Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-735/2024 07.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi, Vəkil və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 Cavabdeh İB-ə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK) qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-dən 3000 manat məbləğində əsas borc, 320 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait və mediasiya təşkilatına ödənilmiş 60 manat olmaqla, ümumilikdə 3380 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinin icarəçisi olmuş və orada sahibkarlıq fəaliyyəti yerinə yetirmişdir. O, onunla "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində öz şəxsi hesabımdan 10/20023 abunə kodu üzrə Cavabdeh İB-nin hesabına 3000 manat pul ödəmişdir. Həmin dövrdə "xxxx" MTK-nın ümumilikdə bir sayğacı olmuş və bütün borc və ödənişlər həmin sayğaca əsasən həyata keçirilmişdir. Lakin iddiaçı tərəfindən ödəniş edilsə də, həmin məbləğ miqdarında borc məbləğində azalma olmamış, sonradan isə Cavabdeh İB-nin tələbinə əsasən bütün borc məbləği "xxxx" MTK tərəfindən ödənilmişdir. Hazırda "xxxx" MTK həmin sayğac üzrə əməliyyatları dayandırmışdır və sayğac üzrə 3000 manat artıq ödəmə yaranmışdır. Mövcud artıq ödəmənin geri qaytarılması barədə Cavabdeh İB-yə dəfələrlə rəsmi müraciət edilsə də, onlar tərəfindən hər hansı rəsmi yazılı cavab verilməmişdir. Şifahi olaraq danışıqlar zamanı isə onlar bu məbləğin olduğunu etiraf etsələr də, məhkəmə qətnaməsi olmadan bu barədə ödəniş edə bilməyəcəklərini qeyd etmişdirlər. Bu səbəbdən hesab edirəm ki, X4 tərəfindən ödənilmiş 3000 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi, Vəkil və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat vermişlər və əlavə olaraq bildirmişlər ki, Cavabdeh İB-yi abunəçi "xxxx" MTK-də yaranan qaz borcları ilə bağlı ödənişlərin, yalnız "xxxx" MTK-nın adından aparılacağına istinad edərək X1 öz şəxsi hesabımdan Cavabdeh İB-nin 10/20023 ("xxxx" MTK-nın abunə kodu) koduna köçürülmüş 3000 manat məbləğində vəsaitin hesabına həmin dövrdə qazın istifadəsi ilə bağlı yaranmış "xxxx" MTK-nın borcu silinməmiş və "xxxx" MTK tərəfindən sözügedən borcun ödənilməsi məqsədi ilə təkrarən 3000 manat məbləğində vəsait Cavabdeh İB-nə köçürülsə də, X1 3000 manat məbləğində vəsaiti geri qaytarılmadığına görə tələbin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 331292 nömrəli ödəniş tapşırığından görünür ki, X1 bank hesabı vasitəsilə "xxxx" MTK-nın 10/20023 nömrəli abonent kodu üzrə Cavabdeh İB-nin hesabına 3000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, X4 hüquqi yardım üçün müvafiq olaraq 120 və 200 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhər 13 saylı mediasiya təşkilatının hesabına 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MTK-nın 2021-ci ildə qazın istifadəsi ilə bağlı yaranmış borcu ödəmək məqsədi ilə iddiaçı X4 tərəfindən xx.xx.2021-ci il tarixdə öz şəxsi hesabımdan Cavabdeh İB-nin 10/20023 ("xxxx" MTK-nın abunə kodu) koduna 3000 manat məbləğində vəsait ödənilsə də, Cavabdeh İB-yi abunəçi "xxxx" MTK-də yaranan qaz borcları ilə bağlı ödənişlərin, yalnız "xxxx" MTK-nın adından aparılacağına istinad edərək, həmin dövrdə qazın istifadəsi ilə bağlı "xxxx" MTKnın yaranmış 3000 manat məbləğində borcu silməmiş və "xxxx" MTK tərəfindən sözügedən borcun ödənilməsi məqsədi ilə təkrarən 3000 manat məbləğində vəsait Cavabdeh İB-nin hesabına köçürülsə də, X1 ödədiyi 3000 manat məbləğində vəsait geri qaytarılmamışdır. Məhkəmə qeyd olunanları, həmçinin iş materiallarına əlavə edilmiş hüquqi yardımla bağlı ödəniş tapşırıqlarını və ödənilmiş mediasiya xərcini nəzərə alaraq hesab edir ki, iddiaçının 3000 manat məbləğində əsas borc, 320 manat hüquqi yardıma görə ödənilmiş vəsait və mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğində tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh İB-dən 3000 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 320 manat və mediasiya təşkilatına ödənilmiş 60 manat, cəmi 3380 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB-dən 3000 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 320 manat və mediasiya təşkilatına ödənilmiş 60 manat, cəmi 3380 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-735/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-735/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver