Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-730/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Riad-İ“ MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 93018,04 manat borcun və 400 manat ödənilmiş rüsum xərcləri məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. I. Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli, AMX-3746/21 saylı müqavilə əsasında “Riad-İ“ MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 93018,04 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında Cavabdeh MMC-nin 2020 və 2021-ci illərdə aktlara əsasən hesablanmış 93390,20 manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin hazırda qüvvədə olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-nin iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında İddiaçı tərəfindən 93390,20 manat məbləğində borcun əsassız yazıldğını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, AMX-3746/21 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh MMC-i keyfiyyətli qazla təmin edir, Cavabdeh MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı tərəfindən təqdim edilən hesaba ödəyir. Cavabdeh MMC-nin abonent saldosundan görünür ki, xx.xx.2022-ci il tarixə **********00037 abonent kodu olan Cavabdeh MMC-nin 93018,04 manat məbləğində borcu vardır. xx.xx.2021-ci il tarixli e-2-2(113)-2290/2021 nömrəli Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı 93390,20 manat məbləğində borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-997/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2290/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli 2-2(102)-129/2022 nömrəli Ali Məhkəmənin Kommersiya Kollegiyasının qəbul etdiyi qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-997/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin olunmamışdır. xx.xx.2022-ci il tarixli MŞB/16-251 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə Bakı 16 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. III. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. IV. Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC arasında qaz təhcizatı ilə bağlı müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh istifadə etdiyi qaza görə xx.xx.2022-ci il tarixə 93018,04 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin 93390,20 manat məbləğində borc məbləğinin əsassız yazılması barədə bildirdikləri ilə bağlı isə qeyd edir ki, Cavabdeh MMC 93390,20 manat məbləğində borcun silinməsi tələbi ilə İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 2290/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasia Məhkəməsinin qətnaməsi ilə birinci instansiyasının və Ali Məhkəmənin qərarı ilə apellasiya instansiyasının yekun məhkəmə aktları dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 93390,20 manat məbləğində borcla bağla qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2290/2021 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı 29 noyabr 2022-ci il tarixə yaranmış 93018,04 manat məbləğində borc tələbi ilə bağlı iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən yaranmış 93018,04 manat məbləğində borc və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 29 noyabr 2022-ci il tarixə yaranmış 93018,04 manat məbləğində borc və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pul tutularaq İddiaçı (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-730/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-730/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver