Məhkəmə qərarları › İş №e-2-2(113)-6418/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6418/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6418/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: istifadə olunmuş təbii qaza görə borcun ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən təbii qazdan istifadəyə görə yaranmış 245297,45 (iki yüz qırx beş min iki yüz doxsan yeddi manat, 45 qəpik) manat borcun və dövlət rüsumuna görə ödənilmiş 535,30 manat məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli, AMX- 3328/23 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 245297,45 (iki yüz qırx beş min iki yüz doxsan yeddi manat, 45 qəpik) borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə ümumilikdə 120297,45 manat borcun və ödənilmiş 535,30 manat dövlət rüsümünün məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. xx.xx.2023-cü il tarixli, AMX-3328/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər.

9. Bakı RQİİ-nin Xəzər Xidmət Sahəsinin 137 saylı hesab fakturasına əsasən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixə borcu 262236,01 manat, 367 saylı hesab fakturaya əsasən xx.xx.2025-ci il tarixə borcu 268124,41 manat, 351 saylı hesab fakturaya əsasən xx.xx.2025-ci il tarixə 245297,45 manat müəyyən edilmişdir.

10. Abonentin saldosundan görünür ki, 2011-ci ildən 2025-ci ilədək olan borc ümumilikdə sayğac oxunması üzrə 3916970,80 manat, aktlar üzrə 264304,24 manat olmaqla, ümumi ödəmələr üzrə 3522130,95 manat ödəniş çıxıldıqdan sonra cavabdehin iddiaçıya olan borcu 130535,61 manat təşkil edir.

11. Cavabdeh MMC tərəfindən İddiaçınə göndərilmiş məktuba əsasən Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərə görə İddiaçı İB qarşısında 245297,45 (iki yüz qırx beş min iki yüz doxsan yeddi manat 45 qəpik) məbləğində öhdəlik mövcuddur. Qeyd edirlər ki, Cavabdeh MMC 2016-cı ildən fəaliyyət göstərir və bu dövrdən etibarən verilmiş qazın ödənişlərinin həyata keçirilməsində heç bir yubanmaya yol verilməmiş, bütün ödənişlər vaxtında icra olunmuşdur. Hazırkı vəziyyət isə ilk dəfə olaraq yaranmışdır. 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində təsərrüfat fəaliyyətimizdə müəyyən çətinliklər yaranmışdır. Belə ki, istixana sahəsində məhsulun yetişdirilməsi zamanı üzləşdiyimiz xəstəlik səbəbindən məhsuldarlıq gözlənildiyi kimi olmamış, nəticədə əldə olunacaq gəlirimiz ciddi şəkildə azalmışdır. Bu səbəbdən borcun tam şəkildə birdəfəyə ödənilməsi hazırda mümkün deyildir. Ölkədə sahibkarlara göstərilən dəstək siyasətinə əsaslanaraq, borcun hissə-hissə ödənilməsinə şərait yaradılması xahiş olunmuşdur.

12. Tərəflər arasında bağlanmış 16 oktyabr 2025-ci il tarixli Razılaşma Protokoluna əsasən:

13. 1-ci bəndinə əsasən “İstehlakçı”:

14. 1.1-ci bəndinə əsasən təbii qazdan istifadəyə görə İddiaçınə xx.xx.2025-ci il tarixinə 245 297,45 manat məbləğində debitor borcunun olmasını qəbul edir.

15. 1.2-ci bəndinə əsasən həmin borcdan ilkin olaraq 125 000 manat ödədikdən sonra, qalan 120 297,45 manat borcu xx.xx.2025-ci il tarixinə 60 000 manat, xx.xx.2025-ci il tarixinə 60 297.45 manat İddiaçınə ödəməyi öhdəsinə götürür;

16. 1.3-cü bəndinə əsasən bu Razılaşma Protokolunun 1,2-ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydalan"nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür.

17. 1.4-cü bəndinə əsasən hər ay hesab faktura təqdim edildikdən sonra bu Razılaşma Protokolunun 1 2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı “Azəriqaz" İstehsalat Birliyinə qarşı heç bır tələb irəli sürməyəcəyini bildirir.

18. 2-ci bəndinə əsasən bu Razılaşma Protokolu üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

19. 3-cü bəndinə əsasən “İstehlakçı” bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə İddiaçı borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.

20. 4-cü bəndinə əsasən tərəflər bu razılaşma üzrə ona məlum olan, kommersiya və xidməti sirrini təşkil edən məlumatları üçünçü şəxslərə verməmək barədə öhdəlik götürür.

21. 5-ci bəndinə əsasən bu X2 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrdən biri abonentdə, ikincisi İddiaçındə saxlanılır.

22. X1 Üzləşdirmə Aktına əsasən Cavabdeh MMC qazın alaqı-satqısı üzrə 245297,45 manat məbləğində borcunun olduğunu müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

23. Ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə xx.xx.2025-ci il tarixində 105932,20 manat məbləğində və 19067,80 manat məbləğində ödəniş edilmişdir.

24. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

28. Beləliklə, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, AMX-3328/23 saylı təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehi təbii qazla təmin etmək cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehi təbii qazla təmin etsə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş, aldığı qazın dəyərini tam ödəməmiş və 2024-2025-ci il tarixləri üçün onun iddiaçıya 120.297,45 manat borcu yaranmışdır.

29. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 120.297,45 manat borcu yaranmışdır və həmin borc məbləği cavabdehdən tutularq iddiaçıya ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Məhkəmə xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, hazırkı iş üzrə 535,30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

32. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 411 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 120.297,45 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 411 manat tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar