Məhkəmə qərarları › İş №e-2-2(113)-618/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-618/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-618/2021 12.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin nümayəndəsi Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı İB-nin ilkin iddia üzrə Cavabdehnə qarşı pul tələbi ilə bağlı ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nə qarşı borcun silinməsi tələbi ilə bağlı qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı İB iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 30848,50 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı 06.01.2017-ci il tarixli, 2831-09-17 saylı müqavilə əsasındaCavabdeh MMC -ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 21.07.2020-ci il tarixə 30848,50 manat borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdeh İddiaçı İB tərəfindən 30848,50 manat məbləğində borcun silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddaiçı 06.01.2017-ci il tarixli, 2831- 09-17 saylı müqavilə əsasında cavabdehi təbii qazla təchiz etdiyini və cavabdeh tərəfindən istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəmədiyini səbəbdən müvafiq müqavilə öhdəliklərinə əməl etməmiş və nəticədə 30848,50 manat borc yarandığını qeyd etmişdir. İddia ərizəsində göstərilən borcun mənbləği ilə razılaşmırıq, belə ki, X1 cəmiyyətə məxsus qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar sayğacı açıb aparmış və bununla əlaqədar 20.06.2019-cu il tarixli, ******* saylı akt tərtib etmişdir. Qeyd olunan aktda cəmiyyətə məxsus qaz sayğacının çıxarılmasına səbəb kimi növbədən kənar yoxlama və sayğacın işləməməsi göstərilmişdir. Bildirmək lazımdır ki, müvafiq sayğac çıxarılarkən sayğacın üzərində olan plomblar yerində olmuşdur. Qaz sayğacının quraşdırılması və istismara qəbulu barədə 30.01.2020-ci il tarixli, ******* saylı Aktı ilə müvafiq sayğac cəmiyyətə qaytarılmışdır. Müvafiq aktdan göründüyü kimi cəmiyyətə məxsus sayğac 29.01.20-ci il tarixli, 29/1640-01437 saylı arayışa əsasən qeydiyyatdan keçmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı cəmiyyətə məxsus qaz sayğacını işləmədiyi səbəbdən 20.06.2019-cu il tarixdə açıb aparmış və onu 7 ay 10 gün sonra düzəldərək yerinə qaytarmışdır. Cəmiyyətə məxsus abonentin saldosundan göründüyü kimi 2019-cu ilin iyul ayından həmin ilin dekabr ayının sonuna kimi qaz sayğacının göstəriciləri qeyd olunmamışdır. Həmin göstəricilər 01.01.2020-ci tarixdən göstərilmişdir. Halbuki, qaz sayğacının quraşdırılması və və istismara qəbulu barədə müvafiq Aktı ilə sayğac cəmiyyətə 30.01.2020-ci il tarixdə qaytarılmışdır. Buna baxmayaraq, Cəmiyyətə məxsus abonentin saldosunda 2020-ci ilin yanvar ayı üçün qaz sayğacının göstəriciləri qeyd olunmuş və sayğacın bu göstəricilərinə görə ödəniş tələb edilmişdir. Bununla əlaqədar bildirmək zəruridir ki, İddiaçı cəmiyyətə məxsus qaz sayğacını apardığı gündən, onu istismara qaytardığı günədək cəmiyyət tərəfindən istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaları hansı qaydaya əsasən apardığı müəyyən edilmir. Cəmiyyətə məxsus abonentin saldosundan göründüyü kimi 2019-cu ilin iyul ayından oktyabr ayının axırınadək olan müddətdə istifadə olunan qaza görə qazın dəyəri stabil olmuşdur. İstifadə olunan qaza görə qazın dəyəri həmin ilin noyabr və dekabr aylarında dəfələrlə artıq qeyd olunmuşdur. Belə ki, 2019-cu ilin oktyabr ayında cəmiyyətin qaza görə borcu 15994.50 manat olduğu halda, noyabr ayında həmin borc 17838.50 və dekabr ayında isə 24033.30 manat olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 1.6-cı maddəsinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 1.3-ci bəndinə uyğun olaraq, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini 4 yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» AR Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun qeyd edilən tələbləri tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.9-cu bəndinə daxil edilmişdir. Tərəflər arasında bağlanılmış 06.01.2017-ci il tarixli 2831-09-17 müqavilənin 2.1.8- ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafıə edərək qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, qazın sərfiyyatını əks etdirən elektron göstəricilərlə mexaniki göstəricilərə nisbətdə kəskin fərq olduğundan, qazın sərfiyyatı elektron deyil, mexaniki göstəricilərə əsasən hesablanmalı, həmçinin sayğacın nasaz olduğunu nəzərə alaraq əsassız hesablanmış 30848,50 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəməmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 2851-09-17 nömrəli 06.01.2017-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrindən görünür ki, paylayıcı - İddiaçı İB ilə Cavabdeh arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Abonent kodu **********00030 olan Cavabdeh abonent saldosundan görünür ki, 2019-cu ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək sayğac olmayan dövr üçün, qalıq sərfiyyat 11757,80 (69,20+114+222,20+734,40+1844+6194,80+2579,20) manat həcmində olmuş, 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək sayğac sərfiyyatı isə 8018,60 (0,40+1844+4303,80+1870,40) manat həcmində olmuşdur. Həmçinin sayğacın 2019-cu ilin fevral ayından 2019-cu ilin iyun ayınadək elektron göstəricilər dəyişilməz (370926) qalmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının 30 iyun 2021-ci ili tarixli AERA20-2263/21 nömrəli məktubundan görünür ki, qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında təzyiqdən asılı olaraq daha böyük fərqin mövcud olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, 2019-cu ilin iyul ayında nasaz olan qaz sayğacı İddiaçı tərəfindən çıxarılaraq təmirə göndərilmiş, yalnız 2020-ci ilin yanvar ayında geri qaytarılmışdır. İddiaçı isə qaz sayğacının olmadığı dövr üçün qazın sərfiyyatını 11757,80 manat həcmində hesablamış, nəzərdən keçirilən abonent saldosundan isə 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək sayğac sərfiyyatının 8018,60 manat həcmində olduğu müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı (hesablanma qaydaları ilə bağlı heç bir sübut təqdim etməmişdir) sayğac olmayan 2019-cu ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək hesabladığı qazın sərfiyyatı əvvəlki sayğacın olduğu anoloji müddətə münasibətdə sayğacın olduğu dövrə münasibətdə çoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na əsasən qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Lakin sayğacın 1 ay deyil, 7 ay təmirdə olması həmin qaydada qazın dəyərinin hesablanmasını istisna edir. Odur ki, məhkəmə hesab edir ki, qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin hesablanmasının qaydalara uyğun aparıla bilmədiyindən mübahisə olunan dövrün qaz sərfiyyatının hesabatı bir il əvvəlki anoloji dövrə uyğun aparılmalıdır. Belə ki, 2019-cu ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək sayğac olmayan dövr üçün hesablanmış 11757,80 manatdan, 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək sayğac sərfiyyatına əsasən hesablanmış 8018,60 manat çıxılmaqla qalan və artıq hesablanmış 3739,20 manat məbləğində borc 21.07.2020-ci il tarixə yaranmış 30848,50 manat məbləğində olan borcdan silinməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdehndən təbii qazdan istifadəyə görə 21.07.2020-ci il tarixə yaranmış 27109,30 manat məbləğində borc tutularaq İlkin iddia üzrə İddiaçı İB-nə ödənilməlidir. Həmçinin qarşılıqlı iddia qismən təmin edilməli, abonent kodu **********00030 olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə hesablanmış 3739,20 manat məbləğində borc qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-yi tərəfindən silinməlidir. İddiaçının nümayəndəsinin izahatında qeyd etdikləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının məktubuna istinadən bildirirki ki, qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında təzyiqdən asılı olaraq daha böyük fərqin mövcud olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbinin 87,87% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, ilkin iddianın təmin edilmiş hissəsinə münasib olaraq 26,36 manat məbləğində dövlət rüsumu Horse Husbandry” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Azəriqaz'' İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən təbii qazdan istifadəyə görə 21.07.2020-ci il tarixə yaranmış 27109,30 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 26,36 manat cəmi 27135,66 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı İB-nə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Abonent kodu **********00030 olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə hesablanmış 3739,20 manat məbləğində borc qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-yi tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar