Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5429/2025 12.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh “İri şəhərlərin X5 Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı X1 cavabdeh “İri şəhərlərin X5 Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri şəhərlərin X5 xidməti” Publik Hüquqi şəxsi tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə 011390 nömrəli abonent kodu üzrə hesablanmış 12384 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən obyektə 12 iyun 2025-ci il tarixli 603432 nömrəli akt tərtib edilmiş və 011390 nömrəli abonent kodu üzrə əsassız olaraq 12384 manat borc yazılmışdır. Hesab edir ki, cavabdeh “İri şəhərlərin X5 xidməti” Publik Hüquqi şəxsi tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə 011390 nömrəli abonent kodu üzrə hesablanmış 12384 manat əsassız borc silinməlidir. “İri şəhərlərin X5 xidməti” Publik Hüquqi şəxsinin işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, həmin borcun heç bir əsası yoxdur, borc məbləği əsassız olaraq yazılmışdır. Tərəfindən əsassız borcun silinməsi ilə bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh bu günədək həmin əsassız borcu silməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30, 59.3-cü maddələrinə, “Sudan istifadə qaydaları”nın 2, 4.1.3, 5.1.5, 6.4, 7.4-cü maddələrinə, Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin izahatında video-görüntülərə əsasən aşkar olunmuş xəttin ümumiyyətlə hansı mənbədən gəlməsi haqqında məlumatlı olmadıqlarını, həqiqətən orada suyun olub-olmamasının müəyyən edilməsinin mümkün olmadığını, bəzi vaxtlarda məcburiyyətdən öz vəsaitləri hesabına əlavə maşınlarla suyun daşınılması, çənin doldurulmasının həyata keçirildiyini bildirmiş, məhkəmənin suallarına cavab olaraq aşkar olunan boru xəttindən iddiaçının xəbərinin olmadığını, hazırda həmin boru xəttinin kəsilibkəsilməməsi barədə məlumatının olmadığını qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən qanunsuz kanalizasiya sistemindən istifadə olunduğunu, həmin müəssisədə 2 sayğacın mövcud olduğunu, lakin akt tərtib olunarkən sayğacların bağlı olduğunu, qıraqdan boru çəkilərək müəssisənin içinə kimi aparıldığını, çən doldurulduğunu, lakin həmin vaxt sayğacların işlək vəziyyətdə olmadığını, hesablamanın sudan istifadə qaydalarına əsasən aparıldığını, hesab-fakturada hesablama qaydasının göstərildiyini, sudan qanunsuz istifadəni müəyyən edə bilmədikdə sudan istifadə qaydalarına əsasən illik sərfiyyatın hesablandığını bildirmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: 07 iyul 2025-ci il tarixində çap olunmuş KY252318068 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən obyektə xx.xx.2025-xx.xx.2025 tarixlərində müqavilə şərtlərinə əməl olunmasını yoxlamaq üçün yoxlama qeydə alınmış və plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi olmuşdur. “İri şəhərlərin X5 xidməti” Publik Hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, 603432 nömrəli aktdan görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən obyektə AR Ədliyyə Nazirliyinin KY252318068 nömrəli çıxarışına əsasən baxış keçirilmiş, araşdırma zamanı d=32 mm su xəttindən qanunsuz istifadə halı aşkar edilmiş, videogörüntü çəkilmişdir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli Qanunsuz istifadə fakturasından görünür ki, xx.xx.2025 tarixli, 603432 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün, borunun daxili diametri 32 mm, su buraxma qabiliyyəti 3,44 m3/saat, günlük istifadə müddəti 5 saat, qanunsuz istifadə müddəti 360 gün, sərf 6192 m3 olmaqla 12384 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2025-ci il tarixdə çap olunmuş 011390 nömrəli abonent kodu üzrə abunə haqqında məlumatdan görünür ki, sərfiyyat üzrə qalıq borc 12262,90 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, 76232969 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 128 manat pul ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun: 12-ci maddəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 30-cu maddəsinə əsasasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 49.4-cü maddəsinə əsasən səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 67.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.3-cü maddəsinə görə fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. 2.1.4-cü maddəsinə görə istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq STKM-in vəzifəsidir. 2.2-ci maddəsinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.6-cı maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. “Sudan istifadə Qaydaları”na 4 saylı Əlavədən görünür ki, kommersiya təşkilatları üzrə borunun iç diametri d=32 mm olan su borusu xəttinə görə saatlıq su sərfi 3,44 m3, günlük 5 saat, iş günlərinin sayı 30 gün müəyyən olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı qanunsuz və əsassız olaraq ona borc yazıldığını bildirsə də, iş materiallarına disk daşıyıcıda əlavə olunmuş videogörüntüdən aydın görünür ki, X2 məxsus obyektin ərazisində olan hər 2 sayğacdan kənar su borusu xətti mövcuddur. İddiaçının nümayəndəsi həmin su borusu xəttin mövcudluğundan məlumatları olmadığını bildirsə də, video görüntülərdə həmin xəttin iddiaçının həyətində olduğu və iddiaçıya məxsus qazanxana olan tikiliyə daxil olduğu aşkar görünür. Həmçinin məhkəmə hesab edir ki, dondurma sexi kimi fəaliyyət göstərən müəssisənin ərazisində aşkar edilən qanunsuz qoşulmuş su boru xəttindən iddiaçının məlumatsız olması inandırıcı və ağlabatan deyildir. Bundan başqa cavabdeh tərəfindən aparılan yoxlama qanunvericiliyə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 11 iyun 2025-ci il tarixdə KY252318068 nömrəli çıxarışla qeydə alınmışdır. Eyni zamanda xx.xx.2025-ci il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasına əsasən iddiaçının qanunsuz qoşulduğu xəttin qoşulma müddəti məlum olmadığına görə 360 gün qanunsuz istifadə müddəti üçün saatlıq su sərfi 3,44 m3, günlük 5 saat olmaqla 6192 kub metr sərfiyyata görə 12384 manat hesablanmışdır. İşin faktiki hallarından və materiallarından göründüyü kimi cavabdeh qanuna uyğun şəkildə yoxlamanı müvafiq reyestrdə qeydə aldırmaqla yoxlama keçirərək iddiaçının ərazisində qanunsuz qoşulma aşkar etmiş və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadığından, itirilmiş suyun həcmi Qaydalara uyğun olaraq ötən 1 il müddətinə hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc qanunvericiliyə uyğun olduğundan iddiaçının iddia tələbi əsassız və haqsızdır. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 128 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 cavabdeh “İri şəhərlərin X5 Xidməti” X4rşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı X3 tərəfindən ödənilmiş 128 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5429/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5429/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver