Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5196/2025 03.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Malkik oğlunun Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: təbii qazdan istifadə qaydalarının pozulması, borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh İB arasında təbii qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış və o, **********00010 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda qüsur kimi istixanada istifadə olunan qaz cihazının maksimal saatlıq sərfiyyatının (24,94 m3 ) sayğacın maksimal qaz buraxma həddindən 14,94 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı və istixanada 4SS-dən kənar qaz cihazından istifadə olunduğu qeyd edilmişdir.
3. xx.xx.2025-ci il tarixli akt əsasında cavabdeh tərəfindən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin tələbnamə ilə itirilmiş təbii qazın həcminin 5378 m3 olması müəyyən edilmişdir.
4. Bundan başqa, iddiaçının adına olan **********00010 saylı abonentin saldosunun “Qalıq və aktlar” bölməsində onun 2025-ci ilin yanvar ayı üzrə 1183,16 manat borcunun olması qeyd edilmişdir. 2025-ci il üzrə abonentin son borcu 1183,16 manat təşkil edir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1183,16 manat məbləğində borcun onun **********00010 saylı abonent hesabından silinməsi, 300 manat vəkilə ödənilən pulun və 31,90 manat dövlət rüsumunun cavabdehdən tutularaq mənə ödənilməsi barədə iddia ərizəsi ilə müəhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh İB Salyan RQİİ-nin əməkdaşları heç bir rəsmi sənəd olmadan özbaşına olaraq gələrək baxış keçirmişlər. Bu barədə ona heç bir xəbərdarlıq edilməmişdir. Daha sonra xx.xx.2025ci il tarixdə iddiaçıya məxsus istixanaya orada olan işlədicilər işləmədiyi halda cəmi istixanada istifadə olunan qaz cihazının maksimal saatlıq sərfiyyatı (24,94 )m sayğacın maksimal qaz buraxma həddindən 14,94m çox olduğunu və sayğacın sərfiyyata uyğun olmadiğini və istixanada 4ss dən kənar qaz cihazindan istifadə olunduğu, bununla qazdan istifadə qaydalarinin 3.4.1 yarimbəndinə əsasən 4ss dən kənar qoşulmuş qaz cihazinin şəbəkədən ayrilmasi və bundan sonra bağlanmiş alqi satqi müqaviləsinin 2.3.5 yarimbəndinə əsasən dəymiş ziyanin hesablanmasi əsaslandırmaqla tam əsassız tələbnamə tərtib edilmişdir. X1 Əliyev imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq akt əsassız yazılmışdır. xx.xx.2025-ci il tarixli ******* saylı aktın əsasında hesablanmış 1183,16 manat cərimənin 3 gün müddətində silinməsini xahiş edir. İddiaçı tərəfindən pretenziya Cavabdehnə VÖEN********** vasitəsilə elektron məhkəmə vasitəsilə göndərilmiş və 3 gün müddətində əsassız borcun silinməsi xahiş edilmişdir. Amma borc silinməmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh İB tərəfindən aparılmış yoxlama qeydiyyata alınmamışdır.
9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, təmin edilməlidir.
22. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 1183,16 manat məbləğində borc abonentə məxsus qeyri-yaşayış sahəsində qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.
23. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
24. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 16:00-da keçirilmiş yoxlamanın (bax. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt, dəymiş ziyanın bərpasına dair 16 yanvar 2025-ci il tarixli tələbnamə, fotoşəkillər) nəticəsi olaraq hesablandığı halda cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulması və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi ilə əlaqədar keçirdiyi həmin yoxlama qeydiyyata alınmışdır.
25. Göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 1183,16 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
26. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
27. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 1183,16 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********00010) silinməlidir.
29. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzi əsasında müəyyən edilir ki, vəkil Nümayəndə adı qeyd edilməklə, Salyan rayon Vəkil Bürosuna iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 300 manat pul ödənilmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 31,9 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
30. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında İddiaçı hesablanmış 1183,16 manat məbləğində borc Cavabdeh İB tərəfindən **********00010 saylı abonent hesabından silinsin. Hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 manat xidmət haqqı və 31,90 manat dövlət rüsumu Cavabdeh İB tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı