirilən zaman sayğacın rotorlarının kiplənib sıradan çıxması səbəbi ilə şəbəkədən çıxarılmış həmin vaxt sayğacın üzərində hər hansı xəsarət və ya müdaxilə faktı aşkar olunmamışdır. - "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, "İddiaçı" MMC xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək sayğacsız fəaliyyət göstərdiyi 19 gün müddətində ümumilikdə 12670 m3 sərfiyyata görə 1267 manat borc hesablanmışdır. - "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, "İddiaçı" MMC qeyd olunan ay üzrə sayğacsız fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 11885 m3 sərfiyyata görə 2377 manat borc hesablanmışdır. - "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, "İddiaçı" MMC qeyd olunan ay üzrə fəaliyyət göstərdiyi müddətdə sayğacın təbii qazı keçirib sərfiyyatı qeyd etməməsi səbəbindən ümumilikdə 38669 m3 sərfiyyata görə 7733 manat borc hesablanmışdır. - "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Lənkəran rayonu Digah kəndi ərazisində yerləşən İddiaçı çörək sexinə məxsus G-65 markalı elster tipli 75122526 nömrəli sayğacın təbii qazı keçirib sərfiyyat qeyd etmədiyi aşkar olunmuşdur. Müəssisənin qaz sərfıyyatı qaz sayğacının işləmədiyi müddətdə müəssisədə mövcud olan işlədicilərin gücü əsas götürülərək hesablanmışdır. Eyni zamanda müəssisədə 1 ədəd Çörək bişirən qurğu - 520 kw və 1 ədəd qazan-125 kw qazdan istifadə olunduğu nəzərə alınaraq aylıq sərfiyyatın hesablanması aşağıdakı qaydada hesablanmışdır. Çörək bişirən qurğu - 520 kw - 55.9 m3 saat ; Qazan-125 kw - 13.4 m3 saat olduğu nəzərə alınaraq 55.9 x 18 (saat) x 10 (gün) = 10062 m3 + 13.4 x 18 (saat) x 10 (gün) = 12474 m3 bərabər nəzərə alınaraq yanvar ayı ərzində qaz sayğacının işləmədiyi 10 gün ərzində istehlak olunmuş təbii qaz 12474 m3 olduğu müəyyən olunaraq (12474 m3 x 0.20 = 2494,8 manat) hesablanmışdır. - "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Lənkəran rayonu Digah kəndində "İddiaçı" MMC istifadə etdiyi təbii qazın dəyərini tam ödəmədiyindən 13450.20 (on üç min dörd yüz əlli manat, iyirmi qəpik) debitor borcu olduğundan qaz təminatı qaynaq vasitəsi ilə dayandırılmış, sayğacı Elster G-65 RVG EK- 90, 75018644 nömrəli sayğacın mexaniki göstəricisi -310561 m3, Elektron göstəricisi - 325634 m3 olduğu müəyyən edilmişdir. -Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosundan müəyyən olunur ki, istehlakçı "İddiaçı" MMC-nin 2014-cü ilin iyul ayına 2262,6 manat, 2015-ci ilin noyabr ayına 1267 manat, 2018-ci ilin noyabr ayına 2377 manat, 2018-ci ilin dekabr ayına 7733,8 manat və 2019-cu ilin yanvar ayına 2494,8 manat borcu olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-ci ildə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” MAX- 310 nömrəli müqavilə bağlanaraq Bakı-Astara şosse istiqamətinin təxminən 350-400 metrliyində, Lənkəran rayonunun Digah kəndində yerləşən qeyri-yaşayış sahəsinə G-65 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. "Cavabdeh" İB tərəfindən xx.xx.2019-cu il tarixdə, xətt üzərindəki G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacına baxış keçirilən zaman sayğacın rotorlarının kiplənib sıradan çıxması səbəbi ilə sayğac şəbəkədən çıxarılmış həmin vaxt sayğacın üzərində hər hansı xəsarət və ya müdaxilə faktı aşkar olunmamışdır. Həmçinin Cavabdeh İB müəssisədə 1 ədəd Çörək bişirən qurğu - 520 kw və 1 ədəd qazan-125 kw qazdan istifadə olunduğu nəzərə alınaraq aylıq sərfiyyatın hesablanması aşağıdakı qaydada hesablanmışdır. Çörək bişirən qurğu - 520 kw - 55.9 m3 saat; Qazan-125 kw - 13.4 m3 saat olduğu nəzərə alınaraq 55.9 x 18 (saat) x 10 (gün) = 10062 m3 + 13.4 x 18 (saat) x 10 (gün) = 12474 m3 bərabər nəzərə alınaraq yanvar ayı ərzində qaz sayğacının işləmədiyi 10 gün ərzində istehlak olunmuş təbii qaz 12474 m3 olduğu müəyyən olunaraq (12474 m3 x 0.20 = 2494,8 manat) hesablanmış borcun silinməsi ilə bağlı cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasənmüddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək bildirir ki, istehlakçı tərəfindən istifadə edilən təbii qazın dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının xx.xx.2014-cü il tarixdən əvvələ yaranmış təbii qazdan istifadəyə görə edilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməlidir. Eyni zamanda cavabdeh iddiaçının təqsirindən, yəni onun bilərəkdən sayğacın rotorlarının kiplənib sıradan çıxması səbəbinə görə, təbii qazın itirilməsi əsası ilə borc müəyyən etmişdir. Bununla belə, sayğacın plomblarına müdaxilə edilmədiyi, bunsuz isə sayğacın rotorlarının kiplərinin sıradan çıxarılmasının qeyri-mümkünlüyü iş materialları, habelə məhkəmə araşdırması və bilavasitə cavabdehin nümayəndəsinin izahatları ilə təsdiq olunur. Bundan başqa məhkəmə iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilən 2015-ci ilin noyabr ayında 1267 manat, 2018-ci ilin noyabr ayında 2377 manat, 2018-ci ilin dekabr ayında 7733,8 manat və 2019-cu ilin yanvar ayında 2494,8 manat hesablanmış borc məbləğlərinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən 2015-ci ilin noyabr ayına olan 1267 manat borcu müəssisənin həmin ay ərzində 19 gün sayğacsız 12670 m3 təbii qaz istifadə etdiyinə görə müəssisənin aylıq ortalama qaz sərfiyyatına uyğun hesablanmışdır. Müəssisənin 2018-ci ilin noyabr ayı üçün 2377 manat və dekabr ayı üçün 7733,8 manat qaz sayğacının olmadığı müddət üçün təbii qaz sərfiyyatı hesablanmışdır. Qeyd olunan ilin noyabr ayında iddiaçı tərəfindən 514.8 manat ödəniş edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu məbləğ nəzərə almadan 2377 manat borc hesablanmışdır. Bundan başqa iddiaçının 2018-ci il üzrə təbii qazdan istifadə etdiyi 11 ayı üzrə ortalama sərfiyyat 15000 m3 keçmədiyi halda cavabdeh tərəfindən müəssisənin sayğacının təbii qazı keçirib sərfiyyatı qeyd edilmədiyi dekabr ayı üçün 38669 m3 sərfiyyat hesablansa da sərfiyyatın yüksək olmasına dair sonuncu hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa müəssisəyə xidmət edən sayğacın işləmədiyi 2019-cu ilin yanvar ayının 10 günü üçün hesablanmış 2494,8 manat borca münasibətdə məhkəmə bildirir ki, qeyd olunan tarixə müəssisənin həmin il üzrə ortalama sərfiyyatı nəzərə alaraq 10 gün sayğacsız fəaliyyət dövründə 12474 m3 qaz sərfiyyatı artıq hesab edildiyi müəyyən olunur. Eyni zamanda cavabdeh tərəfindən qeyd olunan tarixə sərfiyyatın artıq hesablanmasının səbəbi olaraq sayğacın təbii qaz keçirməsi ilə əsaslandırılsada, iddia olunan keçirmənin miqdarının və dəyərinin hesablanmısını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.5-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın nasaz olması və sayğacın olmadığı dövr üçün hesablanmış borcun miqdarı azaldılaraq, 2014-cü ilin iyul ayında 2262,6 manat, 2018-ci ilin noyabr ayında 1117,4 manat, 2018-ci ilin dekabr ayında 5959,4 manat və 2019-cu ilin yanvar ayında 1028,8 manat olmaqla, cəmi 10368,2 manat hissəsində silinərək iddia tələbi qismən təmin edilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə 2014-cü ilin iyul ayında 2262,6 (iki mim iki yüz altmış iki manat altmış qəpik) manat, 2018-ci ilin noyabr ayında 1117,4 (min yüz on yeddi manat qırx qəpik) manat, 2018-ci ilin dekabr ayında 5959,4 (beş min doqquz yüz əlli doqquz manat qırx qəpik) manat və 2019-cu ilin yanvar ayında 1028,8 (min iyirmi səkkiz manat səksən qəpik) manat olmaqla, cəmi 10368,2 (on min üç yüz altmış səkkiz manat, iyirmi qəpik) manat artıq hesablanmış borcun silinməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq 30 (otuz) manat İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-439/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-439/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver