Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6091/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 605098,19 manat (altı yüz beş min doxsan səkkiz manat on doqquz qəpik) borc və 895,10 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə verərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 205098,19 manat (iki yüz beş min doxsan səkkiz manat, on doqquz qəpik) borc və 895,10 manat rüsumun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və cavabdehin möhürü ilə təsdiqlənmiş 02 dekabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 6091/2022 saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və təbii qazdan istifadəyə görə yaranmış 205098,19 (iki yüz beş min doxsan səkkiz manat on doqquz qəpik) manat məbləğində borcu xx.xx.2022-ci il tarixədək qaz hesabına ödəməyi, həmçinin iddia ərizəsinin verilməsinə görə mediasiya xərci və dövlət rüsumuna görə ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 895,10 manat pulu saziş imzalandıqdan sonra 30 (otuz) gün müddətində İddiaçı İB-nin bank hesabına ödəməyi öhdəsinə götürür.
2. Ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcəkdir.
3. Cavabdeh sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.
4. Tərəflər Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.
5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi sazişdə göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.
7. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 6091/2022 saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və təbii qazdan istifadəyə görə yaranmış 205098,19 (iki yüz beş min doxsan səkkiz manat on doqquz qəpik) manat məbləğində borcu xx.xx.2022-ci il tarixədək qaz hesabına ödəməyi, həmçinin iddia ərizəsinin verilməsinə görə mediasiya xərci və dövlət rüsumuna görə ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 895,10 manat pulu saziş imzalandıqdan sonra 30 (otuz) gün müddətində İddiaçı İB-nin bank hesabına ödəməyi öhdəsinə götürür.
2. Ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcəkdir.
3. Cavabdeh sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.
4. Tərəflər Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.
5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi sazişdə göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.
7. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova