Məhkəmə qərarları › İş №e-2-2(113)-56/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-56/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-56/2021 06.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş 03.09.2019-cu il tarixli 19305841 nömrəli rəyin ləğv edilməsi və ********* nömrəli, 29.09.2019-cu il tarixli hesab faktura üzrə yazılmış 21.680 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü mаddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş 03.09.2019-cu il tarixli 30617/0047148 nömrəli rəyin ləğv edilməsi və ********* nömrəli 29.09.2019-cu il tarixli hesab faktura üzrə yazılmış 21.680 manat borcun silinməsi və hesabdan əsassız silinmiş 2193 manat pulun hesaba bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Sumqayıt Mebel Hissələri fabrikinə içməli və istehsalat məqsədli suyun təchizatı, həmçinin tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə 10.01.2018-ci il tarixli, 19305841 nömrəli müqavilə bağlanılmışdır. İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Sumqayıt Mebel Hissələri fabrikinin ərazisində quraşdırılmış su sayğacının göstəricisində sərfiyyat qeydə alınmadığı üçün yaranmış texniki nasazlığın aradan qaldırılması ilə bağlı Cavabdeh ASC-yə 03.09.2019-cu il tarixdə müraciət edilmişdir. Bundan sonra Cavabdeh ASC-nin əməkdaşları tərəfindən fabrikə xidmət edən smart kart tipli sayğac çıxarılaraq labarator müayinə üçün götürülmüşdür. 03.09.2019-cu il tarixdə Cavabdeh ASC-nin X6 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən 30617/0047148 nömrəli rəy trətib edilmişdir. Rəydə suölçən cihazın mexaniki hesablama mexanizmi üzırində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi qeyd edilmişdir. Vizual baxış zamanı qurquşun plombun naqili keçirilmiş sayğacın qoruyucu qapağının dartınaraq aşılması qeyd olunmuşdur.Suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürləri yerində yoxdur. Suölçən cihazın baza üzrə göstəriciləri ilə uyğunsuzluq təşkil edir. Suölçən cihazın hesablama mexanizminə müdaxilə aşkar olundu. Suölçən cihaz təmirə və istismara yararsızdır. Bunun əsasında da 2019-cu ilin sentyabr ayı ərzində istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə ayrı-ayrılıqda 10840 kub metr sərfiyyat olmaqla cəmi 21680 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cihazın hesablama mexanizminə müdaxilə aşkar olunduğunu, bunun əsaında borc hesablandığını, silinmənin də qeyd edilən borca görə olduğunu bildirərək , iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən izahat vermiş şahid X3 bildirmişdir ki, sayğacın yoxlanılmasında İddiaçı MMC-nin nümayəndəsi kimi iştirak etmiş cihazın mexaniki hesablama mexanizmi yoxlama aparan şəxs tərəfindən metal alətlə açılmışdır. Bərkidicinin üzərində əzilmə izləri o zaman yarana bilərdi. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən izahat vermiş Cavabdeh” ASC X6 İdarəsinin ölçü cihazlarının qəbulu və təmiri sahəsi sahə rəisi X2 bildirmişdir ki, sayğac onun tərəfindən yoxlanılmış və müəyyən olunmuşdur ki, suölçən cihazın zavod plombunun bağlantısı plastik olduğundan zavod möhürünün içərisindən dartııb bir tərəfi çıxmış, hesablama mexanizminin iç qoruyucu möhürləri yerində olmamış, suölçən cihazın elektron göstəriciləri mexaniki hissəsinin göstəricilərindən çox olmuşdur. Eyni zamanda bildirmişdir ki, göstəricilərin düzgün olmaması və sərfiyyatın düzgün qeydə alınmaması cihazın hesablama mexanizminin iç qoruyucu möhürlərinin yerində olmaması səbəbindən olmuşdur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC ilə İddiaçı MMC arasında 10.01.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 19305841 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı MMC-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı MMC isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ASC X6 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən tərəfindən tərtib edilmiş 03.09.2019-cu il tarixli 30617/0047148 nömrəli rəydən görünür ki, suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi qeyd edilmişdir. Vizual baxış zamanı qurquşun plombun naqili keçirilmiş sayğacın qoruyucu qapağının dartınaraq açılması qeyd olundu.Suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürləri yerində yoxdur. Suölçən cihazın baza üzrə göstəriciləri ilə uyğunsuzluq təşkil edir. Suölçən cihazın hesablama mexanizminə müdaxilə aşkar olundu. Suölçən cihaz təmirə və istismara yararsızdır. Cavabdeh ASC tərəfindən tərtib edilmiş 13 smart–kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə tərtib edilmiş sənəddən görünür ki, 22.11.2019-cu il tarixli Abonent haqqında məlumatdan görünür ki, 2019-cu ilin sentyabr ayına su təchizatı və çirkab su xidmətlərinə görə ayrı-ayrılıqda 10840 kub metr sərfiyyat olmaqla cəmi 21680 manat borc hesablanmışdır. 17.10.2019-cu il tarixli 529 nömrəli iddiaçı tərəfindən Cavabdeh ASC–yə pretenziya ünvanlayaraq ********* nömrəli 29.09.2019-cu il tarixli hesab faktura üzrə yazılmış 21.680 manat borcun 3 gün ərzində silinməsini xahiş etmişdir. 23.01.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.12.2020-ci il tarixli, 3/1028 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, təhqiqata təqdim edilən bir ədəd Alfasu WS-50 markalı (qərarda ÜS-50 göstərilmişdir), smart Dn -50 tipli 50130617 zavod nömrəli su sayğacın səthində dörd ədəd bərkidici olan hissəyə baxış keçirilən zaman bir ədəd bərkidicinin ətrafında əzilmə izi aşkar edildi bu izin müdaxilə olunması nəticəsində yaranması istisna edilmir. Sayğacın hesablama mexanizmin iç hissəsində plastmas qapaqları bir-birinə bərkidən dörd ədəd metal bərkidicilərin hər birinin ətrafında fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sınma zədələri müşahidə edildi. Sonra həmin sayğacın qapağı aşıldıqdan sonra iç hissəsində olan hesablama müxanizminin iç qoruyucu möhürləri (plombları) müşahidə edilmir və əvvəllər möhürlərin (plombları) hissəsində qalmağa xarakterik izlər aşkar edilmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, ********* nömrəli 29.09.2019-cu il tarixli hesab faktura üzrə yazılmış 21.680 manat borcun silinməsi və hesabdan əsassız silinmiş 2193 manat pulun hesaba bərpa edilməsi hissəində iddia təmin olunmalı, iddia tələbinin 03.09.2019-cu il tarixli 30617/0047148 nömrəli rəyin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Sumqayıt Mebel Hissələri fabrikinin ərazisində quraşdırılmış su sayğacının göstəricisində sərfiyyat qeydə alınmadığı üçün yaranmış texniki nasazlığın aradan qaldırılması ilə bağlı Cavabdeh ASC-yə 03.09.2019-cu il tarixdə müraciət edilmişdir. Bundan sonra Cavabdeh ASC-nin əməkdaşları tərəfindən fabrikə xidmət edən smart kart tipli sayğac çıxarılaraq laborator müayinə üçün götürülmüşdür. 03.09.2019-cu il tarixdə Cavabdeh ASC-nin X6 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən 30617/0047148 nömrəli rəy tərtib edilmişdir. Rəydə suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi qeyd edilmişdir. Vizual baxış zamanı qurquşun plombun naqilə keçirilmiş sayğacın qoruyucu qapağının dartınaraq aşılması qeyd olundu.Suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürləri yerində yoxdur. Suölçən cihazın baza üzrə göstəriciləri ilə uyğunsuzluq təşkil edir. Suölçən cihazın hesablama mexanizminə müdaxilə aşkar olundu. Suölçən cihaz təmirə və istismara yararsızdır. Bunun əsasında da 2019-cu ilin sentyabr ayı ərzində istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə ayrı-ayrılıqda 10840 kub metr sərfiyyat olmaqla cəmi 21860 manat borc hesablanmışdır. İddiaçı qeyd olunan rəyi və həmin rəy əsasında hesabnlanmış borcu mübahisələndirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda və laboratoriya rəyində sayğacda olan nöqsanlar qeyd edilmişdir. Aparılmış müayinə zamanı sayğacın suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi, vizual baxış zamanı qurquşun plombun naqili keçirilmiş sayğacın qoruyucu qapağının dartınaraq aşılması, suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürlərinin yerində olmaması qeyd olunmuşdur. Göstərilən bütün nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qeyd olunan nöqsanlardan suölçən cihazın iç qoruyucu plombunun olmaması halı üzrə, həmin plombun sayğac quraşdırılan zaman suölçən cihazda olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi yuxarıda qeyd olunan hissələrinə dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz.Bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən,müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 21.680 manat borc hesablanmışdır və məhkəmə hesab edir ki, həmin borc silinməklə, habelə cavabdeh tərəfindən iddiaçının hesabından əsassız silinmiş 2193 manat pul iddiaçının hesabına bərpa edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 122 (yüz iyirmi iki) manat pul məbləği (ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 122 manatdır) Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 21.680 manat məbləğində borc İddiaçı şəxsi hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının hesabından silinmiş 2.193 manat məbləğində pul İddiaçı şəxsi hesabına bərpa edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 122 (yüz iyirmi iki) manat pul məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar