Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4929/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, Kreditor Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Borclu QSC Bank olmayan Kredit Təşkilatına qarşı 3 000 000 (üç milyon) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin bank hesabına köçürülməsi vəzifəsinin Borclu Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmasına dair məhkəmə əmrinin verilməsi barədə sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Borclu QSC Bank olmayan Kredit Təşkilatına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “X1” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı ilə əlaqədar keçirilən investisiya müsabiqəsində iştirak məqsədilə "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənişin tam həcmdə həyata keçiriləcəyinə təminat verən Borclu Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-7/2—1-8/1668/2023 nömrəli qarantiya məktubunda qeyd edilmiş 3 000 000 (üç milyon) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin aşağıdakı bank hesabına köçürülməsi vəzifəsinin Borclu Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.1 və 279.2.3-cü maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.2 və 279.2.2-ci maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, kreditorun tələbinin aşkar olması və həmin tələbin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanması, eyni zamanda "xxxx" MMC tərəfindən öhdəliklərinin icra edib-etməməsi iş materiallarından müəyyən olunmur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Borclu QSC Bank olmayan Kredit Təşkilatına qarşı 3 000 000 (üç milyon) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin bank hesabına köçürülməsi vəzifəsinin Borclu Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4929/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4929/2023
18.09.2023 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver