Məhkəmə qərarları › İş №e-2-2(113)-4846/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4846/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4846/2022 29.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı “X3 və Maşınqayırma” ASC-nin nümayəndəsi, Vəkil və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3 və Maşınqayırma” ASC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X3 və Maşınqayırma” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 601547 saylı akt əsasında iddiaçı "xxxx" ASC-nin sudan istifadəyə görə artıq hesablanmış 27669 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı olaraq "xxxx" ASC-ə xx.xx.2001-ci ildən Vergilər Nazirliyi MGBİ-nin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş və hazırda da fəaliyyətdədir. Biz iddiaçı olaraq Cavabdeh ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə müqavilə bağlanmışdır və müqaviləyə əsasən onlar su təchizatı və tullantı sularının axıdılması xidmətlərini həyata keçirir. Məhkəmənin nəzərinə çatdırım ki, cavabdehlə aramızda bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq daim istifadə olunmuş su sərfiyyatına uyğun ödənişləri vaxtında etmişik. Lakin köhnədən borc çox olduğundən cavabdeh yoxlama aparmadan öncə suyun istismarını dayandırmışdır və həmin vaxtdan su istifadə edilmirdi. Hər ay cavabdehin nümayəndəsi xətlərə və sayğaclara daim nəzarət edir və bildirişi gətirib təqdim edir. Hazırkı günə kimi də su xəttindən bir dəfə də olsun qeyri-qanuni istifadəyə yol verilməmişdir. Lakin cavabdehin əməkdaşları 17 avqust 2021-ci il tarixində xəbərdar etmədən və yoxlanış keçirilməsi barədə məlumat vərəqəsi olmadan idarənin həyətinə daxil olmuş və idarənin həyətində çalışan əməkdaşı çağıraraq xətdən qeyri-qanuni qoşulma etdiyini və kənardan cavabdehin əməkdaşları tərəfindən rezin su borusunu gətirərək xəttdə olan siyirtməyə qoşulduğunu iddia edərək qanunsuz olaraq xx.xx.2021-ci il tarixli 601547 nomrəli akt tərtib etmişlər. Biz iddiaçı tərəfindən akta imzadan imtina edilmişdir. Onuda məlumat üçün bildirim ki, cavabdehin əməkdaşları tərəfindən iddia edilən siyirtmə köhnədən olumş və sadəcə çürüdüyündən yenilənmişdir ki, bundan cavabdehin əməkdaşlarınında xəbəri vardır. Cavabdehin tərtib etdiyi akt hesab edirəm ki, əsassız və qanunsuzdur və həmin akt əsasında 27669 manat ümumi isə 29893,48 manat borc yazılmışdır. Həmin borcdan 2224 manat borc köhnə sərfiyyata görə olan borcdur və həmin borc hissə-hissə ödənilir. Yuxarıda qeyd edilən əsaslara görə hesab edirəm ki, xx.xx.2021-ci il tarixli 601547 nomrəli akt əsasında əsassız hesablanmış 27669 manat silinməlidir. Məhkəmə iclasında iştirak edən “X3 və Maşınqayırma” ASC-nin nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumatdan görünür ki, abonent kodu 010005 olan ünvan 1 ünvanında yerləşən “X3 və Maşınqayırma” ASC-yə məxsus zavodun sayğacına 27468 manat məbləğində cərimə yazılmışdır. xx.xx.2021-ci il tarixli 601547 nömrəli Cavabdeh ASC tərəfindən tərtib olunmuş aktdan görünür ki, abonent kodu 010005 olan X3 və Maşınqayırma” ASC-yə məxsus zavodun sayğacına məxsus obyektin su təchizatı və su sayğacına baxış zamanı məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə sayğaca son yükləmə (5 m3) olmuşdur. Sayğaca qədər olan xəttin üzərində olan siyirtmənin filyansının boltları asılaraq su axıdıldığı aşkarlanmışdır. Kustar üsulla hazırlanmış d=50 mm-lik dəmir boruya rezin boru qoşaraq filyansdakı sayğacdan kənar, qanunsuz yolla su anbarının doldurulması müəyyən olunmuşdur. Əlavə olaraq video çəkilişlər aparılmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə bununla birlikdə qeyd edir ki, iddiaçı “X3 və Maşınqayırma” ASC tərəfindən iddia ərizəsində 27669 manat məbləğində borcun silinməsi xahiş edilsə də, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumatdan görünür ki, “X3 və Maşınqayırma” ASC-yə 27468 manat məbləğində cərimə hesablanmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh ASC tərəfindən 010005 nömrəli abonent koduna (“X3 və Maşınqayırma” ASC) hesablanmış 27468 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən 010005 nömrəli abonent koduna (“X3 və Maşınqayırma” ASC) hesablanmış 27468 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar