Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-634/2021 11.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, kreditor Bakı şəhəri Ziya Bünyadov prospekti 1965, X1 Mərkəzi ünvanında yerləşən Kreditor ASC-nin borclu Oğuz rayonu Baş Daşağıl kəndində yaşayan Borclu qarşı “1400 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor ASC məhkəməyə müraciət edərək 22 may 2020-ci il tarixli 07/00153 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. İş materiallarından göründüyü kimi, kreditor tərəfindən tərəflər arasında bağlanmış müqavilə və digər maliyyə sənədləri, təhvil-təslim aktları, borcun yaranmasının əsasları təqdim edilməmiş, yalnız borc barədə maliyyə arayışı və pretenziya və bildirişlər təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlərin təqdim edilməməsi əmrin verilməsindən imtina üçün əsasdır. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266, 282, 283-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Kreditor Bakı şəhəri Ziya Bünyadov prospekti 1965, X1 Mərkəzi ünvanında yerləşən Kreditor ASC-nin borclu Oğuz rayonu Baş Daşağıl kəndində yaşayan Borclu qarşı “1400 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə məhkəmə əmrinin verilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-634/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-634/2021
11.08.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver