Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4666/2024 23.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə istehlak edilmiş təbii qaza görə 2023-cü ilin mart ayı üçün qanunsuz olaraq hesablanmış 3.007,62 manatlıq təbii qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 03 may 2019-cu il tarixli AMX 1119/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən Cəmiyyət tərəfindən müqavilə imzalanan tarixdən hal-hazırdakı dövrə qədər istifadə edilmiş təbii qazın tam dəyəri Cəmiyyət tərəfindən Cavabdeh İB-nin hesablaşma hesabına ödənilmişdir. 17 aprel 2023-cü il tarixində ödəniş üçün İddiaçı MMC-nin ünvanına 22.282 m3, yəni 4.902,04 manat dəyərində elketron qaimə göndərilmişdir. Cəmiyyət tərəfindən istehsal edilən çörək saylarının çox az olması səbəbi ilə bir ay ərzində istifadə edilən təbii qaz sərfiyyatının bu qədər olmasının qeyri-mümkün olduğunu bilərək qaz xəttimizdə hər hansı bir sızma və ya kənar qoşulma olduğunu zənn etdik. Amma tərəfimizdən qaz xətti yoxlanıldıqdan sonra hər hansı bir sızmanın və ya kənar qoşulmanın olmadığını müəyyən etdik və mövzunu aydınlaşdırmaq üçün Cavabdeh İB-nin İsmayıllı rayonu üzrə xidmət sahəsinə müraciət etdik. Müraciət zamanı aydın oldu ki, 22.282 m3 (dəyəri 4.902,04 manat) qazın 13.671m3-i (dəyəri 3007,62 manat) uçotu pozulmuş qaz sərfinin bərpası səbəbi ilə sistemə yerləşdirilmiş və ödənilməsi üçün Cəmiyyətin ünvanına göndərilmişdir. Tərəfimizdən qeyd olunan uçotu pozulmuş qaz sərfinin yəni, 13.761m3 (dəyəri 3.007,62 manat) qazın hansı göstərici normalarla və əsaslarla hesablanmasının rəsmi şəkildə bizə təqdim olunması tələb olunsa da Cəmiyyətin səlahiyyətli nümayəndəsinə heç bir izah olunmadı və heç bir sənəd təqdim edilmədi, mövzunun burada deyil birbaşa Cavabdeh İB-nin baş ofisində aydınlaşdırmadığımız bildirildi. Bundan sonra 19 aprel 2023-cü il tarixində rəsmi şəkildə poçt vasitəsi ilə mövzu haqqında məlumat vermək üçün Cavabdeh İB-yə müraciət ünvanladıq. Cavabdeh İB X3 İstismarı İdarəsi tərəfindən 14-2-2-12/2-405/2023 saylı cavab məktubunda qaz həcminin hesablanması haqqında geniş nəzəri açıqlama verilmişdir. Həmin məktubla tanış olarkən məktubda qeyd edilənlərin İddiaçı MMC-yə hesablanmış 13.671 m3 (dəyəri 3.007,62 manat) hansı meyarlar əsasında aparıldığını görmək mümkün deyildir. Sadəcə məktubun sonunda adı qeyd edilən idarə sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazın həcminin hesablanmasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğunu, göstərilənləri nəzərə alaraq İddiaçı MMC-yə məxsus G-250 RVG EK 230 markalı 75106559 nömrəlki sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 13.671 m3 uçota alınmayan qazın həcminin müəyyən edildiyini, qeyd edilən məsələnin anlaşma yolu ilə həllini tapmadıqda “Qaz paylayıcsı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsinin 5.2-ci bəndinə əsasən tərəflərin məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Bundan sonra İddiaçı MMC tərəfindən analoji müraciətlə yenidən 25 sentyabr 2023-cü il tarixində Cavabdeh İB-nin rəhbərliyinə müraciət edilərək İddiaçı MMC-yə qanunsuz və əsassız olaraq hesablanmış 13.671 m3 (dəyəri 3.007,62 manat) qaz borcunun silinməsi üçün göstəriş verilməsi istənilmişdir. Ancaq qeyd edilən məktuba halhazırdakı dövrə qədər Cavabdeh İB tərəfindən Cəmiyyətə yazılı cavab verilməmişdir. Yuxarıda qeyd edilənlər əsasında bir daha bildirmək istəyirik ki, Cavabdeh İB tərəfindən hesablanmış olan 3.007,62 manatlıq məbləğ qanuni əsası olmayan mənbədən yaranmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4666/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi göndərərək, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (Ölçmələrə dair tələblər) 5-ci hissəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir. Ölçmə vasitəsi olan qaz sayğacında qəbul edilən xəta norması, eləcə də sayğacların dövrü yoxlama müddəti müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Xidmət) tərəfindən müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydaların) 4.3-cü bəndinə görə qaz sayğacları Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Bu məqsədlə, qaz sayğacı çıxarılaraq dövlət yoxlamasna göndərilmişdir və xx.xx.2022-ci li tarixli 29/1640-00617 nömrəli akta əsasən çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının - Xidmətin nümayəndəsinin nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və sayğac göstəricilərinin xətasının normadan artıq olduğu və minimal sərfiyyatda hesabat aparmadığı barədə rəy verilmişdir. Bu səbəbdən uçota alınmayan qaz həcmi müəyyənləşdirilmişdir. Eyni zamanda, dövlət yoxlanılması zamanı normadan artıq xətaya yol verilməsi halları aşkar olunarsa, bu zaman sayğac üzrə uçota alınmayan qaz həcminin qaz paylayıcısı tərəfindən hesablanması “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. Beləliklə, Qaydaların 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətası Xidmətin müəyyən etdiyi normalardan artıq olduğu hallarda, faktiki istifadə edilmiş qazın həcmi yenidən hesablanır. Məhz bu səbəbdən də iddiaçıya məxsus olan **********00011 nömrəli abunə hesabına 3007.62 manat məbləğində qaz sərfi hesablanmışdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
12. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında AMX-1119/19 saylı, 03 may 2019-cu tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
13. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini paylayıcı istehlakçıdan tələb edə bilməz.
14. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir
15. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, 2023-cü ilin mart ayı üçün iddiaçıya 3.007,62 manat borc hesablanmışdır.
16. Ancaq bu barədə Cavabdeh İB tərəfindən hər hansı bir ayrıca akt tərtib edilməmişdir. Sadəcə olaraq Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14-2- 2-12/2-405/2023 saylı məktubda İddiaçı MMC-yə məxsus G-250 RVG EK 230 markalı 75106559 nömrəli sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 13671m³ uçota alınmayan qazın həcmi müəyyən edildiyi bildirilmişdir.
17. Cavabdeh nümayəndəsi X1 elektron məhkəmə sisteminə ünvanladığı xx.xx.2024cü il tarixli ərizəsində qaz sayğacının çıxarılaraq dövlət yoxlamasına göndərildiyini və xx.xx.2022-ci il tarixli 29/1640-00617 nömrəli akta əsasən çıxarılan qaz sayğacının “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının - Xidmətin nümayəndəsinin nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirildiyi və sayğac göstəricilərinin xətasının normadan artıq olduğu və minimal sərfiyyatda hesabat aparmadığı barədə rəy verildiyini bildirmişdir.
18. Bu xüsusda Məhkəmə qeyd edir ki, cavabdeh tərəf etirazın əsası kimi istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutu ümumiyyətlə təqdim etməmişdir.
19. Bundan başqa da, uçota alınmayan qazın həcminin müəyyən edilməsinin nə ilə bağlı olması, iddiaçı tərəfindən hansı pozuntunun edilməsi və yaxud bu kimi heç bir hal, cavabdeh tərəfindən əsaslandırıla bilməmiş və ancaq Məhkəməyə iddiaya etiraz təqdim edilməklə kifayətlənmişdir.
20. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2023-cü ilin mart ayı üçün əlavə sərfiyyatın hansı əsasla hesablanması barədə ümumiyyətlə hə hansı bir sənəd təqdim edilmədiyindən iddia əsaslıdır və hesablanmış 3.007,32 manat məbləğində borc silinməlidir.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00011 saylı abunə kodu üzrə hesablanmış 3.007 (üç min yeddi) manat, 62 (altmış iki) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov