Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5092/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X8rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (borcun silinməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X3rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdeh “İri Şəhərlərin X6 Xidməti” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 497 nömrəli Fərmanına əsasən “Şirvan Nəqliyyat"ASC-nin özəlləşdirilən tarixinə olan 12.476.61 manat borcunun silinməsi və abonent hesabından ödənilən məbləğlərdən borc ödənişi kimi tutulmuş pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ümumimilli X10 11 iyun 2001-ci il tarixli, 497 nömrəli Sərəncamına əsasən özəlləşdirməyə çıxarılmış dövlət müəssisələrinin özəlləşdirilən günə qədər olan debitor və kreditor borcları silinmişdir. Həmin tarixdən bütün dövlət qurumları, o cümlədən “Azəriqaz" İB, “Azərenerji" ASC və digər təşkilatlar bu fərmanın icrasını təmin etmişlər. Lakin, "xxxx" ASC (indiki "İri şəhərlərin X6 Xidməti“ X13), həmin Fərmandan irəli gələn göstərişləri təmin etməmiş və “Şirvan Nəqliyyat" ASC-nin özəlləşdirilən günə qədər olan debitor və kreditor borcları silinməmişdir . Bu səbəbdən də həmin borcun silinməsi üçün keçmiş "xxxx" ASC-yə və Şirvan Sukanal idarəsinə dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş, öncə borcun silinməsinə vəd vermiş olsalar da, sonda “məhkəməyə müraciət edin“ deyərək borcu silməkdən imtina etmişlər. Əlavə olaraq bildirilir ki, “Şırvan Nəqliyyat" ASC Şirvan şəhərində fəaliyyət göstərən və üzləşmə aktında qeyd olunmuş Avtokombinatın hüquqi varisidir. Şirvan Sukanal idarəsi ilə "xxxx" ASC arasında xx.xx.1998-ci ildə imzalanmış üzləşmə aktında özəlləşdirilən vaxta olan borcu müəyyən olunur. Özəlləşdirilən vaxta olan üzləşmə aktında 112.744234 (yüz on iki milyon yeddi yüz qırx dörd min iki yüz otuz dörd) manat borcun olduğu göstərilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Pul Nişanlarınınn nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” xx.xx.2005-ci il tarixli Fərmana uyğun olaraq xx.xx.2006-cı il tarixindən Azərbaycan ərazisində yeni manatın istifadəsinə başlanılıb. Bu zaman 1 manat 5000 köhnə manata bərabər tutulub. Yəni , üzləşmə aktındakı rəqəmi yeni manata çevirsək, o halda həmin məbləğ 22.468 (iyirmi iki min dörd yüz altmış səkkiz) manat təşkil edər. Lakin buna baxmayaraq, Şirvan Sukanal idarəsi müəssisənin Sukanal idarəsinə guya 12 476.61 manat borclu olduğunu bildirir.
3. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq AR Prezidentinin xx.xx.2001-ci il tarixli, 497 nömrəli Fərmanına əsasən “Şirvan Nəqliyyat" ASC-nin özəlləşdirilən tarixinə cavabdehə olan 11.700 (on bir min yeddi yüz) manat borcunun silinməsi və dövlət rüsumu olaraq ödənilmiş 128 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin mövqeləri:
4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinin tələblərinə əsasən, işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı ASC xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır, rəhbəri X2r.
10. İddiaçı ASC və "xxxx" ASC arasında bağlanan xx.xx.2015-ci il tarixli 440175 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslər və hüquqi şəxs olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçıların tələbatlarına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜST2874- 82 Dövlət standartının tələbinə uyğun məişət – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
11. Abonent haqqında məlumatdan görünür ki, (müəssisə adı Nəqliyyat ATSC Namazov Təbrik) xx.xx.2005-ci il tarixli, 19276980-440175 kodlu müqavilə əsasında cəmi satış 47445.62 manat, cəmi ödəniş 35745.01 manat, qalıq borc isə 11.700,61 manat təşkil edir. Abonent haqqında məlumatdan həmçinin görünür ki, 42766.61 manat borc üzləşmə aktı əsasında hesablanmışdır.
12. İddiaçı ASC tərəfindən “Azərsu ASC”-nin X15 İdarəsinə ünvanlanan xx.xx.2021-ci l tarixli məktubdan görünür ki, Şirvan Nəqliyyat ASC-nin X15 İdarəsinə heç bir borcunun olmadığı, 43849 maat borcun 13849 manatı 21 sentyabr 1998-ci il tarixə qədər hesablanan borc olduğu, bu borcun Azərbaycan Respublikası Prezidentinin özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, bədcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi haqqında 11 iyun 2001-ci il tarixli, 497 nömrəli Qaydalarına əsasən silinməli olduğu bildirilmiş, odur ki, bununla bağlı üzləşmə aktının tərtib olunması xahiş olunmuşdur.
13. İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli 01/46 nömrəli məktubdan görünür ki, hesablanmış 30000 manat borcun silinməsi üçün köməklik göstərilməsi xahiş olunmuş, X15 İdarəsinə qeyd edilən borcdan başqa heç bir borcun olmadığı, hər ay sayğacın göstəricisinə uyğun olaraq təqdim olunan borcun vaxtında ödənildiyi bildirilmişdir.
14. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli 13- 16/2-06/xx-xx/3882/202 nömrəli cavab məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 169/1 saylı protokol əsasında Şirvan Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən abonent kodu 4401 olan İddiaçı ASC-nin hesabından 30030 manat silinərək müvafiq düzəlişlər aparıldığı, hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə obyektin borcunun 12526.61 manat təşkil etdiyi qeyd edilmişdir.
15. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1315 nömrəli sərəncamından görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq dövlət müəssisəsinin səhmdar cəmiyyəyinə çevrilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası “Azəravtonəqliyyat” X7-Bayramlı şəhəri, A.Əhmədov küçəsi 3 ünvanında yerləşən X4 Avtonəqliyyat Birliyinin Baş Təsərrüfatının Bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyətinin təsis edilməsi (1-ci bənd) qərara alınmışdır. Sərəncamın 2-ci bəndinə müvafiq olaraq, "xxxx" səhmdar cəmiyyətinin nizamnaməsi və özəlləşdirmə planı təsdiq edilmişdir.
16. X14 Su Təchizatı və X1 ilə Avto Kombinat arasında imzalanmış xx.xx.1998-ci il tarixli üzləşmə aktından görünür ki, hesabların qarşılıqlı üzləşməsi aparılarkən cəmi borcun 01 noyabr 1998-ci il tarixə 112.744234 manat təşkil etdiyi müəyyən olunmuşdur.
17. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir.
18. Beləliklə, hazırkı mübahisə "xxxx" ASC (hazırda İri Şəhərlərin X6 Xidməti X13) tərəfindən İddiaçıya hesablanmış 11700 manat borcla əlaqədardır. İddiaçı həmin borcun “Şirvan Nəqliyyat" ASC-nin özəlləşdirilən günə qədər hesablanmış borc olduğuna istinad edərək borcu qəbul etməmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
19. Hazırkı mübahisə ilə birbaşa bağlı olan üzləşmə aktının xx.xx.1998-ci il tarixdə bağlandığını nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən münasibətlər həmin vaxt qüvvədə olmuş 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsində təsbit edilmiş maddi hüquq normaları ilə tənzimlənməlidir.
20. 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 4-cü maddəsinə əsasən, mülki hüquq və vəzifələr SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan, habelə vətəndaşların və təşkilatların qanunda nəzərdə tutulmasa da, mülki qanunvericiliyin ümumi əsaslarına və mənasına əsasən mülki hüquq və vəzifələr yaradan hərəkətlərindən əmələ gəlir. Buna müvafiq olaraq mülki hüquq və vəzifələr: qanunda nəzərdə tutulan əqdlərdən, habelə qanunda nəzərdə tutulmasa da, qanuna zidd olmayan əqdlərdən; inzibati aktlardan, o cümlədən dövlət, kooperativ və sair ictimai təşkilatlar üçün — planlaşdırma aktlarından; kəşf, ixtira və səmərələşdirmə təklifləri, elmi və bədii əsərlərin, incəsənət əsərlərinin yaradılması nəticəsində; başqa şəxsə ziyan vurmaqdan, habelə kifayət qədər əsas olmadan başqa şəxsin vəsaiti hesabına əmlak əldə etməkdən və ya əmlaka qənaət etməkdən; vətəndaşların və təşkilatların sair hərəkətləri nəticəsində; mülki-hüquqi nəticələrin baş verməsini qanunun əlaqələndirdiyi hadisələrdən əmələ gəlir. 149-cu maddəsinə əsasən, öhdəçiliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərkəti etməlidir, məsələn: əmlakı verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə, borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 150-ci maddəsinə əsasən, öhdəçiliklər müqavilədən və ya bu Məcəllənin 4-cü maddəsində göstərilən sair əsaslardan əmələ gəlir. 226-cı maddəsinə əsasən, borclunun məsuliyyət daşımadığı hal ilə əlaqədar olaraq icra mümkün olmadıqda, öhdəçilik xitam edilir.
21. "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat və subyektiərinin borcları haqqında" 24 oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun: Preambulasına əsasən, Bu Qanun özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş kolxozların və sovxozların, habelə işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət torpaqlarına, səhmlər dövlətə məxsus banklara və dövlət müəssisələrinə yaranmış borclarının silinməsi qərarlarını tənzimləyir. 1-ci bəndinə əsasən, bu qanunla müəyyən edilmiş qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrə (1.0.1) və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilmiş, özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinə (1.0.2) şamil edilir. 2.1-ci bəndinə əsasən, bu Qanunun 1.0.1-ci maddəsində göstərilən müəssisələrin dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə onların özəlləşdirilməsi tarixinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla) silinir.
22. Azərbaycan Respublikası Prezidentinin özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi haqqında 11 iyun 2001-ci il tarixli, 497 nömrəli Qaydalarının: 2.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrin, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilmiş, özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinin, dövlət büdcəsinə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara (bundan sonra - banklar) və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozların və sovxozların, işğal altında olan rayonların təsərrüfat subyektlərinin banklara olan borclarının silinməsi və tənzimlənməsi qaydalarını müəyyənləşdirir və həmin təsərrüfat subyektlərinə aşağıdakı qaydada şamil edilir: 2.1.1. Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş müəssisələrə onların özəlləşdirilməsinin başa çatması tarixinə (2003-cü il 1 noyabr tarixinədək), özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrlə onların özəlləşdirməyə açılması tarixinə; 2.1.2. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrə, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrə 2003cü il 1 noyabr tarixinə. 2.3-cü bəndinə əsasən, bu Qaydalar üzrə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərə aşağıdakılar aid edilir: neft və neft məhsulları, elektrik enerjisi, istilik enerjisi, qaz, su, kanalizasiya xidmətləri, rabitə xidmətləri, dəmir yolu, aviasiya, avtomobil və dəniz nəqliyyatı ilə yük daşımaları.
23. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.1998-ci il tarixli üzləşmə aktı əsasında borcların qarşılıqlı üzləşdirilməsi aparılaraq xx.xx.1998-ci il tarixə cəmi borcun məbləği 112.744234 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1315 nömrəli sərəncamı əsasında "xxxx" ASC təsis edilərək cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı təsdiq edilmiş, cəmiyyət xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş “Abonent” haqqında məlumatdan görünür ki, Cavabdehə hesablanmış 11700 manat qalıq borc üzləşmə aktından irəli gəlir.
24. Əlavə olaraq Cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi tərəflər arasında bağlanmış hər hansı müqaviləyə deyil, özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanır. Məhkəmə bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, “Abonent haqqında məlumat” Cavabdehin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla Cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada Cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin İddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir.
25. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavadeh tərəfindən İddiaçıya hesablanmış 11700 manat borc əsassız olduğundan silinməlidir.
26. İddiaçı, eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat pul məbləğinin ödənilməsini tələb edir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. İddiaçı rüsum ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir.
III. Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı “Şirvan Nəqliyyat" ASC-yə özəlləşdirilən tarixə hesablanmış 11700 (on bir min yeddi yüz ) manat borc cavabdeh "İri Şəhərlərin X6 xidməti" X13 tərəfindən silinsin. Dövlət rüsumunun əvəzi olaraq ödənimiş 128 manat cavabdeh "İri Şəhərlərin X6 xidməti" X5 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov