Məhkəmə qərarları › İş №e-2-2(113)-60/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-60/2021

06.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-60/2021 06.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən kompensasiya və dəymiş maddi ziyana görə 831600 manat, mənəvi ziyana görə 100000 manat, dövlət rüsumuna görə ödənilən 30 manat və hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 977 nömrəli vərəqində qeydiyyata alınmış və MH seriyalı, ******* nömrəli, 26.09.2006-cı il tarixli çıxarış verilmişdir. 21 iyul 1999-cu il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, tikinti altındakı sahə 37.1 kv metrdir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində yeməkxana fəaliyyət göstərmiş və ailəsinin qazancını oradan təmin etmişdir. 2010-cu ilin oktyabr ayında yeməkxana qanunsuz olaraq sökülmüş və içərisində olan əşyalar qarət edilmişdir. İddiaçı qeyri yaşayış sahəsinə və altında olan torpaq sahəsinə görə qanunla düşən kompensasiyanı bu günə kimi ala bilməmişdir. Çoxsaylı müraciətlər olunmuş, ancaq heç bir cavab alınmamışdır. Söküntü olduğu tarixdən indiyədək Azərbaycan Respublikasında 2 dəfə devalvasiya baş vermişdir və ona görə də dəymiş zərər buna uyğun hesablanmalı və ümumi məbləğin 20% həcmində kompensasiya ödənilməlidir. Dəymiş mənəvi ziyan, kompensasiya, devalvasiya və əldən çıxmış mənfəət nəzərə alınmaqla, ümumilikdə 931600 manat ziyan hesablanmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, Cavabdeh MMC-dən kompensasiya və dəymiş maddi ziyana görə 833211 manat, mənəvi ziyana görə 200000 manat, dövlət rüsumuna görə ödənilən 30 manat və hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair verilmiş ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilən və keçirilən 17 dekabr 2020-ci il tarixli 10/811 saylı ekspert rəyinin nəticəsinə əsasən İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olan 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m. ümumi, 24.2. kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə ’’Gilan Holding” MMC-nin faktiki istifadəsində olan Bakı şəhəti İcra haklimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16,135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. 21 iyul 1999-cu il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, tikili altındakı sahə 37.1 kv.metrdir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsində yeməkxana fəaliyyət göstərirdi və ailənin qazanc yeri idi. Mülkiyyətində olan əmlak cavabdeh tərəfindən onunla bir mülkiyyətçi kimi razılaşdırılmadan, əvvəlcədən pulu ödəmədən 2010-cu ilin oktyabr ayında sökülmüşdür. 2010-cu ilin oktyabr ayında qanunsuz olaraq Bakı şəhərinin mərkəzində iddiaçının mülkiyyətində olan yeməkxana sökülmüş və içərisində olan əşyaları qarət edilmişdir. Söküntü xəbərdarlıq edilmədən və iştirakı olmadan aparılmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə və altında olan torpaq sahəsinə görə qanunla düşən kompensasiyanı bu günə kimi ala bilməmişdir. İlk əvvəl söküntü aparıldıqdan sonra söküntünü aparan şirkət, təşkilat barədə məlumat ala bilməmiş, hətta hüquq mühafizə orqanlarına belə müraciət etmişdir. Müraciət etdiyi təşkilatlar söküntüdən xəbərlərinin olmamasını göstərirdilər. Uzun müddət həmin sahədə tikinti işləri aparılmırdı. Artıq tikinti aparıldığını biləndən sonra tikinti aparan təşkilatı üzun müddətdən sonra müəyyən etmişdir. Əvvəlcə şifahi, daha sonra yazılı müraciətləri müsbət nəticə verməmişdir. Yazdığı ərizə və pretenziya cavabsız qalmışdır. Bu günə kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə kompensasiya verilməmişdir, dəyən ziyan ödənilməmişdir. Göstərilənlərə əsasən iddiaçıya əmlakınınn bazar qiymətinin 20 faizi miqdarında əlavə kompensasiya ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona aşağıdakı məbləğdə ziyan dəymişdir, hansı ki, bu günə kimi ödənilməmişdir. Sökülən obyektin 2010-cu ilin oktyabr ayına bazar dəyəri 280000 manat olmuşdur. 280.000 x 20% = 56000 manat. Beləliklə, sökülən obyektinə görə 336000 manat (280000+56000= 336000) ziyan dəymişdir. Məhv edilmiş avadanlıqlara və mebelə görə ona 20000 manat ziyan dəymişdir. 336000 manat o dövrdə 262080 ABŞ dolları təşkil edirdi (1 dollar 0,78 qəpik idi). O vaxtdan sonra Azərbaycan Respublikasında 2 devalvasiya baş vermişdir və hazırda 1 dollar 1 manat 70 qəpik təşkil edir. Hesab edir ki, ona dəymiş ziyan baş verən devalvasiyaya uyğun ödənilməlidiir. Ona görə də 445536 ABŞ dolları bu günə olan məzənnə ilə 757411 manat təşkil edir. Bundan əlavə həmin obyektyeməkxana ona gəlir gətirirdi və 2010-cu ilin oktyabr ayından bu günə kimi 10 il 4 aydır (124 ay) ki, iddiaçı gəlirindən qalmışdır. Yeməkxana ayda 400-500 manat, orta hesabla 450 manat ona gəlir verirdi. Bununla bağlı ona 55.800 manat ziyan dəymişdir (124 ay x 450 manat= 55800 manat). Bundan əlavə uzun müddətdir ki, mülkiyyətinin məhv edilməsi ilə bağlı sarsıntılar keçirir, sinir sistemi tamamilə pozulmuş, uzun müddət cavabdehi müəyyən edə bilmədiyi üçün gərginliklər yaşamış, anası stressdən dünyasını dəyişmiş və ona dəymiş mənəvi ziyanı 200000 manat məbləğində qiymətləndirir. Beləliklə, mülkiyyətin sökülməsi ilə bağlı ona cəmi ******* (757411 + 20000 + 55800 + 200000 = 1033211) manat ziyan dəymişdir. Daha sonra məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmiş və hüquqi yardıma görə 500 manat xərc çəkmişdir. Beləliklə, ona ******* + 530 = ******* manat ziyan dəymişdir və həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edən zaman iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia tələbi əsassız hesab olduğundan rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 21 iyul 1999-cu il tarixli, 001830 nömrəli qeyri-yaşayış fonduna daxil olan obyektlərin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 69 ünvanında ticarət məqsədilə icarəyə verilmiş qeyriyaşayış sahəsinin mükiyyətçisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının balansındadır və icarəçisi isə X3r. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan – ha torpaq sahəsində yerləşən 64 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına 27.09.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 977 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: 1********). - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 08 sentyabr 2008-ci il tarixli 001897 nömrəli müəssisə və obyektin daşınmaz əmlakın Texniki pasportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 62 ünvanında yerləşən qeyri yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətçisi Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir, icarəçisi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində olan 0,20998 ha torpaq sahəsində yerləşən 62 nömrəli 1524,9 kv.m ümumi, 958,6 kv.m əsas, 566,3 kv.m köməkçi sahədən ibarət 1, 2 və 3 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına 25.04.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 1996 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 18 may 2009cu il tarixli, 180 nömrəli "xxxx" MMC-yə "xxxx"nin layihələndirilməsinə icazə verilməsi haqqında Sərəncamında qeyd olunmuşdur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 13.04.2009-cu il tarixli, 01-04/41 saylı razılıq məktubu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 07.04.2009-cu il tarixli, 43/412 saylı rəyi, "xxxx" MMC-nin 01.04.2009-cu il tarixli, 103/09 müraciətləri nəzərə alınaraq, ünvan 3 ünvanda özünəməxsus 2,19 ha torpaq sahəsində (DƏDRX-nin 18.03.2008-ci il tarixli, ******* saylı; 27.07.2007-ci il tarixli, ******* saylı; 05.12.2008-ci il tarixli, ******* saylı; 23.02.2008-ci il tarixli, ******* saylı və 25.04.2009-cu il tarixli , ******* saylı çıxarışları) "xxxx"nin tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilsin. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 03 oktyabr 2013-cü il tarixli, 404 nömrəli "xxxx" MMC-yə dair Bakı şəhər İcra Hakimiyyətinin 18 may 2009-cu il tarixli, 180 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi haqqında Sərəncamında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin 29.08.2013-cü il tarixli, 013/034 saylı müraciətini nəzərə alaraq, ünvan 4 ünvanda ünvan 5a sarayı və şəhərciyi”nin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 10,62 ha müəyyən edilsin. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 29 noyabr 2016-cı il tarixli, 516 nömrəli "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyətinin 03.10.2013-cü il tarixli, 404 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında Sərəncamında qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.10.2016cı il tarixli, 894 saylı müraciətini və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 25.11.2016-cı il tarixli, **********98 saylı məktubunu nəzərə alaraq, Nəsimi rayonu, Neftçilər prospekti 60 və 62 saylı ünvanda ünvan 6a sarayı və şəhərciyi»nin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 12,8351 ha müəyyən edilsin. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2016-cı il, 16/135 nömrəli İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 18.05.2009-cu il tarixli, 180 nömrəli və 29.11.2016-cı il tarixli, 516 nömrəli sərəncamlar əsasında ünvan 7 ünvanda 12,8351 ha torpaq sahəsi "xxxx" MMC-yə “Aypara saray və şəhərciyi” kompleksinin tikintisi üçün icarəyə verilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində olan 0,20998 ha torpaq sahəsində yerləşən 62 nömrəli 1524,9 kv.m ümumi, 958,6 kv.m əsas, 566,3 kv.m köməkçi sahədən ibarət 1, 2 və 3 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına 25.04.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 1996 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 03.08.2017-ci il tarixli, 18/03-8/2045 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 7 ünvanda tikintisi nəzərdə tutulan “Aypara saray və şəhərciyi” kompleksinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin 18.07.2017-ci il tarixli, 314 saylı sərəncamının 1.51-ci bəndi 12339 saylı inşaat pasportuna əlavə olunması üçün Sizə göndərilir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 18.07.2017-ci il tarixli, 314 nömrəli Azərbaycan Respublikası Nazirləlr Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncamında qeyd edilmişdir ki, 1. Azərbaycan Respublikası Nazirləlr Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış aşağıda adları sadalanan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin. 1.51. ünvan 7 ünvanda "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan “Aypara saray və şəhərciyi” kompleksi (06.06.2017-ci il tarixli, 18/03-8/1449 saylı məktub). - 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2015-ci il tarixli, 2-1(81)-849/2015 saylı qərarından görünür ki, X2 cavabdehlər Bakı şəhər İcra Hakmiyyətinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakmiyyətinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə qarşı “280950 manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, **********40 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə məhkəmənin və tərəflərin nümayəndələrinin, ekspertin, GPS işlədən mühəndisin iştirakı ilə baxış keçirib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğuların cavablarına və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Mübahisələndirilən ərazi lövhələrlə hasarlanaraq mühafizə olunur və hal-hazırda köhnə tikililər sökülüb yerində tikinti işləri aparılır. 1) İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1- ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas tikililərə verilmiş Texniki-Pasportun koordinatlarının olmadığı üçün sözügedən Texniki-Pasportun koordinatlarının təqdim edilməsi məqsədi ilə mübahisələndirilən ərazinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı kimi cavablanmışdır: -Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerinin dəqiqləşdirilməsi üçün İddiaçı ilə əlaqə saxlanılmış və o sözügedən daşınmaz əmlakın söküldüyünü bildirmişdir. Arxiv əsaslarında texniki pasportda döngə nöqtələri əks olunmadığından və obyekt söküldüyü üçün koordinatların verilməsi mümkün olmamışdır. Lakin texniki pasportun cizgisində şərti istinaddan görünür ki, sözügedən daşınmaz əmlak Bayıl Gömrük binasının yaxınlığında yerləşir (mübahisələndirilən ərazinin 2008-ci,2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntüləri əlavə edilir). 2) İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yeri Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. Lakin İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv. m ümumi, 24.2 kv m əsas tikililərə verilmiş Texniki- Pasportun koordinatlarının olmaması səbəbindən İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi ilə Cavabdeh MMC-nin 25.04.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin dəqiq koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2020-ci il tarixli, 10/811 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin məlumatlarını nəzərə alaraq, İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin bütünlüklə Bak şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 10/1547 saylı ekspert rəyindən müəyyən olunur ki,Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********40 saylı 05 noyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerinin Bakı şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Lakin 29.06.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1- ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyri yaşayış sahəsinin texniki pasport sənədində koordinatları qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisəiəndirilən ərazinin 2008-ci, 2010-cu, 2011 -ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində oimuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin bütünlüklə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 23.10.2019-cu il tarixli pretenziya məktubunda sökülən və məhv edilən mülkiyyətinin görə əmlakların bazar dəyəri miqdarında kompensasiya xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, iddiaçı iddia etmişdir ki, 2010-cu ilin oktyabr ayında mülkiyyət hüququ əsasında ona məxsus olan yeməkxana qanunsuz olaraq sökülmüş və içərisində olan əşyalar qarət edilmişdir. O, qeyri yaşayış sahəsinə və altında olan torpaq sahəsinə görə qanunla düşən kompensasiyanı bu günə kimi ala bilməmişdir. Çoxsaylı müraciətlər olunmuş, ancaq heç bir cavab alınmamışdır. İş üzrə verilmiş rəylərdən müəyyən olunur ki, arxiv əsaslarında texniki pasportda döngə nöqtələri əks olunmadığından və mübahisəli obyekt söküldüyü üçün koordinatların verilməsi mümkün olmamışdır. Lakin texniki pasportun cizgisində şərti istinaddan görünür ki, sözügedən daşınmaz əmlak Bayıl Gömrük binasının yaxınlığında yerləşir. İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi, sökülmüş qeyri-yaşayış sahəsinin yeri Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv. m ümumi, 24.2 kv m əsas tikililərə verilmiş Texniki-Pasportun koordinatlarının olmaması səbəbindən İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi ilə Cavabdeh MMC-nin 25.04.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin dəqiq koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 29.06.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1- ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyri yaşayış sahəsinin texniki pasport sənədində koordinatları qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisəiəndirilən ərazinin 2008-ci, 2010-cu, 2011 -ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, İddiaçı 26.09.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində oimuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Həmçinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2015-ci il tarixli, 2- 1(81)-849/2015 saylı qərarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli, 2inz(103)-472/2013 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2inz(81)-731/2013 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmış, eyni zamanda, həmin qərardadda iddiaçının hüquqlarının pozulması, əmlakın sökülməsi faktı mübahisəsiz hal kimi göstərilməklə, iddiaçının əmlakının yerində parkın yerləşməsinin də cavabdehlər tərəfindən mübahisə edilməməsi qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçıya məxsus və xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini həyata keçirən orqanın və ya şəxsin hərəkətlərində cinayət olduğundan, qeyd edilən fakt üzrə xüsusi qərardad çıxarılmaqla prokurora verilməlidir və bu barədə 09 yanvar 2014-cü il tarixdə xüsusi qərardad çıxarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş 10.03.2015-ci il tarixli, 01/613-xid. nömrəli məktubdan görünür ki, göstərilən xüsusi qərardad və əlavə edilmiş sənədlər 09 aprel 2014-cü il tarixli, 01/161-xid nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyətinə göndərilərək, məlumatların həqiqiliyinin saxlanılması, bununla əlaqədar müvafiq tədbirlərin görülməsi, cinayət xarakterli hallar aşkar olunduqda yoxlama materiallarının hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna təqdim edilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyətindən daxil olmuş 23 iyun 2014-cü il tarixli, 7-1846/17 nömrəli məktubda Baş Prokurorluğun yuxarıda qeyd olunan məktubunun araşdırıldığı, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin 27.05.2014-cü il tarixli, 01-N/20 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin xx.05.2014-cü il tarixli, 02/119 nömrəli cavab məktublarında Nəsimi rayonu, Neftçilər prospekti, 64 ünvanında bir mərtəbəli binanın birinci mərtəbəsində yerləşmiş qeyri-yaşayış sahəsinin söküntüsü ilə bağlı bu təşkilatlarda heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 331 saylı, 14.05.2015-ci il tarixli məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki struktur təşkilatların balansında yoxdur. Eyni zamanda, məhkəməyə daxil olmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7-1311/17 saylı, 21.05.2015-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, Neftçilər prospekti, 64 ünvanda söküntü işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı 06 iyul 2015-ci il tarixli, 171 saylı məktubundan görünür ki, ünvan 13 ünvanda yerləşən parkın salınması ilə əlaqədar 2009-2011-ci illərdə təmir-tikinti və abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı bağlanılan müqavilə Agentliyinə daxil olmamışdır. Məhkəmə araşdırması zamanı və iş üzrə dindirilmiş cavabdehlərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, iddiaçıya məxsus mübahisəli qeyriyaşayış sahəsinin hansı orqan tərəfindən və kimlərin göstərişinə əsasən sökülməsindən məlumatsız olmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi isə ümumiyyətlə həmin qeyri yaşayış sahəsinin Dənizkənarı Bulvara aid olmamasını bildirmişdir. İş üzrə məhkəmə tərəfindən iddiaçıya məxsus olan mübahisəli qeyri yaşayış sahəsinin hansı orqan və ya şəxs tərəfindən sökülməsinin müəyyən olunması ilə bağlı müxtəlif dövlət orqanlara çoxsaylı sorğular göndərilməsinə baxmayaraq, bunu müəyyən etmək mümkün olmamış, prokurorluğa göndərilmiş xüsusi qərardad isə nəticəsiz qalmışdır. İddiaçı hazırkı iddianı Cavabdehnə qarşı irəli sürmüşdür. Bununla bağlı aşağıdakıları qeyd etmək olar: İddiaçı əmlakının 2010-cu ilin oktyabr ayında qanunsuz olaraq söküldüyünü iddia etmişdir. Əvvəla, iş materiallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 18 may 2009-cu il tarixli, 180 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə "xxxx"nin layihələndirilməsinə icazə verilmişdir. Sərəncamda deyilir ki, ünvan 3 ünvanda özünəməxsus 2,19 ha torpaq sahəsində (DƏDRX-nin 18.03.2008-ci il tarixli, ******* saylı; 27.07.2007-ci il tarixli, ******* saylı; 05.12.2008-ci il tarixli, ******* saylı; 23.02.2008-ci il tarixli, ******* saylı və 25.04.2009-cu il tarixli , ******* saylı çıxarışları) həmin şəhərciyin layihələndirilməsinə icazə verilir. Sonrakı 03 oktyabr 2013-cü il tarixli, 29.11.2016-cı il tarixli sərəncamlar da "xxxx" MMC ilə bağlı olmuş və şəhərciyin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2016cı il tarixli, 16/135 nömrəli İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından da görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 18.05.2009-cu il tarixli, 180 nömrəli və 29.11.2016-cı il tarixli, 516 nömrəli sərəncamlar əsasında ünvan 7 ünvanda 12,8351 ha torpaq sahəsi "xxxx" MMC-yə “Aypara saray və şəhərciyi” kompleksinin tikintisi üçün icarəyə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 18.07.2017-ci il tarixli, 314 nömrəli Azərbaycan Respublikası Nazirləlr Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncam 60/62 saylı ünvanda Cavabdeh MMC tərəfindən tikintisi nəzərdə tutulan "xxxx" kompleksi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən gəlinən nəticə ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehin delikt törətmiş, zərərvuran şəxs olması sübuta yetirilmir. Belə olan halda Cavabdeh MMC-dən kompensasiya və dəymiş maddi ziyana görə 833211 manat, mənəvi ziyana görə 200000 manat pul vəsaitinin, eləcə də hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması tutulmasına dair iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin qənaətinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 100 (yüz) manat hissəsi Cavabdehndən (təkrar ekspertiza barədə vəsatətin cavabdeh tərəfindən verilməsi nəzərə alınaraq bu nəticəyə gəlinmişdir), 100 (yüz) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 317,36 manat (üç yüz on yeddi manat otuz altı qəpik) pul İddiaçı tutularaq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ("xxxx" ASC Xətai filialı, filial kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN: **********) köçürülməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 100 (yüz) manat hissəsi Cavabdehndən, 100 (yüz) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 317,36 manat (üç yüz on yeddi manat otuz altı qəpik) pul İddiaçı tutularaq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ("xxxx" ASC Xətai filialı, filial kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN: **********) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar