Məhkəmə qərarları › İş №e-2-2(113)-6853/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6853/2024

05.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6853/2024 05.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “malların kontrafakt məhsul hesab edilməsi, maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən **********6788 və **********7195 nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş edilmiş və Cavabdeh2 Xəqani oğlu tərəfindən xx.xx.2024-cü il tarixli **********2 saylı invoys sənədi və xx.xx.2024cü il tarixli GZXXX saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 32AAXXXX4 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş “Hyundai” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi, kontrafakt hesab edilən məhsulların inzibati xətanın bilavasitə obyekti olmuş predmetinin dəyərinin yüz faizi həcmində cavabdehlərin cərimə edilməsi, cavabdehlər tərəfindən iddiaçılara vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin üzərinə “Hyundai” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin sifariş edilməsi, daşınması və satışına qadağan edilməsi öhdəliyinin qoyulması, “Hyundai” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, “KİA” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini icraata götürmək barədə qərardad çıxarılanadək “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsi haqqında qərardad çıxarılmadığından və iddiaçıların nümayəndəsi və vəkili ərizənin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, ********** nömrəli qəbzlə 100 manat məbləğində dövlət rüsumu iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 100 manat məbləğində dövlət rüsumu da iddiaçılar qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “malların kontrafakt məhsul hesab edilməsi, maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul iddiaçıların nümayəndəsi və vəkili Vəkil qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar