Məhkəmə qərarları › İş №e-2-2(113)-680/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-680/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-680/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “M.Ə.Əfəndiyev adına X8” X3 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X6 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “M.Ə.Əfəndiyev adına X8” X3 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı “M.Ə.Əfəndiyev adına X8” X7 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASCyə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 61.546,87 manat borcun İddiaçının hesabından silinməsi, ödənilmiş 275 manat dövlət rüsumunun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “M.Ə.Əfəndiyev adına X8” PHŞ (əvvəlki adı: M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanası) (bundan sonra “İddiaçı”) "xxxx" ASC (bundan sonra “Cavabdeh”) ilə elektrik enerjisinin alqı-satqısı ilə bağlı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müqavilə (bundan sonra “Müqavilə”) bağlamışdır. Müqavilə münasibətinin qüvvədə olduğu bütün müddət ərzində Cavabdeh qazdan istifadə ilə bağlı yaranmış borcu vaxtı-vaxtında ödəmiş bu barədə tərəflər arasında heç vaxt mübahisə yaranmamışdır. Cari ilin iyun ayında Cavabdeh İddiaçıya üzləşmə aktı təqdim edərək xx.xx.2024 tarixinə 61.546,87 manat borcun olduğunu bildirmişdir. Halbuki, həmin dövrə qədər İdddiaçıya göndərilən hesab-faktura və ya e-qaimələrdə belə borc barədə heç bir qeyd olmayıb. Bu səbəbdən İddiaçı bununla razı olmamış və aktı imzalamaqdan imtina etmişdir. Daha sonra Cavabdehə müvafiq borcun yaranma mənbəyi barədə rəsmi məktubla müraciət olunmuşdur. Cavabdeh cavab olara bildirmişdir ki, borc 2002-ci ilə aid borcdur və həmin dövr üçün elektron məlumat bazası olmadığından hal-hazırda onun yaranma mənbəyiniaraşdırmaq mümkün deyil.

3. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçınında qeyd etdiyi kimi borc "xxxx" ASC-nin fəaliyyətindəndən əvvəlki dövrdə sərf edilmiş elektrik enerjisinə görə yaranmış borc məbləğidir. Lakin, borcun 2005-ci ildən əvvəlki dövrdə yaranmış olmağı o demək deyil ki, məbləğ silinməlidir. Belə ki, borc cərimə deyil, baxış aktı əsasında hesablanmış məbləğ deyil. İddia tələbində silinməsi qeyd edilən 61 546,87 manat məbləğində borc elektrik enejisindən istifadə nəticəsində yaranmışdır. Həmçinin cavabdeh etiraz ərizəsində iddia müddətinin tətbiqini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını,iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Səmədova iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı “M.Ə.Əfəndiyev adına X8” X7 cavabdeh "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli, 391506 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri-isehsal müəssisəsi,ticarət,ictimai iaşə vədigər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanılmışdır.

11. “M.Ə.Əfəndiyev adına X8” X3 abunə haqqında məlumatından görünür ki, abonentə 61546.87 manat məbləğində borc hesablanmışdır.

V. Tətbiq edilən hüquq:

- 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: - 18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

13. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

14. Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki,iddia təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün iddiaçının təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şifahi olaraq bildirilsə də ki, silinməsi tələb olunan borc sərfiyyatla bağlı yazılmış məbləğdir, lakin həmin borcun dəqiq olaraq hansı dövrü əhatə etməsini (borcun 2005-ci ildən əvvəlki dövrə aid olması işin mübahisəsiz halıdır), həmin dövrdə hesablanmış borcun ödənilməsinə dair hesab-fakturaların iddiaçıya göndərilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.

17. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

19. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh qurum yaranmış borc məbləğini hansı illəri əhatə etməsinə və buna dair hesab-fakturaları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.Ona görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “M.Ə.Əfəndiyev adına X8” X5 hesablanmış 61.546,87 manat borc “M.Ə.Əfəndiyev adına X8” X3 abonent hesabından silinməlidir. Məhkəmə cavabehin hazırki tələbə iddia müddətinin tətbiq edilməsinə dair hissəsində etirazının dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı borc barəsində məlumatlı olduğu vaxtdan sonra iddia müddətini ötürməyərək, iddia tələbi irəli sürmüşdür, həmçinin cavabdeh tərəfindən 20 il əvvələ aid borca dair iddiaçıya hər hansı bildiriş, hesab faktura göndərilməsinə dair heç bir sübut işə əlavə edilməmişdir. Əksinə iddiaçı, cavabdehin borca dair tələb hüququ üzrə 20 il müddət keçdiyindən müddətin ötürüldüyünü iddia edir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib olunmuş X1yə görə hesablanmış 61.546,87 manat məbləğində borc silinməlidir.

21. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu olaraq iddiaçı tərəfindən ödənilmiş 275 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1yə görə hesablanmış 61.546,87 manat (altmış bir min beş yüz qırx altı manat səksən yeddi qəpik) məbləğində borc “M.Ə.Əfəndiyev adına X8” X3 abonent hesabından silinsin. Dövlət rüsumu olaraq ödənilmiş 275 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar