Məhkəmə qərarları › İş №e-2-2(113)-653/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-653/2020

16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-653/2020 16.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "İddiaçı" firmasının cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülkü dövriyyə iştirakçilarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasina nail olma, qanunsuz sahibkarlıqla məşqul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçının sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu, S.Vurqun 120 ünvanında yerləşən 0,27 kv metr torpaq sahəsi və üzərində inşa olunan 8 mərtəbəli zirzəmi və 12 milyon manat dəyəri olan yarımzirzəmi və qeyri-yaşayış binaya bitişik Nərimanov rayonu, Möhsün Sənani küçəsi 20, ev 1 olaraq X1 məxsus torpaq sahəsi və üzərində iddiaçı ilə işğüzar əlaqəli inşa olunan qiyməti 7 milyon olan 4 mərtəbəli qeyri-yaşayış tikiliyə 2017-ci il daxil olmaqla xx.xx.2019-cu il tarixinə qədər bilərəkdən və düşünülmüş plan əsasından direktor Nümayəndə vəzifə səlahiyyətlərini təhdid və sərt məhdudiyyətlər yolu ilə cavabdeh tərəfindən qanunsuz məhdudiyyətlərlə post patrul xidməti qurmaqla iddiaçının və qeyri-yaşayış binanın işğüzar fəaliyyətini iflic hala salmağa yönəlmiş iddiaçının polis və prokurorluğa şikayətlərinə məhəl qoymadan qanunsuz hərəkətləri nəticəsində işgüzar münasibətində olan partnyorlarını şaiyələr yaymaqla iddiaçıdan hürkütmə, fəaliyyətinə müdaxilə, direktor Nümayəndə binaya daxil olmaqla vəzifə səlahiyyətlərini mənimsəmə, direktorun əvəzində məişət binasında daxili işğüzar qaydaları əmranə təyin etmə, binada hər hansı qurğu və ya təmir və yaxud tikinti işlərinin aparılmasına güc tətbiq etməklə qadağa qoyma, sahibkarlara işləmək və yaxud yerlərini icarəyə verməni nəzarətə alma və yaxud birbaşa binadan qovma, 50 nəfər sahibkar və binada sübyektiv hüququ olan şəxslərə “xxxx” açıq səhmdar cəmiyyətinin ipoteka krediti ilə əhatə olunmayan 7-ci, 6-cı və yarımzirzəmiyə giriş çıxışlarını vaxtaşırı əngəlləmə, icazəli etmə, məhkəmə qərarlarını və tanımadıqları pərdə arxası insanların iradəsini dilə gətirmə, hədə qorxu ilə binanın transformator bölümünün işığını söndürülməklə binanı qanunsuz boşaltma cəhdləri, iddiaçının təsisçisi və direktorun yanına gələn insanları qapıda iş vaxtı saat 9:00–dan 18:00–a qədər binanın giriş-çıxışlarında yoxlama, izahat vermə, tələb etmə, içəri daxil olan işgüzar partnyorlarını binanın daxilində iki və ya 3 mühafizəçi ilə müşaiyyət etmə, mühafizə qurğuları ilə video görüntülər çəkmə, direktoru onların yanında aşağılama, şərəf və ləyaqətini alçaltma, binada sahiblik hüququna xitam verilməmiş sahibkarları aşağılama, proffessor sahibkar Ağazadə Afaqa bədən xəsarəti yetirmə kimi əməllərin məcmuiyyəsi və sonda pretenziyaya izahat vermədən bilavasitə qarşılıqlı münasibətdə iştiraklı fəaliyyəti və həmçinin törətdiyi əməllərə 2 il ərzində olmaqla pretenziyaya da 43 gün ərzində izahat verməkdən imtina etdiyini də nəzərə alaraq, cavabdeh fəaliyyəti binanı ələ keçirmək qabaqcadan planlaşdırılmış fəaliyyətinə uyğun iddiaçıya 2 il ərzində birbaşa dəymiş 13.000.000 manat dolayısı ilə sifarişçilərinin məqsədli hərəkətlərinin təşkilatçısı və icraçısı kimi məbləğində vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması, direktor Nümayəndə direktor olduğu iddiaçının binasına xx.xx.2020-ci il tarixinə qədər binaya daxil olmasına törədilən əngəllər faktiki olaraq direktorun vəzifə səlahiyyətlərinin icra etməsinə qarşı törədilən qanunsuz zorakı hərəktlərə və itirilmişvaxt MM 120-ci maddəsi əsnasında cavabdehdən direktorun xeyrinə 13.000 manat birbaşa əlavə kompensasiya hesablanması, cavabdehin iddiaçıya bilərəkdən vurulmuş ziyan və kredit xəttinin qaytarılması ilə bağlı maneələr törədən mühafizəçilər və onlara rəhbərlik etmiş vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla iş materiallarını prokurorluğa verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülkü dövriyyə iştirakçilarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasina nail olma, qanunsuz sahibkarlıqla məşqul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “xxxx” açıq səhmdar cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh özəl mühafizə şirkəti olaraq 2017-ci il tarixində öz adindan deyil, “xxxx” ASC–nin mühafizə şirkəti adı altında iddiaçının təsisçisi Mərhəmət Bəşirova bilərəkdən yanliş məlumat verərək faktiki ilkin mərhələdə sahibkarın əmlakını tutma, ikinci mərhələdə isə tutmaya məhkəmələrdə sifarişli məhkəmə prossesləri ilə faktiki zəbt olunan sahibinə binaya daxil olmasına məhdudiyyət qoymaqla, əmlakınl özgəninkiləşdiriməsi üçün vaxt qazanmaqla, hüquqi zəmin yaratmaq, hesablanan düşünülmüş plan əsasında ünvan 2 ünvanında yerləşən 0,274 ha torpaq sahəsi və onun üzərində yerləşən 8 mərtəbəli 22.000 kv.metr civarında zirzəmi və yarımzirzəmi ilə ona bitişik Nərimanov rayonu, Möhsün Sənani küçəsi 20 saylı evin X1 məxsus torpaq sahəsi və üzərində iddiaçı ilə işgüzar əlaqəli inşa olunan qiyməti 7 milyon manat 4 mərtəbəli qeyri-yaşayış tikiliyə 2017-ci il daxil olmaqla xx.xx.2019-cu il tarixinə qədər heç bir sənəd təqdim etmədən, iddiaçınınbinasının daxilində mühafizə olunur, həmçinin də işğüzar fəaliyyətə xitam verimədiyi halda obyektdə qanunsuz sahibkarlıqla məşqul olmuşlar. Sadalanan faktlar nə qədər absurd olsada faktığında qalir. Qəsd planın davamı kimi, eyni vaxtda Bankın idarə heyyəti iddiaçı ilə yanvar 2019-cu il tarixinə iddiaçıya aldadıcı barışıq sazişi təklif etməklə binaya cavabdehi yumşaq yolla yerləşdirməsi çirkin planın ilk mərhələsi sayılmalıdır. Beləki,cavabdehin proffessional keçmiş polis və məxfi orqanlarda çalışan işçiləri binada Cinayət Məcəlləsinin 302-ci maddəsi ilə əhatə olunan araşdırıcı təhqiqat işləri aparır,gündən günə binanı nəzarətə almaqla işğüzar əməlliyat axtarış, kamera nəzarət tətbiq etməklə iddiaçıdan xəbərsiz işğüzar fəaliyyəti haqqında çaşdırıcı məlumatlar yaymaqla potensial investorları qəsd planlarına uyğun binadan qaçirtmaları mötəbər sübüt və şahid ifadələri ilə təsdiq olunur.Məkirli plana uyğun cavabdeh iddiaçını iki torpaq sahəsi və üzərindəki payçılara məxsus mürəkkəb tərkibli bina və tikillər qanuni əsaslarla iddiaçının sahibçiliyində və istifadəsində olmaqla payçılarla birgə əmlak və sahibçilik hüquqlarının cavabdeh və həmçinin Bank tərəfindən qeyd olunan formada iddiaçının əlindən sərt məhdudiyyətlərlə, faktiki təhdid və aşağılamaqla şərəf və ləyaqəti potensial investorlar daxil olmaqla partnyorları qarşısında iki il ərzində yüzlərlə sahibkar və 100 minlik tirajla KİV-də alçaltmaqla binanın alınması qanunsuz və həddini aşan Cinayət Məcəlləsində özbaşınalıq kimi təqib olunan müdaxilə kimi baş tutmuş,əvəzində əldən çıxmış fayda ilə birlikdə kreddit xəttinin qaytarilmasi əngəllənmişdir. Cavabdeh bu planın icraçısıdır. Cavabdehinəməkdaşları binanı faktiki olaraq 2018-ci ildən zorakılıqla boşaltma ilə məşğul olmuşlar. Bu səbəbdən 2018-ci il daxil olmaqla xx.xx.2019-cu il vaxt axımındacavabdehin binaya investorlar cəlb edib işğüzar fəaliyyət göstərməsinə Bankda yüklü olmayan əlavə sahələrin satılaraq kredit xəttinin bağlanmasını əngəlləməsi faktı iddiaçının məqsədli iflic hala salınmasının iştirakçısı cavabdeh iddiaçıya birbaşa 13000000 manat zərər vurmuşdur. İş hazırda cinayət tərkibi hissəsində Nərimanov RPİ 16-cı Polis Bölməsi, Nərimanov Rayon Prokurorluğunda araşdırılır. İşin həqiqi hallarından göründüyü kimi, üçüncü şəxs aralarında bağlanmış müqavilələrin ləğv edilməsi barədə iddiaçıya təklif irəli sürməmişdir. İş materialları və işin həqiqi halları ilə təsdiq olunur ki, cavabdeh “xxxx” ASC-i ilə aralarında bağlanmış müqavilələrin ləğv edilməsi və daşınmaz əmlakın “Bank”ın mülkiyyətinə keçirilməsi və ya açıq hərracdan satılaraq “Bank”a olan borcunun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda cavabdeh bilərəkdən iddiaçının əmlakını tutmaqla direktoru işdən sərt qaydada kənarlaşdırdığı, transformator bölümünün qapısınısındırmaqla, işığı yandırıb söndürməklə binanın boşaldılması vəzifələrinin məhkəmə və icra orqanlarının vəzifələrini mənimsəməklə qanunsuz icra etməsi 2018-2019-cu il noyabrin 15-nə olan tarixə qədər iddianın əhatə edildiyi müddətə aid mövcud deyil və belə hüququn mövcudluqu mümkünsüzdir. İddiaçının nümayəndəsi Nümayəndə əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddia əsassızdır. Bina qanuni sahibliyə hüquqi əsaslarla keçmişdir. Cavabdeh yalnız mühafizə xidmətini yerinə yetirir. İddiaçı, Bakı İnzibati Məhkəməsində də iddia qaldırmış, lakin iddia mümkünsüz sayılmışdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə üçüncü şəxs arasında 2017-ci ildən məhkəmə mübahisələri gedir. Üçüncü şəxs obyekti mükiyyətinə keçirmək üzrədir. Bəzi vətəndaşlar iddiaçı tərəfindən aldadılmışdır. Nərimanov rayon Məhkəməsində də iddiaçının iddiasına baxılmış, iddia rədd olunmuşdur. Üçüncü şəxs ilə cavabdeh arasında obyektin mühafizəsi ilə bağlı müqavilə bağlanmışdır. İddiaçının iddiası əsassızdır. Sonda üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120/ qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi üçüncü şəxs qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-6/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı firması cavabdeh ASC “Xalq” Bankına qarşı aralarında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti və xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə, ASC “Xalq” Bankı iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16,043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsini və xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə cərimə faizləri, cəmi 19.400.119,08 ABŞ dolları və xx.xx.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka, predmeti nə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş, xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3,5-ci bəndində qeyd olunmuş likvid dəyəri 26.000.000 manat məbləğdə təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə İddiaçı firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X3 və Hacıyevə Könül Rəşid qızının apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı firmasının cavabdeh ASC “Xalq” Bankına qarşı İddiaçı firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, İddiaçı firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən İddiaçı firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən İstifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26,05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC “Xalq” Bankının xeyrinə tutulmuş, tutma xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və İddiaçı firmasına məxsus ünvan 3 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilmiş, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən İddiaçı firmasından ASC “Xalq” Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan İddiaçı firmasına məxsus ünvan 3 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.metr təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən edilmiş, qarşılıqlı iddia xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin İddiaçı firmasından ASC “Xalq" Bankının xeyrinə tutulması hissədə təmin edilməmiş, üçüncü şəxs Ağa-X2 İddiaçı firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 16,100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yeriəşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, üçüncü şəxs Hacıyevə Könül Rəşid qızının İddiaçı firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanda yeriəşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyriyaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. xx xxxxxx 2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.metr olmaqla ümumi sahəsi 16100,5 kv.metr təşkil edən qeyriyaşayış binası 24604500 manat məbləğində “xxxx” açıq səhmdar cəmiyyətinə satılmışdır. xx xxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, iddiaçıya məxus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.metr olmaqla ümumi sahəsi 16100,5 kv.metr təşkil edən qeyri-yaşayış binası saxlanc üçün “xxxx” açıq səhmdar cəmiyyətinə verilmişdir. xx xxxxxxx 2019-cu il tarixli “Mühafizə xidmətinin göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, müqavilə cavabdehlə üçüncü şəxs arasında ünvan 4 ünvanında yerləşən ərazi və binaların mühafizəsi xidməti göstərilməsinə dair bağlanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin və üçüncü şəxsin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120/ qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi üçüncü şəxs qarşısında ipoteka ilə yüklü edilərək RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçıdan üçüncün şəxsin xeyrinə 19.400.119,08 ABŞ dolları məbləğində borc tutulmuş və tutma iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.metr olmaqla ümumi sahəsi 16100,5 kv.metr təşkil edən qeyri-yaşayış binasına yönəldilmişdir. Əmlak hərraca çıxarılaraq 24604500 manat məbləğində üçüncü şəxsə satılmışdır. Üçüncü şəxs cavabdehlə “Mühafizə xidmətinin göstərilməsi haqqında” müqavilə bağlayaraq, ünvan 4 ünvanında yerləşən ərazi və binaların mühafizəsini cavabdehə tapşırmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının kredit müqviləsi üzrə üçüncü şəxsə borcu olmuş, həmin borc məhkəmə qətnamələri ilə iddiaçıdan tutulmuş, tutma iddiaçı tərəfindən mübahisələndirilən əmlaka yönəldilmiş və nəticədə həmin əmlakı üçüncü şəxs hərrac yolu ilə almışdır ki, əmlakın mühafizəsini də bağladığı müqaviləyə əsasən cavabdehə tapşırmışdır. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı firmasına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar