Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-45/2022 04.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 108.100,78 manat məbləğində borcun ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 91.218,83 manat məbləğində borcun ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına kimi əsassız hesablanmış 97.563,40 manat məbləğində borcun ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi əsassız hesablanmış 108.100,78 manat məbləğində borcun ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlayaraq qazdan istifadə edir. Müqavilə bağlandıqdan sonra hər ayın sonunda cavabdeh tərəfindən təqdim edilmiş hesab faktura əsasında heç bir gecikmə etmədən qazdan istifadəyə görə hesablanmış pul məbləği ödənilmişdir. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən göndərilən hesab fakturalarda göstərilən rəqəmlər sayğacın göstəriciləri ilə üst-üstə düşməmiş və nəticədə 2018-ci ilin sentyabr ayında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə artıq hesablanmış və ödənilmiş qaz pulunun geri tələb edilməsi və artıq hesablanmış və ödənilməmiş borcun silinməsinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı 04.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi kommersiya kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2-2(103)- 179/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunsuz və qərəzli formada artıq borc hesablanmaqda davam edir. Belə ki, 2018-ci ilin sentyabr ayı üçün İ sayğac üzrə 32794 m3, İİ sayğac üzrə 1182 m3 qazdan istifadə edilsə də göndərilən fakturada həmin göstəricilər İ sayğac üzrə 48957 m3, İİ sayğac üzrə 1756 m3 qeyd edilmiş və bu səbəbdən də müvafiq olaraq İ sayğac üzrə 6558,81 manat əvəzinə 9791,4 manat (3232,59 manat artıq), İİ sayğac üzrə 236,40 manat əvəzinə 353 manat (116,60 manat artıq) artıq ödəmə olmuşdur. Müvafiq olaraq 2018-ci ilin oktyabr ayı üçün İ sayğac üzrə 8436,40 manat əvəzinə 12038,60 manat (3602,20 manat artıq), İİ sayğac üzrə 249,60 manat əvəzinə 356,2 manat (106,60 manat artıq); 2018-ci ilin dekabr ayı üçün, İ sayğac üzrə 6175,40 manat əvəzinə 8457,80 manat (2282,40 manat artıq), İİ sayğac üzrə 425,80 manat əvəzinə 583,2 manat (157,40 manat artıq); 2019-cu ilin yanvar ayı üçün İ sayğac üzrə 9158,40 manat əvəzinə, 12254 manat (3095,60 manat artıq), İİ sayğac üzrə 425,40 manat əvəzinə, 569,2 manat (143,80 manat artıq); 2019-cu ilin mart ayı üçün 6915 manat əvəzinə, 13340,8 manat (6425,80 manat artıq), İİ sayğac üzrə 322 manat əvəzinə, 586,2 manat (264,20 manat artıq); 2019-cu ilin aprel ayı üçün 6262,80 manat əvəzinə, 9248,6 manat (2985,80 manat artıq), 339,80 manat əvəzinə, 501,80 manat (162 manat artıq); 2019-cu ilin may ayı üçün İ sayğac üzrə 6718,80 manat əvəzinə, 11257,60 manat (4538,80 manat artıq), İİ sayğac üzrə 204,80 manat əvəzinə, 334,40 manat (129,60 manat artıq); 2019-cu ilin iyun ayı üçün 7236 manat əvəzinə, 9951,6 manat (2715,60 manat artıq), İİ sayğac üzrə 202,60 manat əvəzinə, 278,60 manat (76 manat artıq); 2019-cu ilin iyul ayı üçün 8005,20 manat əvəzinə, 11155,20 manat (3150 manat artıq), İİ sayğac üzrə 216 manat əvəzinə, 301 manat (85 manat artıq); 2019-cu ilin avqust ayı üçün 6007 manat əvəzinə, 9158,4 manat (3151,40 manat artıq), İİ sayğac üzrə 210,80 manat əvəzinə, 321,4 manat (110,60 manat artıq); 2019-cu ilin sentyabr ayı üçün İ sayğac üzrə 5998 manat əvəzinə, 8652,2 manat (2627,20 manat artıq), İİ sayğac üzrə 188,20 manat əvəzinə, 270,6 manat (82,40 manat artıq); 2019-cu illin oktyabr ayı üçün 6858 manat əvəzinə, 9647 manat (2789 manat artıq); İİ sayğac üzrə 217,60 manat əvəzinə, 306,20 manat (88,60 manat artıq); 2019-cu ilin noyabr ayı üçün İ sayğac üzrə 9629,60 manat əvəzinə, 11576 manat (1946,40 manat artıq), İİ sayğac üzrə 348,20 manat əvəzinə, 418,60 manat (70,40 manat artıq); 2019-cu ilin dekabr ayı üçün 8419,80 manat əvəzinə, 9786,80 manat (1367 manat artıq); İİ sayğac üzrə 409,20 manat əvəzinə, 475,60 manat (66,40 manat artıq); 2020-ci ilin yanvar ayı üçün İ sayğac üzrə 12253,40 manat əvəzinə, 14611,40 manat (2358 manat artıq); İİ sayğac üzrə 408,60 manat əvəzinə, 487,20 manat (78,6 manat artıq); 2020-ci ilin fevral ayı üçün İ sayğac üzrə 11685 manat əvəzinə, 14717,20 manat (3032,20 manat artıq); İİ sayğac üzrə 324,40 manat əvəzinə, 408,60 manat (84,20 manat artıq); 2020-ci ilin mart ayı üçün İ sayğac üzrə 8952,20 manat əvəzinə, 12093 manat (3140,80 manat artıq); İİ sayğac üzrə 323,80 manat əvəzinə, 453 manat (129,20 manat artıq); 2020-ci ilin aprelayı üçün İ sayğac üzrə 5639,20 manat əvəzinə, 8135 manat (2495,80 manat artıq); İİ sayğac üzrə 303,40 manat əvəzinə, 437,60 manat (134,20 manat artıq); 2020-ci ilin may ayı üçün İ sayğac üzrə 6765,20 manat əvəzinə, 10685,20 manat (3920 manat artıq); İİ sayğac üzrə 170,40 manat əvəzinə, 269,20 manat (98,80 manat artıq); 2020-ci ilin iyun ayı üçün İ sayğac üzrə 9814,80 manat əvəzinə, 13030,80 manat (3216 manat artıq); İİ sayğac üzrə 144 manat əvəzinə, 191 manat (47 manat artıq); 2020-ci ilin iyul ayı üçün İ sayğac üzrə 8105 manat əvəzinə, 11310 manat (3205 manat artıq); İİ sayğac üzrə 106,40 manat əvəzinə, 148,40 manat (42 manat artıq); 2020-ci ilin avqust ayı üçün İ sayğac üzrə 8166 manat əvəzinə, 10190,60 manat (2024,60 manat artıq); İİ sayğac üzrə 129,60 manat əvəzinə, 161,80 manat (32,20 manat artıq) olmaqla, cəmi 69607,99 manat artıq borc hesablanmışdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23.07.2020-ci il tarixli, 1135 saylı məktubundan görünür ki, cavabdehin qanunsuz hesablamalarına əsasən 21.07.2020-ci il tarixə iddiaçının 91218,83 manat borcu yarandığı göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə əsassız hesablanmış borcun silinməsi, onlar tərəfindən aparılan hesablamaların məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh əsassız olaraq müəssiəyə borc hesablamaqda davam edir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Aralarında bağlanmış 2326-07-17 nömrəli, 07.07.2017-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən qaz paylayıcısı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aşağıdakılar paylayıcının vəzifələrinə aid edilmişdir: - istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.8)..; “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək (2.1.12); Həmin müqavilənin 2.3-cü bəndi ilə istehlakçının vəzifələrinə aid edilmişdir: - qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək (2.3.1.); -“Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək (2.3.8.) Həmin müqavilənin 3-cü bəndi ilə müəyyən edilmişdir: -paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur (3.3). -hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Qeyd olunan müqavilə şərtlərindən göründüyü kimi, istehlakçı yalnız qaz sayğacının göstəricilərinə əsasən ona hesablanan qazın dəyərini paylayıcının hesabını aldıqdan bir ay ərzində ödəməyə borcludur. Qaydaların qeyd olunan tələbindən göründüyü kimi, qaz paylayıcısı düzgün hesablamadığı pulun ödənilməsini ishehlakçıdan tələb edə bilməz. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 07.07.2017-ci il tarixli, 2326-07-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11.06.2020-ci il tarixli 2-2(103)-179/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı "Mahmud Topçu K” MMC cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər "Azəriqaz” İB tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı 04.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının göstərilən qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abonentin saldosunun surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin sentyabr ayına 109908,20 manat borc hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2-2(113)-257/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında "xxxx" məhdud məsulı̇ yyətli cəmı̇ yyətı̇ nin 2018-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər qaz sayğacının göstəricilərinə əsasən borcunun və 2018-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər qaz sayğacının göstəricilərindən kənar borcunun nə qədər təşkil etməsi, "xxxx" məhdud məsulı̇ yyətli cəmı̇ yyətı̇ tərəfindən 2018-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər qazdan istifadəyə görə "Azəriqaz" İ̇stehsalat Bı̇ rlı̇ yı̇ nin hesabına nə qədər ödəniş edilməsi barədə suallar qoyularaq, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 9/8055 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən 01 iyul 2017-ci il tarixdə 2326-07-17 saylı müqaviləsi üzrə "xxxx" məhdud məsulı̇ yyətli cəmı̇ yyətı̇ nə ümumilikdə "Azəriqaz" İ̇stehsalat Bı̇ rlı̇ yı̇ tərəfindən 108100,78 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 07.07.2017-ci il tarixli, 2326-07-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, həmin müqavilənin 2.1-ci bəndinə əsasən aşağıdakılar paylayıcının vəzifələrinə aid edilmişdir: - istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.8)..; -“Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək (2.1.12); Eyni zamanda, həmin müqavilənin 2.3-cü bəndi ilə istehlakçının vəzifələrinə aid edilmişdir. - qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək (2.3.1.); -"Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək (2.3.8.) Eyni zamanda həmin müqavilənin 3-cü bəndi ilə müəyyən edilmişdir: -paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur (3.3). -hesab istehlakçıya istezlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Qeyd olunan müqavilə şərtlərindən göründüyü kimi, istehlakçı yalnız qaz sayğacının göstəricilərinə əsasən ona hesablanan qazın dəyərini paylayıcının hesabını aldıqdan bir ay ərzində ödəməyə borcludur. İşə əlavə olunmuş, mübahisəndirilən illərə dair iddiaçıya təqdim edilən hesablar nəzərdən keçirildikdə, sayğacın ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq olduğunu, daha konkret, hər dəfə artırıldığı aydın görünür. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021ci il tarixli 9/8055 saylı ekspert rəyində tədqiqat nəticəsində cavabdehin iddiaçıya təqdim etdiyi hesablar üzrə aşağıdakı uyğunsuzluqlar müəyyən olunmuşdur: -05.10.2018-11.01.2019-cu illərdə - 9497,79 manat; -08.02.2019-11.01.2020-ci illərdə - 36071,60 manat: -10.02.2020-31.12.2020-ci illərdə - 32051,59 manat; -11.02.2021-01.11.2021-ci illərdə - 30479,80 manat, ümumilikdə 108100,78 manat məbləğində artıq borc hesablandığı müəyyənləşdirilmişdir. Rəyin tədqiqi hissəsindən görünür ki, ekspert tədqiqatı zamanı hesablama hər ilə görə ayrılıqda qrafik şəklində izahlı olaraq, sayğacın elektron göstəricisinin ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq əsasında aparılmışdır. Ekspertin gəldiyi nəticənin inandırıcılığı şübhə doğurmur. Bu baxımdan məhkəmə ekspert rəyində gəlinən nəticələri sübut əhəmiyyətli məlumalar kimi qiymətləndirir. Beləliklə də, tədqiq olunan sübutlara əsasən müəyyən olunur ki, iddiaçıya cavabdeh tərəfindən 05.10.2018-01.11.2021-ci illərdə qaz sərfiyyatı düzgün hesablanmamış, ümumilikdə ona 108100,78 manat məbləğində artıq borc hesablanaraq ödənilməsi tələb olunmuşdur. Qaydaların qeyd olunan tələbindən göründüyü kimi, qaz paylayıcısı düzgün hesablamadığı pulun ödənilməsini ishehlakçıdan tələb edə bilməz. Mülki qanunvericilyin qeyd olunan normaları baxımından, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə sayğacın göstəricilərindən artıq borcun hesablanaraq iddiaçıdan həmin məbləğin alınması qanunsuz və əsassızdır. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia borcun ləğv olunmalı hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 15.09.2020-ci il tarixli AZ0000107 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 1000 manat ödəniş etmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi hesablanmış 108.100,78 manat məbləğində borc ləğv edilsin, ödənilmiş 30 manat dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-45/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-45/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver