Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-484/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə qanunsuz hesablanmış 2532,72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09.01.2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən iddiaçıya göndərilmiş 040417 saylı üzləşmə aktı və 13.01.2020-ci il tarixli “Borcun ödənilməsi haqqında” məhkəmə xəbərdarlığında qeyd edilmişdir ki, onun 07.01.2020-ci il tarixinə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində su və çirkab su xidmətlərindən istifadəyə görə “Cavabdeh" ASC-yə 2532,72 (iki min beş viiz otuz iki manat vetıniş iki qəpik) məbləğində borcum yaranmışdır. Bununla bağlı təqdim edilmiş 09.01.2020-ci il tarixli 040417 saylı üzləşmə aktından görünür ki, 01.01.2019-cu il tarixdən etibarən bir il müddətinə ona hissə-hissə olmaqla guya su və çirkab su istifadə etdiyinə görə ümumilikdə, 2532,72 (iki min beş vüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində borc hesablanmışdır. Qeyd etmək istəyirəm ki, göstərilən ünvana iddiaçıya məxsus su sayğacı bir müddət bundan öncə qoyulmuşdur və aylıq istehlak üzrə vaxtlıvaxtında ödəmələr edilmişdir. 040417 saylı aktla yazılan borc məbləği iddiaçıya aid deyil, qonşuluqda yerləşən qeyri-yaşayış obyektinin su və çirkab sudan istifadəsi nəticəsində yaranmış borcdur. Belə ki, yalnız sayğacdan qoyulmasından sonra su və çirkab su xidmətlərindən istifadə edilmiş, göstərilən borc isə quyudan istifadədən öncə yaranmış borcdur və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Görünür, hal-hazırda sayğacla göstərilən kanallardan istifadə etdildiyi üçün Cavabdeh ASC köhnə borcları da iddiaçının hesabına yazmaq qənaətinə gəlmişdir. Lakin bu borclar iddiaçının istifadəsindən öncə yaranmışdır və qonşu qeyri-yaşayış obyektinin hesabına yazılmalıdır. Bu fakt olduğu halda belə qonşu obyektin su və çirkab su sərfiyyatında görə borc pul yanlışlıqla absurd bir şəkildə iddiaçının hesabına yazılmışdır. Bütün yuxanda göstərilənləri əsas götürərək, iddiaçıdan əsassız olaraq tələb olunan cari 2532,72 (iki min beş yüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində borcun silməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh ASC su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankanar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankanar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki- hüquqi münasibətlər yaratmış olur. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirən zaman D=25 mm-lik boru vasitəsi ilə quyu suyundan istifadə edərək kanalizasiya sisteminə qeyri qanuni axıdılması aşkar edilmişdir. Çirkab suyu qeyri-qanuni kanalizasiya sisteminə axıdılması ilə əlaqədar MXD 10611 saylı, 25.01.2019-cü il tarixli akt tərtib edilmişdir. Çirkab suyu qeyri-qanuni kanalizasiya sisteminə axıdılması nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği tərtib edilmiş akta əsasən cəmi 2794 manat müəyyən edilmiş və ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı tərəf dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 25.01.2019-cu il tarixli MXD-10611 nömrəli inventar aktından görünür ki, istehlakçı İddiaçı məxsus obyektə baxış keçirilmiş və müəyyən edilmişdir ki, obyektdə D=25 mm quyu suyundan istifadə edərək kanalizasiya sisteminə qeyri-qanuni axıdır. Nəticədə çirkab su sərfiyyatının verilməsi məqsədəuyğundur. - Kanalizasiya sistemindən qeyri-qanuni istifadə dair hesabatdan görünür ki, 25.01.2019-cu il tarixli MXD-10611 akt əsasında abonentə 2794 manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş 09.01.2020-ci il tarixli 040417 nömrəli üzləşmə aktından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 01.01.2020-ci il tarixə 2532,72 manat borc hesablanmışdır. Qeyd olunan üzləşmə aktı iddiaçı tərəfindən imzalanmamışdır. - İş materiallarına əlavə edilmiş 13.01.2020-ci il tarixli borcun ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, iddiaçıdan 2532,72 manat borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən, su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı çirkab sularının qanunsuz axıdılması ilə bağlı tərtib olunmuş 25.01.2019-cu il tarixli MXD-10611 nömrəli akt əsasında abonentə 2794 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, obyektdə aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Məhkəmə qeyd edir ki, aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Ona görə də həmin akt hər hansı hüquqi əsas doğurmur və onun əsasında hesablanmış borc əsassızdır. Məhkəmə hesab edir ki, heç bir hüquqi nəticə yaratmayan 25.01.2019-cu il tarixli MXD-10611 nömrəli inventar akta görə hesablanmış borc 2794 manat olmasına baxmayaraq iddiaçı 2532,72 manat borcun silinməsinə dair iddia qaldırmışdır. Qeyd olunan hallara əsasən həmin borcun hesablanmasına əsas olmuş akt cavabdeh tərəfindən qanunsuz aparılmış yoxlama səbəbindən tərtib edildiyindən iddiaçının tələbi əsaslıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəiləsinin 77 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarmın əsası kimi istinad etdiyi halları sübut etməlidir.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı adına olan abunə hesabına əsassız hesablanmış 2532,72 manat məbləğində borc abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı adına olan abunə hesabına əsassız hesablanmış 2532,72 (iki min beş yüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində borc abunə hesabından silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-484/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-484/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver