Məhkəmə qərarları › İş №e-2-2(113)-5580/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5580/2023

26.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5580/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi/vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25800 manat pulun və 210 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı və cavabdeh barışıq sazişini imzalayaraq əslini məhkəməyə təqdim etmiş, barışıq sazişi elektron iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh, eyni zamanda cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin məhkəmə iclasında Cavabdeh barışıq sazişi ilə verilməsi razılaşdırılmış 8000 manat məbləğində pulu İddiaçı təqdim etmiş, iddiaçı qeyd olunan məbləği qəbul etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh məhkəmə icraatının gedişində İddiaçı 10000 manat pul ödənilməsinə, məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən İddiaçı 8000 manat da ödənilməsi barədə razılığa gəlinməsinə istinad edərək tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh 8000 (səkkiz min) manat pulu İddiaçı ödəməyi öhdəsinə götürür;

2. İddiaçı iddia tələbi üzrə 25800 (iyirmi beş min səkkiz yüz) manat pulun qalan 7800 (yeddi min səkkiz yüz) manat hissəsini Cavabdeh tələb etməyəcəyinə razılaşır.

3. Tərəflər gələcəkdə bir-birinə qarşı pul və başqa hər hansı bir tələb etməyəcəyi barədə razılığa gəlirlər. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh 8000 (səkkiz min) manat məbləği İddiaçı ödəməyi öhdəsinə götürür;

2. İddiaçı oğl iddia tələbi üzrə 25800 (iyirmi beş min səkkiz yüz) manat pulun qalan 7800 (yeddi min səkkiz yüz) manat hissəsini Cavabdeh tələb etməyəcəyinə razılaşır.

3. Tərəflər gələcəkdə bir-birinə qarşı pul və başqa hər hansı bir tələb etməyəcəyi barədə razılığa gəlirlər.

İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar