Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-555/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı KM) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçınə aid olan və ünvan 1 ünvanında yerləşən və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30,5 kv.metrlik qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş olan 122000 (bir yüz iyirmi iki min) manat həddində maddi zərər, 50000 (əlli min) manat həddində mənəvi zərər və 400 (dörd yüz) manat mediasiya xərcləri, dövlət rüsumu üçün ödənilmiş 62 (altmış iki) manat olmaqla, ümumlikdə 172460 (bir yüz yetmiş iki min dörd yüz altmış) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 24 iyun 1994-cü il tarixində 11893 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Müəssisənin təsisçiləri X7, X15, X17 və X2r. Müəssisənin dövlət qeydiyyatına alınmış nizamnaməsinin 2.1-ci maddəsinə əsasən müəssisənin yaraılmasında əsas məqsəd xalq istehlakı mallarının istehsalı və satışı, elmi-texniki məhsulların, mütərəqqi materialların, texnologiyanın, texnikanın və avadanlığın yaradılması və tətbiqi, əhaliyə istehlsal, servis və başqa xidmətlərin göstərilməsi, elektron texnikanın, proqram məmulatının, proqram-texniki komplekslərinin istehsalının və satışının təşkili, onların təmiri və onlara xidmət göstərilməsi və bu kimi sair digər xidmətlərin göstərilməsi və işlər görülməsindən ibarət idi. Qeydiyyata alındığı dövrdən etibarən müəssisə əsas olaraq tipoqrafiya fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, qeyd edilən fəaliyyət növünün səmərəli şəkildə həyata keçirilməsi və bunun üçün müəyyən sahənin ayrılması məqsədi ilə İddiaçı KM tərəfindən ünvan 2 ünvanında yerləşən “X25”nun rəhbərliyinə müraciət edilmişdir. AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi tərəfindən verilən 19 noyabr 1997-ci il tarixli, 275 saylı əmrlə İddiaçı KMnin 10 noyabr 1997-ci il tarixli müraciəti nəzərə alınaraq "xxxx" Dövlət Şirkətinin X25na məxsus ünvan 3 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30,5 kv.m. qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi ilə İddiaçı KM arasında icarə müqaviləsi bağlanılmasınin əmr edilmişdir. Həmin əmrə əsasən AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi ilə İddiaçı KM arasında 19 noyabr 1997-ci il tarixli, 279 saylı icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 22 yanvar 1998-ci il tarixli, 114 saylı sərəncamına əsasən ünvan 3 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30,5 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilərək icarəçi İddiaçınə 100% dəyəri ilə satın alınmaq üçün təklif edilməsi, icarəsi İddiaçı KM-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsini almağa razılıq verdikdə 30,5 kv.m qeyri-yaşayış sahəsinin 100% dəyəri ilə ona satılması, kiçik müəssisənin icarəyə götürülmüş qeyri-yaşayış sahəsini almağa razılıq verdiyi halda onunla Dövlət Əmlak Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlanması, icarə obyektinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlandığı halda, AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi ilə İddiaçı KM arasında bağlanmış 19 noyabr 1997-ci il tarixli, 279 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən AR Dövlət Əmlak Komitəsi ilə İddiaçı KM arasında 01 iyun 1998-ci il tarixli, 151 saylı icarəyə verilmiş müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmış, ünvan 2 ünvanında yerləşən və müəssisənin icarəyə götürdüyü 30,5 kv.m.-lik qeyri-yaşayış sahəsi müəssisə tərəfindən dəyəri tam ödənilməklə satın alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən AR Dövlət Əmlak Komitəsi tərəfindən İddiaçı KM-nin adına 01506 saylı 05 iyun 1998-ci il tarixli, 10506 qeydiyyat nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə” verilmişdir. Daha sonradan İddiaçı KMnin yerləşdiyi həmin ərazidəki torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan bütün tikililər (qeyri-yaşayış sahələri və yardımçı tikililər) "xxxx" Dövlət Şirkətinin X25nun bazasında “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair dövlət proqramı”na uyğun olaraq yaradılmış “X29” ASC-nin mülkiyyətinə keçmişdir. “X29” ASCnin səhmdarlarının 14 avqust 2008-ci il tarixli ümumi yığıncağının qərarı ilə ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş və 29 yanvar 2009-cu il tarixində reyestr sistemində ləğv haqqında müvafiq qeydiyyat aparılmaqla hüquqi şəxs statusu itirilmiş hesab edilmişdir. İddiaçı KM tərəfindən 2013-cü il tarixində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin qanunsuz söküldüyünə dair hüquq mühafizə orqanlarına müvafiq ərizələrlə müraciət edilmişdir. Dəfələrlə bu işlə bağlı edilən müraciətlərə məhəl qoyulmamış və yekunda Nizami rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı X18 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar 13 fevral 2017-ci il tarixli, 9/21-087-3362-1217 saylı müşayiət məktubu ilə kiçik müəssisənin təsisçilərindən X3 ünvanına göndərilmişdir. Həmin qərarda da qeyd olunmuşdur ki, İddiaçı KM tərəfindən 30,5 kv.m-lik sahə satın alındıqdan bir neçə il sonra sonradan adları müəssisənin rəhbərliyinə məlum olmuş Seyidov Tahir və Vəliyev Firdovsi adlı şəxslər özəlləşdirilmiş zavodun ərazisində yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsində əyləşmişlər. Lakin həmin şəxslərin hansı işlə məşğul olduqları bilinməmişdir. Təxminən 2004-2005-ci illərdə Seyidov Tahir və Vəliyev Firdovsi İddiaçı KM-nin rəhbərliyinə yaxınlaşaraq bildirmişlər ki, ünvan 3 ünvanında yerləşən ərazini və o cümlədən də İddiaçı KM-nə məxsus inzibati binanın 1-ci mərtəbəsində yerləşən 30,5 kv.mlik qeyri-yaşayış sahəsini onlardan almaq istəyirlər. Həmin şəxslərə kiçik müəssisənin rəhbərliyi tərəfindən bildirilmişdir ki, əgər qanuni yollarla onlara məxsus əmlakı satın almaq istəyirlərsə və onlara təklif edilən məbləğ onları qane edərsə, o zaman İddiaçı KM-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi həmin şəxslərə satıla bilər. İddiaçı KM əsasən məşğul olduğu tipoqrafiya fəaliyyətini 2005-2009-cu illərdə dayandırmış və bu müddət ərzində onlar özlərinə məxsus ərazidə mağaza açaraq fəaliyyət göstərmək istəmişlər. Lakin yuxarıda adları qeyd olunan Seyidov Tahir və Vəliyev Firdovsi kiçik müəssisənin həmin yerdə fəaliyyət göstərməsinə imkan verməmişdir. Bu səbəbdən kiçik müəssisə öz fəaliyyətini dayandırmış, lakin həmin müəssisənin hər bir təsisçisi onlara məxsus əraziyə mütəmadi olaraq baş çəkmiş, müəssisənin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmışlar. 2013-cü ilin əvvəllərində kiçik müəssisənin rəhbərliyi ünvan 2 ünvanında yerləşən ərazinin hasara alındığını görmüş və buna görə həmin əraziyə gedilərək bunun nə məqsədlə hasara alındığı öyrənilməyə çalışılmışdır. Həmin ərazidə işləyən bir neçə fəhlə tərəfindən onlara bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən ərazidəki tikililərin sökülməsi nəzərdə tutulur. Hələ heç bir söküntü işlərinə başlanmamışdan əvvəl kiçik müəssisənin təsisçilərindən X15 cavabdehlərdən Cavabdeh MMC-nin zavod ərazisində olan nümayəndələri ilə görüşmüş və zavodun inzibati binasında olan 30,5 kv.m-lik iki otağın iddiaçıya məxsus olmasını təsdiq edən sənədləri onlara göstərmişdir. Səhərisi gün özünü Cavabdeh MMC-nin hüquqşünası kimi təqdim edən Hüseynbəyov Vüqar və X11 Adili görüşə dəvət etmiş və görüş zamanı həmin 30,5 kv.m-lik iki otaq üçün Fətullayev Adilə 20000 (iyirmi min) ABŞ dolları təklif edilmişdir. X26 bu pula heç bir yerdə uyğun qeyri-yaşayış sahəsi almağın mümkün olmadığını onların nəzərinə çatdırmış və təklif olunmuş məbləğdən imtina etmişdir. Bunun cavabında isə Hüseynbəyov Vüqar və Vəliyev Firdovsi “Hara şikayət edirsiniz edin, biz onsuz da buranı sökəcəyik” deyərək çıxıb getmişlər. İddiaçı KM tərəfindən kiçik müəssisəyə aid 30,5 kv.mlik qeyri-yaşayış sahəsinin müqəddəratı ilə bağlı hüquq mühafizə orqanlarına ünvanlanan müraciətlər səmərəsiz qalmışdır. Lakin yekunda Nizami Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 noyabr 2016-cı il tarixli qərarı qəbul edilərkən kiçik müəssisəyə aid qeyri-yaşayış sahəsinin fiziki şəxslər tərəfindən başqa hüquqi şəxslərə satıldığı müəyyən edilmişdir. Belə ki, 28 noyabr 2016-cı il tarixli qərarda cavabdehlərdən Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi olaraq öz izahatını vermiş X8 izahatında 11 dekabr 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 14.644,5 kv.m. olan əmlak kompleksinin X13 və X14 tərəfindən "xxxx" MMC-yə satıldığı bildirilmişdir. Alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən yeni mülkiyyətçiyə əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən bir müddət sonra yeni tikintinin aparılması məqsədi ilə həmin ərazidə olan binaların söküntüsünə başlanılmışdır. Daha sonradan "xxxx" MMC-nin təsisçilərinin (və ya təsisçisinin) ümumi yığıncağının qərarı ilə "xxxx" MMC-nin Cavabdeh MMC-yə qoşulması barədə qərar qəbul edilmiş və bunun nəticəsində Cavabdeh MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya Hüquqi X12 İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Məhz bundan sonra Cavabdeh MMC tərəfindən hüquqi varis olaraq həmin əraziyə AR ƏMDK yanında DƏDRX-dən 07 mart 2014-cü il tarixində RX seriyalı ******* saylı **********23 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır ki, həmin çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ərazidəki torpaq sahəsinin ümumi ölçüsü 4,5414 ha təşkil edirdi. Ancaq əvvəlki çıxarışlardan fərqli olaraq həmin ərazidəki torpaq sahəsinin üzərində yerləşən 14.644,5 kv.m-lik əmlak kompleksi kimi müəəsisə artıq mövcud deyildi, "xxxx" MMC və ya onun hüquqi varisi Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülmüşdü. Belə ki, torpaq sahəsi üzərindəki bütün tikililər sökülən zaman İddiaçı KM-yə aid 30,5 kv.m-lik qeyri-yaşayış sahəsi də digər tikililər kimi Cavabdeh MMC tərəfindən sökülmüş və beləliklə, kiçik müəssisənin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçınə aid olan və ünvan 5 ünvanında yerləşən 30,5 kv.metrlik qeyri-yaşayış sahəsi 11 dekabr 2012ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC (hüquqi varisi: Cavabdeh MMC) tərəfindən əldə edilmiş 14.644,5 kv.metrlik əmlak kompleksi kimi müəssisənin və 4,5414 ha torpaq sahəsinin ərazisində yerləşirdi. Yəni qeyd edilən 30,5 kv.metrlik qeyri-yaşayış sahəsi əmlak kompleksi kimi müəssisədə A tikilisi kimi qeyd edilən və alqı-satqı zamanı ümumi sahəsi 765,0 kv.metr olan 2 mərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yerləşirdi və A tikilisinin 1-ci mərbəbəsinin planında İddiaçınə aid 30,5 kv.metrlik qeyri-yaşayış sahəsi qonşu sahə kimi göstərilmişdir ki, bu gün həmin sahə artıq mövcud deyildir, həmin sahə sökülərək yerində Cavabdeh MMC tərəfindən yeni tikililər inşa edilmişdir. Bu xüsusatlar AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X30 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 16 mart 2022-ci il tarixli **********29 saylı mütəxəssis rəyində də öz əksini tapmışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh X4, X9 X10, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanınmda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum edilməklə qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-161/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(102)-4901/20 saylı qərarı ilə İddiaçı kassassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi özünün qərarında kassasiya şikayətinin təmin edilməməsinin əsası kimi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əmlak kompleksinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydə alınmasının əsası (özəlləşdirmə, mülki hüquqi əqd və s.) mübahiələndirilmədən və etibarsız sayılmadan cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Bakı İnzaibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin (hazırkı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin) ünvan 3 ünvanında yerləşən "xxxx" Dövlət Şirkətinin X25nun bazasında “X29” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair 23 oktyabr 2006cı il tarixli, 254 saylı sərəncamının İddiaçı KM-nin mülkiyyətində olan 30,5 kv.metrlik qeyriyaşayış sahəsinin “X29” ASC-nin mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini istəmişdi. Bakı İnzibati Məhkəməsi mütəxəssis rəyinin alınması ilə əlaqədar 30,5 kv.m qeyri-yaşayış sahəsinin həqiqətən də özəlləşdirilmiş əmlakın tərkibində olub-olmamasına dair məlumatın dəqiqləşdirilməsi ilə bağlı 29 noyabr 2021-ci il tarixli 2-1(112)-6618/2021 saylı qərardad qəbul etmişdir. Mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair texniki pasporta əsasən 30,5 kv.m sahə həmin ünvanda yerləşən "xxxx" ASC-yə verilmiş və texniki pasportdakı 2 mərtəbəli “A” literli tikilinin 1-ci mərtəbəsinin bir hissəsi olmuşdur. Lakin "xxxx" ASC-yə verilmiş texniki pasportda qonşu sahə kimi göstərilməklə həmin 30,5 kv.m sahə öz əksini tapmamışdır. Faktiki olaraq ASC-nin texniki pasportunda göstərilən tikililər, o cümlədən iddiaçıya məxsus 30,5 kv.m sahə də sökülərək yerində yeni tikililər inşa edilmişdir. İş üzrə tərəflərin iştirakı ilə aparılmış məhkəmə araşdırması zamanı da texniki sənədlərdə əmlakın yerləşdiyi yer konkret müəyyən edildiyindən həqiqətən də əmlakın özəlləşdirməyə daxil olmadığı müəyyən edildiyindən, məhkəmə prosessual qənaət prinsipi baxımından ekspertizanın təyininə zərurət görməmişdir. Mütəxəssis rəyi kifayətedici sübut qismində tədqiq edilərək məhkəmənin gəldiyi nəticə üzrə yetərli olmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-6618/2021 saylı qərardadı ilə İddiaçınə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə dair iddia tələbi mümkün sayılmamışdır. Cavabdeh rəhbərliyinə dəfələrcə qeyd edilən ünvanda İddiaçınə mülkiyyət hüququ ilə məxsus 30,5 kv.m-lik qeyri-yaşayış sahəsinin olduğunun bildirilməsinə baxmayaraq, İddiaçı KM-yə aid sahənin də digər sahə ilə birlikdə hasara alınmaqla bütün tikililərin sökülməsini həyata keçirməsi onların bu hərəkətinin qanunsuzluğundan xəbər verir və iddiaçıya dəymiş olan zərərin əvəzinin ödənilməsi üçün hüquqi əsas təşkil edir. Cavabdeh MMC iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddia tələbi cavabdeh "xxxx" MMC-dən ("Cavabdeh") iddiaçıya (İddiaçınə) aid olan ünvan 2 ünvanında yerləşən və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30.5 kv.m. qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş olan 122000 manat məbləğində maddi zərərin, 50000 manat məbləğində mənəvi zərərin və 400 manat mediasiya xərcinin, dövlət rüsumu üçün ödənilmiş 62 manat olmaqla, ümumilikdə 172460 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. 2019-cu ildə iddiaçı iddia tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi və iddia həcminin dəyişdirilməsi barədə ərizəyə əsasən cavabdeh DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər X14 və X5 adına verilən RX seriyalı ******* saylı, 7 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X14, X13 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçının mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kv.m. üçün 4000 manat olmaqla, ümumilikdə 122000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74000 manat məbləğində maddi zərərin, 100000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1071/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 4901/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1071/20 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçı eyni iddia tələbi ilə eyni cavabdehə qarşı artıq bir dəfə məhkəməyə müraciət etmiş və həmin iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində icraata xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddənin 261.0.2-ci bəndinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, tərəflər arasında hazırkı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. İddiaçı tərəf həmin icraat zamanı ona məlum olmayan yeni sübutlar əldə etmişsə, yeni açılmış hallarla bağlı ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilər. Odur ki, hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xitam üçün əsasların olmadığını, iş üzrə tərəflərin və əsasların müxtəlif olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iş üzrə icraata xitam verilməsinə etiraz etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi və iddia həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər X14 və X5 adına verilən RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X14, X13 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri üçün 4000 manat olmaqla, ümumilikdə 122000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74000 manat məbləğində maddi zərərin, 100000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və sözügedən qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apelyyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1071/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 161/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1071/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4901/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-555/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-555/2023
02.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver