Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7192/2025 26.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən **********00002 nömrəli abonent kodu üzrə yaranmış 468796,01 manat borc məbləğinin və ödənilmiş 758,80 manat məbləğində dövlət rüsumunun, 1,14 manat bank xidmət haqqının alınaraq onun hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı İB-yə qarşı ona məxsus Şirvan MQKS, ünvan 1i ünvanında yerləşən istixananın **********00002 saylı abonent koduna aktlara görə hesablanmış 154.862,36 manat, qazdan istifadəyə görə isə qanunsuz hesablanmış 313.933,65 manat, cəmi 468.796,01 manat pul məbləğinin silinməsi, həmçinin məhkəməyə ödənilmiş 758,8 manat dövlət rüsumunun onun xeyrinə tutulması tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iş ilə hazırkı işin bir icraatda birləşdirilməsi üçün e-2- 2(113)-7192/2025 saylı işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştriak etməməsinin üzürlü olması ilə bağlı sübut olmadığından AR Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iclasının conun nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında hazırkı iş üzrə eyni tərəflərin iştirak etdiyi və bir-biri ilə əlaqəli olan digər iş mövcuddur (İş № e-2-2(121)-2537/2025 ). Belə olan halda, məhkəmə iddia ərizələrinin məzmunundan hər iki iddia tələbləri arasında qarşılıqlı əlaqənin mövcud olduğunu, işlərin bir-biri ilə əlaqəli olduğunu, tərəflərin eyni şəxslər olduğunu və hər iki iş üzrə iddiaçının əsaslandığı halların eyni mübahisə predmeti ilə oxşar (əlaqəli) olduğunu nəzərə alaraq hesab edir ki, ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından həmin işlərə birgə baxılması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı İB-yə qarşı “borcun silinməsi” tələbinə dair e-2-2(121)-2537/2025 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268- 269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)- 7192/2025 saylı iş iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı İB-yə qarşı “borcun silinməsi” tələbinə dair e-2-2(121)-2537/2025 saylı işlə bir icraatda birləşdirilsin. İddiaçı İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair hazırkı e-2- 2(113)-7192/2025 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2-2(113)-7192/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7192/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver