Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-688/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “Ə.Ansuxski adına x12” x10 Cavabdehnə qarşı kompensasiya ödəməklə pay hüququna xitam verilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Ə.Ansuxski adına x12” x13 (“Ə.Ansuxski adına x12” ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “xxxxxxxx” MMC-də olan 0,5% payın dəyəri 50 manatın iddiaçı “Ə.Ansuxski adına x12” ASC-dən alınaraq cavabdehə ödənilməsi, həmin payın iddiaçının mülkiyyətinə verilməklə cavabdehin “xxxxxxxx” MMC-də olan 0,5 % payına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, " xxxxxxxx" MMC-nin 29 dekabr 2014-cü il tarixli ümumi yığıncağının 04 saylı iclas protokoluna əsasən x7 "xxxxxxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxxxxxx" MMC-nin 22 iyul 2016-cı il tarixli ümumi yığıncağının 01 saylı qərarına əsasən "xxxxxxxx" MMC-nin nizamnamə kapitalı artırılaraq 10000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda həmin yığıncağın qərarı ilə iddiaçının payı 9950 manat, 9950 pay, nizamnamə kapitalı 99.5 %, cavabdehin payı isə əlli manat, 50 pay, nizamnamə kapitalı isə 0,5 faiz müəyyən edilmişdir. Tərəfləri payları 11 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı ərazi Vergilər İdarəsində qeydə alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. 13 saylı Vergilər idarəsinin 06.06.2017-ci il tarixli qərarına əsasən 30.03.2018-ci il tarixdə "xxxxxxxx" MMC-də səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin öhdəliklərinin, kreditor borclarının və bank kreditinə görə borcların ödənilməsi təsisiçi x9 tərəfindən qoyulan pul vəsaitlərinin hesabına həyata keçirilmişdir. Belə ki, 01.06.2015-ci il tarixədək avadanlıq və dövriyyə vəsaitlərinin alınması, müəssisədə tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə təsisçi tərəfindən borc müqavilələri əsasında qoyulan pul vəsaitlərinin həcmi 14668508 manat təşkil etmişdir. Müəssisənin kreditor borcları və bank krediti ilə bağlı borcların ödənilməsini təmin etmək məqsədi ilə müəssisənin kassasına və bank hesabına bağlanmış müqavilələrə əsasən təsisiçi tərəfindən 2015-ci ildə 3.724.05.00 manat, 2017-ci ildə 56139 manat pul vəsaiti mədaxil edilmişdir. Yoxlanılan dövrdə müəssisə tərəfindən təsisçiyə olan borc ödənilməmişdir. Nəticədə 01.05.2017-ci il tarixə müəssisənin təsisçiyə olan ümumi borc məbləği 18448697 manat təşkil etmişdir. İş üzrə cavabdehin “xxxxxxxx” MMC-də payı olsa da, cavabdeh, “xxxxxxxx” MMC-yə pul vəsaiti qoymur və müəssisənin fəaliyyətinin genişləndirilməsində və inkişaf etdirilməsində ümumiyyətlə iştirak etmir, payı formal olaraq qalır. Cavabdehə müəssisədə olan 0,5% payının iddiaçıya satılması barədə təklif olunsa da, təklifə cavab verməmişdir. Bu səbəbdən tərəflərin paylarının naturada bölünməsi barədə məhkəməyə müraciət olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-719/2019 saylı 03.06.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən payın naturada bölünməsi barədə verdiyi iddia tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə pretenziya qaydasında məktub göndərərək cavabdehə məxsus payın ona satılmasını təklif etmişdir. Lakin cavabdeh pretenziyaya cavab verməmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: “xxxxxxxx” x4 nizamnaməsinin 6.2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 1 manat olmaqla 100 paydan ibarətdir. 6.3-cü maddəsinə əsasən Cavabdeh MMC-nin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi, “Ə.Ansuxski adına x12” ASC-nin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi olmuşdur. “xxxxxxxx” x4 təsisçilərinin ümumi yığıncağının 22.07.2016-cı il tarixli, 01 saylı qərarı ilə cəmiyyətin nizamnamə kapitalı artırılaraq 10000 manat məbləğində, “Ə.Ansuxski adına x12” ASC-nin payı 9950 manat, 9950 pay, nizamnamə kapitalının 99,5 faizi, Cavabdeh MMC-nin payı 50 manat, 50 pay, nizamnamə kapitalının 0,5 faizi müəyyən edilmişdir. “xxxxxxxx” x4 nizamnaməsinə 01 nömrəli dəyişikliyə əsasən cəmiyyətin nizamnamə kapitalı 10000 manat həcmində və hər biri 1 manat olmaqla 10000 paydan ibarət müəyyən edilmişdir. Cavabdeh MMC-nin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 0,5 faizi, “Ə.Ansuxski adına x12” ASC-nin nizamnamə kapitalında payı 9950 manat, 9950 pay, nizamnamə kapitalının 99,5 faizi olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.06.2019-cu il tarixli, e-2-2(81)719/2019 nömrəli qətnaməsi ilə iddiaçı “Ə.Ansuxski adına x12” x10 Cavabdehnə qarşı payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. “Ə.Ansuxski adına x12” x13 18.10.2019-cu il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək “xxxxxxxx” x1 0,5 faiz payın “Ə.Ansuxski adına x12” ASC-yə satılmasını təklif etmişdir 07.05.2018-ci il tarixli, **********920900 nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxx” x4 nizamnamə kapitalı 10000 manatdır, nizamnamə kapitalının 99,5 faizi “Ə.Ansuxski adına x12” ASC, 0,5 faizi Cavabdeh MMCyə məxsusdur və cəmiyyətin qanuni təmsilçisi x2. 17.01.2020-ci il tarixli, **********41100 nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “Ə.Ansuxski adına x12” x8i təmsilçisi Nümayəndədur. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxxxxxx” x4 nizamnamə kapitalı 100 manat həcmində və hər biri 1 manat olmaqla 100 paydan ibarət olmuşdur. Cavabdeh MMC-nin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi, “Ə.Ansuxski adına x12” ASC-nin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi olmuşdur. Daha sonra cəmiyyətin nizamnamə kapitalı artırılaraq 10000 manat məbləğində olmuş, “Ə.Ansuxski adına x12” ASC-nin payı 9950 manat, 9950 pay, nizamnamə kapitalının 99,5 faizi, Cavabdeh MMCnin payı 50 manat, 50 pay, nizamnamə kapitalının 0,5 faizi müəyyən edilmişdir. “Ə.Ansuxski adına x12” x13 18.10.2019-cu il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək “xxxxxxxx” x1 0,5 faiz payın “Ə.Ansuxski adına x12” ASC-yə satılmasını təklif etmiş, lakin iddiaçının müraciəti cavabdeh tərəfindən cavabsız saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 90.6-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 93.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur. 93.5-ci maddəsinə əsasən iştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur. İddiaçı iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213 və 220-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi, 220.4-cü maddə paylı mülkiyyətin iştirakçılarından biri tərəfindən kompensasiya ödənilməsi ilə digər mülkiyyətçinin razılığı olmadan həmin mülkiyyətçinin mülkiyyət hüquqlarına xitam verilməsini tənzimləyir. Lakin hazırkı iş üzrə iddiaçı Cavabdeh MMC-nin “xxxxxxxx” MMC-də olan 0,5% payın dəyəri 50 manatın iddiaçı “Ə.Ansuxski adına x12” ASC-dən alınaraq cavabdehə ödənilməsi, həmin payın iddiaçının mülkiyyətinə verilməklə cavabdehin “xxxxxxxx” MMC-də olan 0,5 % payına xitam verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı pay anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş paylı mülkiyyət anlayışı ilə eyniyyət təşkil etmir və qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarından birinin nizamnamə kapitalındakı cüzi payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa qaydada güzəşt etmək hüququnu, eləcə də cəmiyyətin iştirakçısının öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-688/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-688/2020
17.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver