Məhkəmə qərarları › İş №e-2-2(113)-626/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-626/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-626/2020 05.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədirliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh2 MMC-yə qarşı cərimələrin silinməsi və obyektlərin enerji təminatının sayğacdan ayrılması tələbinə dair iddia ərizəsinəbaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-xx.xx.2018 və xx.xx.2019-xx.xx.2019-cu il tarixli 4 ədəd üzləşmə aktında göstərilən 57653 manat əsassız borc və 2016-cı ildə yaranmış 17093 manat və 2018-ci il yanvar ayında yaranmış 3640 manat cərimələrin silinməsi və Cəmiyyətin binasında yerləşən obyektlərin enerji təminatını əsas sayğacdan, şəbəkədən ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlər tərəfindən iddia ərizəsinin alınması ilə bağlı sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının diqqətinə çatdırır ki, poçt göndərişinin ödənilməsi ilə bağlı qəbz (yalnız “xxxx” ASC) cavabdeh tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sənəd hesab edilmir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsində iki cavabdeh göstərilsə də, tələb yalnız “xxxx” ASC-yə yönəldilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh2 MMC-yə qarşı cərimələrin silinməsi və obyektlərin enerji təminatının sayğacdan ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2019-cu il tarixli qəbz geri qaytarılsın. İddiaçınə izah edilsin ki, Cavabdeh2 MMC-yə qarşı yönələn tələb göstərildikdə və cavabdehlər tərəfindən iddia ərizəsinin alınması barədə sənəd əldə edildikdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar