Məhkəmə qərarları › İş №e-2-2(113)-471/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-471/2025

21.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-471/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (müstəqil tələb irəli sürməyən 3cü şəxs Bakı Baş Gömrük İdarəsi) qarşı “avtomobil ehtiyyat hissələrinin kontrafakt hesab edilməsi, xidmət nişanından istifadəyə son qoyulması, malların kompensasiya edilmədən məhv edilməsi tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, SDTMHB2024-0109 saylı İnvoys sənədi ilə X1 idxal olunmuş və Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1100/000037Q saylı Qərarına əsasən “Hyundai” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması “Hyundai” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin baxılmadan dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, eyni zamanda ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə, qərar verdi: İddiaçının nümayəndəsi Vəkil1 ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (müstəqil tələb irəli sürməyən 3cü şəxs Bakı Baş Gömrük İdarəsi) qarşı “avtomobil ehtiyyat hissələrinin kontrafakt hesab edilməsi, xidmət nişanından istifadəyə son qoyulması, malların kompensasiya edilmədən məhv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının nümayəndəsi Vəkil1 tərəfindən dövlət büdcəsinə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar