Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-614/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Əliyə ("X4 Azerbaijan" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlak və s.” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1nə və Əhədpur X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlaklar iddiaçı "xxxx" ASC-nin mülkiyyətinə verilməsi, Cavabdeh1 MMC-nin təsis payları iddiaçı "xxxx" ASC-yə keçirilməsi, Cavabdeh1 MMC-nin canlı invertarı olaq 3 min ton balıq iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakların cavabdeh Əhədpur X2 qanunsuz sahibliyindən alınaraq iddiaçı "xxxx" ASC-nin mülkiyyətinə verilməsi, cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlaklar iddiaçı "xxxx" ASC-nin mülkiyyətinə verilməsi, Cavabdeh1 MMC-nin təsis payları iddiaçı "xxxx" ASC-yə keçirilməsi, Cavabdeh1 MMC-nin canlı invertarı olan balıq və balıq məhsulları (balıq kürüsü) iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, iş üzrə sübutların təmin olunması tərəflərindən tam şəkildə mümkün olmadığı üçün işin baxılmamış saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 Əliyə ("X4 Azerbaijan" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlak və s.” tələbinə dair ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Əliyə ("X4 Azerbaijan" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlak və s.” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-614/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-614/2025
01.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver