Məhkəmə qərarları › İş №e-2-2(113)-718/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-718/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-718/2024 12.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabeh Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhin qаnunsuz hərəkətləri nəticəsində əsаssız hеsаblаnmış 1.635 mаnаt məbləğində bоrcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sаmuх rаyоnu ərаzisində inşа еtdiyi fеrmаdа qаz хətti çəkilərək sаyğаc cаvаbdеh tərəfindən düzgün qurаşdırılmаdığındаn cаvаbdеhin qаnunsuz hərəkətləri nəticəsində ona əsаssız оlаrаq bоrc hеsаblаnmışdır. Bеləki, cаvаbdеh tərəfindən qаz tənzimləyici sаyğаcdаn sоnrа qurаşdırıldığındаn nəticədə təyziq sаyğаclаrı sırаdаn çıхаrmışdır. Tехniki şərt qаydаlаrınа əsаsən tənzimləyici sаyğаcdаn qаbаq qurаşdırılmаlıdır. Qаzdаn istifаdə qаydаlаrının tələbinə əsаsən lаyihə səhv işlənmişdir. Nəticədə ona 1.635 mаnаt mаddi zərər dəymişdir. Cаvаbdеh və 3-cü şəхs tərəfindən tехniki şərtlər işlənmişdir, bu tехniki şərtdə göstərilən lаyihənin işlənməsi qаnunsuzdur. Hаzırdа, cаvаbdеh tərəfindən əvvəl tərtib еdilmiş tехniki şərt qаzdаn istifаdə qаydаlаrınа uğun оlmаdığındаn yеni tехniki şərt işlənməklə sırаdаn çıхmış sаyğаc yеnisi ilə əvəzеdilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

9. İddia ərizəsinin məzmunundan və məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçı tərəfin izahlarından aydın olur ki, cаvаbdеh tərəfindən qаz tənzimləyici sаyğаcdаn sоnrа qurаşdırılmış, nəticədə təyziq sаyğаclаrını sırаdаn çıхаrmış, Qаzdаn istifаdə qаydаlаrının tələbinə əsаsən lаyihə səhv işlənmiş və ona 1.635 mаnаt borc hesablanmışdır.

10. İş materiallarına əlavə olunmuş 2019-cu il tarixli binadaxili qaz kəmərinin istismara qəbulu aktına əsasən LKB tərəfindən hazırlanmış 7-1224-06 (D) saylı layihəyə uyğun olaraq podratçı təşkilat "xxxx" MMC tərəfindən quraşdırılmış Samux rayonu ərazisində İddiaçı məxsus fermada daxili qaz xətləri və qaz avadanlıqlarının layihə, texniki icra sənədlərinə və texniki sənədlərə (layihə smeta, texniki pasport) baxış keçirdi. Nəticədə, komissiya daxili qaz xətləri və avadanlıqları sisteminə baxış keçirdi, həmçinin avtomatika, nəzarət ölçü cihazları qoyulmuş və quraşdırılmış əsas qaz avadanlıqları sisteminin texniki cəhətdən istismara hazır olduğunu təyin etdi.

11. Bundan başqa, 2019-cu il tarixli qaz kəmərinin, QTM-nin avadanlıqlarının və QTŞ-nin möhkəmliyə, kipliyə sınaqdan keçirilməsi barədə aktın nəticə hissəsində qeyd olunmuşdur ki, QTM-in avadanlıqları və QTŞ-nin quraşdırılması. Cavabdeh İnşaat Layihə QSC tərəfindən 7-1224-06 (D) saylı sifarişlə 2018-ci ildə hazırlanmış layihə-smeta sənədləri kənaraçıxma olmadan Tikinti Norma və Qaydalarının və Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun yerinə yetirilmişdir.

12. İşə əlavə olunmuş, xx.xx.2021-ci il tarixli müraciətin araşdırılması barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh verdiyi xx.xx.2019-cu il tarixli 32418 nömrəli texniki şərtə əsasən, birləşmə nöqtəsində qaztənzimləyici avadanlığın G-40 markalı elektron tipli sayğacdan sonra quraşdırılması nəzərdə tutulmuş və layihəçi tərəfindən verilən mühəndis həlli mövcud tikinti norma və qaydalara uyğundur.

13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 2022-ci il tarixli cavab məktubundan da göründüyü kimi, qaztənzimləyici avadanlığın elektron tipli sayğacdan sonra quraşdırılması texniki şərtdə nəzərdə tutulmuş və layihəçi tərəfindən düzgün icra olunmuşdur.

14. Bundan başqa, iş materiallarına əlavə olunmuş abonent saldosundan da görünür ki, 2021-ci ilin aprel ayına 1.635 manat məbləğində borc məhz sərfiyyat əsasında hesablanmışdır.

15. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

16. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar