Məhkəmə qərarları › İş №e-2-2(113)-520/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-520/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-520/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı “xxxx” X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “” X6 cəlb edilməklə) hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” X6 (“xxxx” PHŞ) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “” X6 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən hesablanmış 36885,97 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqavilə əsasında iddiaçı tərəfindən sudan istifadə olunur. xx.xx.2022-ci il tarixdə iddiaçıya Cavabdeh ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq gəlmişdir. Həmin xəbərdarlıqda su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi, ödənilmədiyi halda isə suyun dayandırılıcağı göstərilmişdir. Lakin bildirişdə göstərilən 3 iş günü müddətini gözləmədən cavabdeh tərəfindən su təchizatı dayandırılmışdır. Bildirişdə göstərilən borcu qəbul etmədikləri üçün iddiaçı tərəfindən sözügedən borcu məhkəmə qaydasında mübahisələndirmək zərurəti yaranmışdır. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli, e-16(113)-131/2022 saylı qərardadı ilə “xxxx” X4 suyun verilməsinin dayandırılması 15 dekabr 2022-ci il tarixədək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. İddia ərizəsi ilə birlikdə müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə yenidən baxılması üçün ərizə ilə məhkəməyə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə “xxxx” X6 tərəfindən Cavabdeh ASC-yə məktub ünvanlanmış, məktubda mübahisəli olan 111186,17 manat borcun araşdırılaraq, silinməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh ASC tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, “xxxx” X3 hesabından 74300,2 manat silinərək müvafiq düzəliş aparılmışdır. Lakin həmin məbləğin hansı qaydada hesablanması göstərilməmiş və qalan 36885,97 manat məbləğ mübahisəli borc olaraq qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçıdan həmin məbləği tələb etsə də, mübahisəli borcla bağlı heç bir ödəniş edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə “xxxx” X6 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış məktubda yaranmış borcdan 74300,2 manat (yetmiş dörd min üç yüz manat iyirmi qəpik) məbləğin silinərək müvafiq düzəlişin aparıldığı qeyd edilmiş və edilmiş düzəlişlərin hansı sənədlər əsasında aparılması, borcun silinməsi və hesablanması qaydası, habelə həmin borcun yaranma tarixi barədə məlumatların və təsdiqedici sənədlərin mümkün qədər qısa müddət ərzində təqdim edilməsi xahiş edilmiş, lakin cari vaxtadək heç bir məlumat və ya sənəd cavabdeh tərəfindən təqdim edilməmiş və ya göndərilməmişdir. İddiaçı hesablanmış borc ilə razı deyil. Borcun ümidsiz hesab edilməsi meyarlarından biri də hesablanmış borc məbləğinin 2017-ci ilədək olan borc məbləği olmasıdır və cavabdeh həmin borc üzrə öhdəliyin icrası müddətini ötürmüşdür. Ona görə də, sözügedən borcu məhkəmə qaydasında mübahisələndirmək zərurəti yaranmışdır. Öhdəliyin icrası müddətinin keçməsinə görə həmin məbləğ ödənilməməlidir. İddiaçı tərəfindən illər üzrə, yəni 2017-ci il tarixindən etibarən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ödənilmiş və hazırda 36885,97 manat məbləğində qalıq borc 2016-ci ildən əvvəlki illərə aid olan borcdur. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və rədd edilməlidir. Belə ki, “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası” X8 ilə “Azərsu" ASC arasında xx.xx.2013-cü il tarixində 19179381 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Azərsu" ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir. Bununla əlaqədar olaraq Yasamal rayonu Sukanal idarəsinin xidməti ərazisində klinika kimi fəaliyyət göstərən, abonent kodu 070110 olan “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası" X3 su xətti üzərində 22 yanvar 2014-cü il tarixdə “STV-80” markalı su sayğacı quraşdırılmışdır. Respublika Klinik Xəstəxana üzrə su sərfiyyatına görə ödəniş xəstəxananın həyətinə daxil olan su xəttinə quraşdırılmış su sayğacının göstəricisinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlaması nəticəsində 14 aprel 2014-cü ildə tərtib olunmuş akta əsasən xəstəxana həm özünün istifadə etdiyi suyun dəyərini, həm də su xəttinə qoşulmuş 4 (dörd) müəssisələrin istifadə etdiyi suyun dəyərini ödəmişdir. Həmin su xəttindən (sayğacdan keçən suya) 4 səhiyyə müəssisəsinə (Ə.Əliyev adına HTİ, Respublika Kliniki Uşaq Xəstəxanası, X7 Stansiyası və X1 (MORQ) su xətti çəkilmiş və onların hər birinə ayrı-ayrılıqda su sayğacı quraşdırılmışdır. Həmin müəssisələr istifadə etdikləri suya görə onlara məxsus sayğacın göstəricisinə uyğun su haqqını ödəmişdir. Belə ki, iddiaçı 44166 (qırx dörd min bir yüz altmış altı) manat içməli suya görə, 45083 (qırx beş min səksən üç) manat isə çirkab suyun axıdılmasına görə olmaqla, cəmi 89249,50 manat (səksən doqquz min iki yüz qırx doqquz manat əlli qəpik) artıq büdcə vəsaitini Cavabdeh ASC-nin hesabına ödəmişdir. Daha sonra iddiaçı tərəfindən 21936,67 manat (iyirmi bir min doqquz yüz altı manat altmış yeddi qəpik) pul məbləğinin həm xəstəxanaya və digər müəssələrə suyun sərfiyyat satışı olduğu üçün komissiya tərəfindən araşdırılaraq silinməsi istiqamətində köməklik göstərilməsi xahiş edilmişdir. 23 07 2020-ci il tarixli, 311 saylı əmri ilə yaradılmış istehlakçılardan daxıl olmuş ərizə və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyanın 31 avqust 2022-ci il tarixli, 160/1 saylı Protokoluna əsasən xx.xx.2012-ci il – xx.xx.2015-ci il tarixədək xəstəxananın su xətti üzərində quraşdırılmış STV-80 markalı, ******* mexaniki tipli sayğacdan keçərək yaxınlıqda yerləşən 070717, 070719 və 070690 abonentlərə verilmiş su sərfiyyatı 070110 abonent kodundan çıxılma olunmamışdır. Qeyd olunanlara əsasən abonentin hesabına müvafiq düzəlişlər edilərək, 74300,02 manat (yetmiş dörd min üç yüz manat iki qəpik) borcun silinməsi məqsədəuyğun hesab edilmişdir. Hal-hazırda “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası” X3 su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Cavabdeh ASC-yə bugünədək olan əsaslı borcu 36886,97 manat (otuz altı min səkkiz yüz səksən beş manat doxsan yeddi qəpik) təşkil edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara göstərilən xidmətin dəyərindən formalaşır. Su Məcəlləsinin 97-ci maddəsindən göstərildiyi kimi, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdırmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Qanunun tələbinə əsasən iddiaçıya göstərilən xidmətlərin dəyəri sayğacın göstəricisinə əsasən hesablanaraq hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında borc məbləği iddiaçı tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və hazırkı borc məbləğinə dair tələb beş ildən artıq müddət keçdiyinə görə qüvvəsini itirdiyindən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ASC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz ərizəsinin məzmununa izahat verərək iddianın rədd olumasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə “xxxx” X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 13949506 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC “xxxx” X5 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “xxxx” X6 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə “xxxx” X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13949506 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC “xxxx” X5 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “xxxx” X6 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə “xxxx” X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13949506 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC “xxxx” X5 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “xxxx” X6 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - “xxxx” X6 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01-01- 463/21 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-cı il tarixində “xxxx” X4 daxil olmuş xəbərdarlığa cavab olaraq bildirilir ki, mübahisəli olan 111186,17 manat (bir yüz on bir min bir yüz səksən altı manat on yeddi qəpik) manat vəsaitdən, “xxxx” X6ndə 2010-cu ilin noyabr ayından 2014-cü ilin fevral ayınadək olan dövrdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlaması nəticəsində 14 aprel 2014-cü ildə tərtib olunmuş akta əsasən xəstəxana həm özünün istifadə etdiyi suyun dəyərini, həm də onun su xəttinə qoşulmuş 4 müəssisənin (Ə.Əliyev adına HTİ Respublika Uşaq Klinik Xəstəxanası, X7 Stansiyası, X2 (MORQ)) istifadə etdiyi suyun dəyərini, içməli suya görə 44166 manat (qırx dörd min bir yüz altmış altı), çirkab suyun axıdılmasına görə 45083 manat (qırx beş min səksən üç) olmaqla, cəmi 89249,50 manat (səksən doqquz min iki yüz qırx doqquz manat əlli qəpik) artıq büdcə vəsaiti Cavabdeh ASC-nin hesabına ödəmişdir. Xəstəxana tərəfindən artıq ödənilmiş vəsaitin gələcək dövrün hesablaşmalarında nəzərə alınacağı barədə Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinə məktub göndərilmişdir. 21936,67 manat (iyirmi bir min doqquz yuz otuz altı nanat altmış yeddi qəpik) vəsaiti isə növbəti illər ərzində ikitərəfli olaraq, həm “Akademik M Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4, həm də digər müəssisələrə suyun sərfiyyat dəyərinin satışı olduğu üçün komissiya tərəfindən araşdırılaraq silinməsinə köməklik göstərilməsi xahiş edilir. - Cavabdeh ASC tərəfindən “xxxx” X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/4/01- 7/6/11755 nömrəli məktubda qeyd edilmişdir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcla bağlı xx.xx.2021-ci il tarixli, 17681 qeydiyyat nömrəli “xxxx” PHŞ-nin müraciətinə Cavabdeh ASC-də baxılmışdır. Müraciətə baxılması üçün Cavabdeh ASC-nin istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya təqdim olunmuşdur. Komissiyanın xx.xx.2022-ci il tarixli, 160/1 saylı protokoluna əsasən cəmiyyətin elektron abonent bazasında Yasamal rayon Sukanal İdarəsininn xidməti ərazisində fəaliyyət göstərən, abonent kodu 070110 olan “xxxx” X3 hesabından 74300,2 manat (yetmiş dörd min üç yüz manat iyirmi qəpik) silinərək müvafiq düzəliş aparılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə obyektin hesabında sayğac göstəricisi ******* m3 olmaqla yaranmış borc 96429,97 manat (doxsan altı min dörd yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) təşkil edir. Həmçinin Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabınızda yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab fakturalara və ödənişlərə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilərsiniz. Eyni zamanda bildirilir ki, “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün Yasamal rayon Sukanal İdarəsinə yaxınlaşaraq razılıq protokolu imzalamağınız tövsiyyə olunur. - Cavabdeh ASC tərəfindən “xxxx” PHŞ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə “xxxx” PHŞ-nin su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 65191,97 manat son ödəmə tarixi keçmiş və ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunur, əks təqdirdə borcun tutulması il əlaqədar məhkəməyə müraciət ediləcəkdir. - Cavabdeh ASC tərəfindən “xxxx” PHŞ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə “xxxx” PHŞ-nin su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 62319,97 manat son ödəmə tarixi keçmiş və ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunur, əks təqdirdə borcun tutulması il əlaqədar məhkəməyə müraciət ediləcəkdir. - “xxxx” X6 tərəfindən Cavabdeh ASC-yə pretenziya məktubu ünvanlanaraq su təchizatına görə hesablanmış 36885,97 manat borc məbləğinin 5 (beş) gün müddətində silinməsi xahiş edilmişdir. - xx.xx.2023-cü il tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 36671,97 manat təşkil edir. Eləcə də abonent haqqında məlumatdan görünür ki, “xxxx” PHŞ su təchizatı və kanalizasiya xidmətlərindən 2017-ci ildə 146148 manat məbləğində istifadə etmiş və həmin il üzrə 245634,32 manat məbləğində ödəniş etmiş, 2018-ci ildə 147470 manat məbləğində istifadə etmiş və həmin il üzrə 147470 manat məbləğində ödəniş etmiş, 2019-cu ildə 169590 manat məbləğində istifadə etmiş və həmin il üzrə 169592,01 manat məbləğində ödəniş etmiş, 2020-ci ildə 152476 manat məbləğində istifadə etmiş və həmin il üzrə 152476 manat məbləğində ödəniş etmiş, 2021-ci ildə 276472 manat məbləğində istifadə etmiş və həmin il üzrə 253062 manat məbləğində ödəniş etmiş, 2022-ci ildə 341192 manat məbləğində istifadə etmiş və həmin il üzrə 439116,20 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında müxtəlif tarixlərdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh ASC “xxxx” PHŞ-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “xxxx” PHŞ isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh ASC-yə məktub ünvanlanmış və məktubda mübahisəli olan 111186,17 manat borcun silinməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh ASC tərəfindən mübahisəli borcun 74300,2 manat hissəsi silinərək müvafiq düzəliş aparılmışdır. Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, xəbərdarlıqda su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi, ödənilmədiyi halda isə suyun dayandırılıcağı bildirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, silinməsi tələb olunan borc 2017-ci il tarixə qədər yaranmışdır. Belə ki, Cavabdeh ASC tərəfindən tərtib edilmiş abonent haqqında məlumatdan görünür ki, iddiaçı 2017-ci ildən hazırkı vaxta qədər isifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini artıqlaması ilə ödəmiş, iddia tələbində silinməsi tələb olunan qalıq borc məbləği isə 2017-ci ildən əvvəlki dövrə aid olan borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı həmin maddəyə istinad edərək ərizədə göstərilən məbləğin onun hesabından silinməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ildən hazırkı vaxta su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin dəyərini ödəmişdir və xx.xx.2023-cü il tarixə 36671,97 manat (xx.xx.2023-cü il tarixli abonent haqqında məlumat) məbləğində olan qalıq borc 2017-ci ildən əvvəlki dövrə aid olan borcdur. Qeyd olunanlara əsasən məhkəmə hazırkı mübahisəyə AR MM-nin 550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün sayır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin iddiaçıdan 36671,97 manat məbləğində qalıq borcun ödənilməsini tələb etmək hüququna beş il müddət keçdiyinə görə xitam verilməli, Cavabdeh ASC tərəfindən hesablanmış 36671,97 manat (otuz altı min altı yüz yetmiş bir manat doxsan yeddi qəpik) məbləğində borc “xxxx” PHŞ-nin hesabından (abonent kodu: 070110) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 36671,97 manat (otuz altı min altı yüz yetmiş bir manat doxsan yeddi qəpik) məbləğində borc “xxxx” X3 hesabından (abonent kodu: 070110) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar