Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6089/2022 20.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Formes.Group.Az“ MMC -dən təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaranmış 41898,82 manat borcun və 215,70 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********99550012b1a2nk hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AMX-7520/19 saylı müqavilə əsasında “Formes.Group.Az“ MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə ümumilikdə 90412,11 manat borcu yaranmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, 90412,11 manat borcun 48513,29 manat hissəsi xx.xx.2020-ci il tarixə yaranan borcdur. Həmin borcun tutulması tələbi ilə bağlı daha öncə Birlik tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1898/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 48513,29 manat məbləğində borcun cavabdeh “Formes.Group.Az“ MMC-dən tutularaq İddiaçı İB-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və hazırda icra mərhələsindədir. Göründüyü kimi cavabdehin İddiaçıya olan 90412,11 manat ümumi borcundan 48513,29 manat hissəsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Bu səbəbdən iddiaçı tərəfindən hazırda mübahisələndirilən borc məbləği 41898,82 manat təşkil edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı nümayəndəsi Nümayəndə sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil İddiaçı tərəfindən borcun 2022-ci ilin yanvarına kimi borcun hesablandığını, cavabdeh şirkətin isə 2021-ci ilin iyul ayından etibarən sayğacdan istifadə etmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, AMX-7520/19 saylı İddiaçı ilə “Formes.Group.AZ“ MMC arasında bağlanan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsindən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “Formes.Group.AZ“ MMC-ni keyfiyyətli qazla təmin etməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin abonent saldosundan görünür ki, xx.xx.2022-ci il tarixə **********00060 abonent kodu olan Cavabdeh MMC-nin 90412,11 manat məbləğində borcu vardır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1898/2020 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək "xxxx" MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 48513,29 manat borc tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli MŞB/16-106 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə Bakı 16 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC arasında qaz təhcizatı ilə bağlı müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh istifadə etdiyi qaza görə yaranmış 90412,11 manat borcunu ödəməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1898/2020 nömrəli qətnaməsi ilə həmin borcun 48513,29 manatının Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, qalan 41898,82 manat borcun ödənilməsi ilə bağlı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi, vəkilin qeyd etdikləri ilə bağlı isə bildirir ki, cavabdehin abonent saldosundan göründüyü kimi, 2021-ci ilin iyul ayına cavabdehin borcu 90399,29 manat məbləğində olmuş, 2022-ci il üçün isə borc 90412,11 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin həmin tarixlər arasında borcu yalnız 12,82 manat məbləğində artmışdır. Bu isə onu göstərir ki, həmin dövr ərzində cavabdehə çox cüzi miqdarda borc yazılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən yaranmış 41898,82 manat məbləğində borc və mediasiya xərci kimi ödənilmiş 215,70 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 01 yanvar 2022-ci il tarixə yaranmış 41898,82 manat məbləğində borc və mediasiya xərci kimi ödənilmiş 215,70 manat məbləğində pul tutularaq İddiaçı (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********99550012b1a2nk) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6089/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6089/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver