Məhkəmə qərarları › İş №e-2-2(113)-746/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-746/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-746/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Əliyar oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qazın alqı-satqısı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı İB) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 12024 manat borcun və 200 manat ödənilmiş rüsum xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmişdir (əsli məhkəmə iclasında təqdim edilmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. “Cavabdeh” Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 746/2023 saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və təbii qazdan istifadəyə görə yaranmış 12024 (on iki min iyirmi dörd) manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək 2800 (iki min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat və xx.xx.2023-cü il tarixədək 1539 (min beş yüz otuz doqquz) manat olmaqla hissə-hissə ödəməyi, həmçinin ilkin mediasiya sessiyasına görə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat rüsumun əvəzini xx.xx.2023-cü il tarixədək iddiaçıya ödəməyi öhdəsinə götürür;

2. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək;

3. Cavabdeh Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir;

4. Tərəflər Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər;

5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. “Cavabdeh” Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 746/2023 saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və təbii qazdan istifadəyə görə yaranmış 12024 (on iki min iyirmi dörd) manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək 2800 (iki min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat, xx.xx.2023-cü il tarixədək 1537 (min beş yüz otuz yeddi) manat və xx.xx.2023-cü il tarixədək 1539 (min beş yüz otuz doqquz) manat olmaqla hissə- hissə ödəməyi, həmçinin ilkin mediasiya sessiyasına görə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat rüsumun əvəzini xx.xx.2023-cü il tarixədək iddiaçıya ödəməyi öhdəsinə götürür;

2. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək;

3. Cavabdeh Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir;

4. Tərəflər Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər;

5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir. İddiaçı Cavabdeh qarşı “qazın alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar