Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5333/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 3 435 895,78 manat borcun, 400 manat mediasiya xərcinin, ödənilmiş 2107,95 manat dövlət rüsumunun cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə Bəyəndər oğlu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iddiaçının və cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli iddiaçının nümayəndəsi (iddiaçı qismində) və cavabdehin nümayəndəsi (cavabdeh qismində) tərəfindən imzalanaraq möhürlənmiş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 5333/2023 saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və təbii qazdan istifadəyə görə yaranmış 3435895,78 (üç milyon dörd yüz otuz beş min səkkiz yüz doxsan beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2023-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2023-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2024-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2024-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat və xx.xx.2024cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür.
2. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.
3. Cavabdeh sazişin şərtlərinə və qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.
4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.
5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi sazişdə göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.
7. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 2107,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 2107,95 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 5333/2023 saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və təbii qazdan istifadəyə görə yaranmış 3435895,78 (üç milyon dörd yüz otuz beş min səkkiz yüz doxsan beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2023-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2023-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2024-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat, xx.xx.2024-cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat və xx.xx.2024cü il tarixədək 572649,30 (beş yüz yetmiş iki min altı yüz qırx doqquz manat, otuz qəpik) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür.
2. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.
3. Cavabdeh sazişin şərtlərinə və qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.
4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.
5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.
İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 2107 (iki min yüz yeddi) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nərmin Əhmədova