Məhkəmə qərarları › İş №e-2-2(113)-7502/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7502/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7502/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X3rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X5 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X3rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 602136 saylı aktın qanunsuz olduğu üçün etibarsız hesab edilməsi, hesablanmış 6.984 manat borcun silinməsi, hüquqi yardıma görə 700 manat məbləğində xərcin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X4 tutularaq iddiaçıya ödənilməsi, iddia verilməsi üçün ödənilmiş 97 manat məbləğində dövlət rüsumunun “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 oğluna 6.984 manat borcun ödənilməsinə dair ********* saylı xx.xx.2023-cü il tarixli hesab faktura göndərilmiş və həmin borcun ödənilməsi xahiş edilmişdir. ********* saylı xx.xx.2023-cü il tarixli hesab fakturada İddiaçı2 oğlundan tələb edilən 6.984 manat borc əsassızdır, silinməlidir. Belə ki, xx.xx.2023cü il tarixdə 602136 saylı akt tərtib edilərək guya sayğacdan kənar su xətti aşkar edildiyi qeyd edilmiş və bunun əsasında əlavə 6.984 manat borc tələb edilmişdir. Həmin xx.xx.2023-cü il tarixdə 602136 saylı akt iştirakları və xəbərləri olmadan tərtib edilmiş, orada qeyd edilmiş hal həqiqətə uyğun deyildir, aktı imzalamış guya Novruz Həsənovu, Nofəl Məmmədovu tanımır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X5 nümayəndəsi X2 məhkəməyə izahatında iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

8. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

9. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə, iddianın xx.xx.2023-cü il tarixli 602136 saylı aktın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

11. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

12. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı2 ilə "xxxx" ASC Bakı şəhəri Binəqədi rayon Sukanal İdarəsi arasında 01 avqust 2012-ci il tarixdə 102805 saylı su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə bağlanmışdır.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 602136 nömrəli akta əsasən "xxxx" ASC-nin nümayəndələri tərəfindən Bakı şəhəri, Binəqədi yolu, ev 1288 ünvanında yerləşən, abunə kodu 102805 olan obyektə baxış zamanı d=25 mm-lik xətt vasitəsi ilə sayğacdan qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur.

14. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qanunsuz istifadə fakturasından görünür ki, İddiaçı2 məxsus 102805 saylı abunə kodu üzrə xx.xx.2023-cü il tarixdə 602136 nömrəli akt əsasında 6.984 manat məbləğində borc hesablanmışdır.

15. İş materiallarında olan 102805 saylı abonent kodu üzrə İddiaçı2 məxsus olan Abonent Saldosundan görünür ki, İddiaçı2 cari tarixə qalıq borcu 6.877 manat təşkil edir.

16. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2023-cü il tarixli 602136 nömrəli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.

18. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

20. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli 602136 nömrəli akta əsasən hesablanmış 6.984 manat borcun silinməsini xahiş etsə də, hazırda onun qalıq borcu 6.877 manat təşkil edir.

21. Ona görə də, 6.877 məbləğində borc silinməlidir.

22. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 700 manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X8 tutularaq İddiaçı2 ödənilməlidir.

23. Bundan əlavə Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88,77 manat məbləğində pul da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı2 məxsus 102805 saylı abunə kodu üzrə hesablanmış 6.877 (altı min səkkiz yüz yetmiş yeddi) manat məbləğində borc “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X8 tərəfindən silinsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 700 (yeddiz yüz) manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X8 tutularaq İddiaçı2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88 (səksən səkkiz) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X8 tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar