Məhkəmə qərarları › İş №e-2-2(113)-6204/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6204/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6204/2022 22.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 67500 (altmış yeddi min beş yüz) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 67500 (altmış yeddi min beş yüz) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar