Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-672/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Kamal oğlunun katibliyi ilə, İddiaçı İB-nin cavabdeh “A.Y.F.Beynəlxalq” Kompaniyasına qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İB-nin cavabdeh “A.Y.F.Beynəlxalq” Kompaniyasına qarşı pul tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “AYF Beynəlxalq Kompaniyası”-dan təbii qazdan istifadəyə görə yaranmış2095,41 (iki min doxsan beş manat, qırx bir qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, e-2-2(113)-672/2021 saylı işin baxılmamış saxlanılmasını , iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.6 və 259.0.11 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından və həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təmin edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı İB-nin cavabdeh “A.Y.F.Beynəlxalq” Kompaniyasına qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. QƏRARA ALDİ: İddiaçı İB-nin cavabdeh “A.Y.F.Beynəlxalq” Kompaniyasına qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-672/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-672/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver