Məhkəmə qərarları › İş №e-2-2(113)-561/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-561/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-561/2023 28.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131541.20 manat borcun və 421.54 manat ödənilmiş rüsum xərclərinin tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB-nin VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Azəriqaz” İB xx.xx.2019-cu il tarixli, AMX-7198/19 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2021-ci il tarixə 131541.20 manat borcu yaranmışdır.Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Bir tərəfdən bundan sonra paylayıcı adlanacaq İddiaçı İB ilə digər tərəfdən istehlakçı adlanacaq "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən istehlakçıya G-1000 markalı, 83044882 nömrəli sayğac quraşdırılmışdır. - 142 nömrəli hesab-fakturaya əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh MMC-nin borc məbləği 3574.40 manat, 181 nömrəli hesab-fakturaya əsasən xx.xx.2019-cu il tarixə borc məbləği 48505.80 manat, 243 nömrəli hesab-fakturaya əsasən xx.xx.2019-cu il tarixə borc məbləği 56562.40 manat, 192 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 120.629.40 manat 260 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 120.332.00 manat, 204 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 148876.20 manat, 39 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 139929.90 manat, 184 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 126033 manat, 219 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 126040.60 manat, 216 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 130910.80 manat, 149 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 144717.80 manat, 215 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 125510.60 manat, 219 nömrəli hesab-fakturaya əsasən xx.xx.2021-ci il tarixə borc məbləği 181776.40 manat, 254 nömrəli hesab-fakturaya əsasən xx.xx.2021-ci il tarixə borc məbləği 183.473.20 manat, 189 nömrəli hesab-fakturaya əsasən xx.xx.2021-ci il tarixə borc məbləği 166856.40 manat, 251 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü il tarixə borc məbləği 131541.20 manat, təşkil etmişdir. - Abonent Cavabdeh MMC-nin saldosundan (abonent kodu **********00000) məlum olur ki, MMC-nin qazdan istifadəyə görə ümumi borc məbləği 131541.20 manat təşkil edir. - İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 131541.20 manat məbləğinə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya qazdan istifadə edilməsinə görə yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıy tərəflər arasında bağlanmış müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131541.20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində 421.54 manat məbləğində mediasiya və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131541.20 manat borc və 421.54 manat ödənilmiş rüsum xərcləri tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB-nin VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 131541.20 (yüz otuz bir min beş yüz qırx bir manat iyirmi qəpik) manat borc məbləği və 421.54 (dörd yüz iyirmi bir manat əlli dörd qəpik) manat ödənilmiş rüsum xərcləri tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İBnin VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar