Məhkəmə qərarları › İş №e-2-2(113)-80/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-80/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-80/2024 26.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı MTK-ya qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi Qanuni nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı MTK-ya qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MTK (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 48.204,28 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək iddiaçının 07/84/147 saylı abonent hesabından silinməsi, ödənilmiş 35 manat dövlət rüsumunun və 200 manat mediasiya haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə əsassız hesablanmış 17986,10 manat məbləğin və ona ödənilmiş 145 manat dövlət rüsumunun, ümumilikdə 66190,38 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək iddiaçının 07/84/147 saylı abonent hesabından silinməsi, ödənilmiş 180 (35+145=180) manat dövlət rüsumunun və 200 manat mediasiya haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-ya "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqəsində 48.204,28 manat məbləğində əsasız borc hesablanmışdır. "xxxx" MTK tərəfindən istifadə olunan elektrik enerjisi üçün hesablanan borc hesab ödəniş vərəqlərinə əsasən ödənilsə də, bugün heç bir əsas və sübut olmadan "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqində 48.204,28 manat məbləğində borc hesablanmışdır. Borcun yaranma səbəbləri barədə heç bir məlumat verilməmişdir. Nəzərinizə çatdırırıq ki, əsassız heablanmış borcun əvvəli xx.xx.2022-ci il tarixli (29.379,41 manat borc), xx.xx.2022-ci il tarixli (31.432,12 manat borc) və xx.xx.2022-ci il tarixli (32.938,58 manat borc) hesab ödəniş vərəqələrində qeyd olunan borclardan başlamış və həmin dövrlər ərzində İddiaçı MTK və "xxxx" ASC arasında yazışmalar getmiş hətta iddianın təminat tədbiri ilə də məhkəməyə müraciət olunmuş və elektrik enetjisinin müvəqqəti kəsiməsinin qarşısı alınmışdır. Həmin dövrlərə nəzər salsaq görərik ki, enerji təchizatı üçün ödənişlər olsa da, borc azalmaq əvəzinə getdikcə artmışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixli 1xx/xx/2022 nömrəli sorğu ilə "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC 01/xx-xx/4665 saylı xx.xx.2022-ci il tarixli məktubla müraciətlərinə cavab olaraq bildirmişdir k, MTK-nın balansında olan sayğaclara baxış keçirilmiş və hər hansı bir qüsur aşkar edilməmişdir. Araşdırma zamanı sorğuda göstərilən borcun istehlak edilmiş elektrik enerjisi nəticəsində yarandığı müəyyən edilmişdir. Qeyd etmək istəyirəm ki, hesab vərəqələrinə və saldoya baxdıqda açıq – aydın görülür ki, sərfiyyat 2022-ci ilin yanvar ayı üzrə - 2307,69 manat; fevral ayı üzrə - 2865,39 manat; aprel ayı üzrə üzrə 2052,71 manat; may ayı üzrə-2451,46 manat qeyd edildiyi halda həmin mart ayı üzrə 11.411,51 manat olmuşdur. Bununla bağlı "xxxx" ASC tərəfindən açıqlanma verilə bilmir. Bu hal 1 ildir ki, davam edir. Eyni zamanda "xxxx" ASC heç vaxt işlək olmayan ehtiyyat sayğaca hesablanan borcun necə yaranması barədə açıqlama verə bilmir. Əlavə olaraq "xxxx"ASC-nin nümayəndəsinin verdiyi qeyri-rəsmi məlumatına əsasən, əvvəlki dövrlər üzrə "xxxx" MTK-nın əvvəlki nəzarətçisi (kamendant) ilə "xxxx" ASC-nin əvvəlki nümayəndəsi arasında yaranmış əməkdaşlıq əsasında borcun bir hissəsi ödənib bir hissəsi isə onlar tərəfindən istifadə olunmuşdur. Ona görə də, balans tərəzi vasitəsi ilə bugünki sərfiyyatla əvvəlki illər arasında sərfiyyat müqayisə edilərək "xxxx" MTK-ya əlavə sərfiyyat hesablanmışdır. Belə olduğu təqdirdə borcun "xxxx" MTK-ya hesablanması tam yalnış yanaşmadır. Çünki belə hal müəyyən olunubsa, bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. "xxxx" MTK – nın borcun artırmaq lazım deyil. Çünki "xxxx"ASC-nın ittihamlarına əsaslansaq həmin məbləğlər onların keçmiş nümayəndəsi və "xxxx" MTK-nın əvvəlki nəzarətçisi (kamendant) tərəfindən istifadə olumuşdur. Eyni zamanda bildirirəm ki, "xxxx"ASC-nin əsassız və qanunsuz tələbinə görə binanın sakinləri elektrik enerjisindən məhrum olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Bu isə onu deməyə əsas verir ki, "xxxx" ASC tərəfindən təbii inhisar subyekti olmasından sui-istifadə etməklə mübahisəli borc məbləğinin məcburi qaydada ödətdirilməsi üçün binanın elektrik enerjisi təchizatını dayandıracaqdır. Mübahisəli borc məbləği hesablandığı dövrədək elektrik enerjisi istehlak edilmiş və həmin dövrdə tərəflərindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 16.630 manat və əlavə olaraq 1000 manat (bir kart vasitəsi ilə qəbz əlavə olunur) məbləğində pul ümumilikdə 17.630 manat məbləğində vəsait enerji təchizatı müəssisəsinə ödənilmişdir və bugünədək də aylıq borcları ödənməkdədir. Halhazırda İddiaçı MTK-nın komendantı (nəzarətçisi) X2 telefonuna yüklədiyi enlektrik enerjisinin mobil tətbiqi barədə proqramında İddiaçı MTK-nın borcu 0-sıfır göstərir. Yəni İddiaçı MTK-nın borcunun olmamasını göstərir. Göründüyü kimi "xxxx" MTK tərəfindən mübahisəli borc məbləği ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün "xxxx" ASC-yə müraciət edildiyi halda sonuncu ölkə ərazisində yeganə enerji təchizatçısı olması, yəni təbii inhisar subyekti olmasından sui-istifadə etməklə mübahisəli borc məbləğini məcburi qaydada ödətdirilməsi niyyəti sərgiləməkdədir. Eyni zamanda poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçıMTK-nın komendantına "xxxx"ASC tərəfindən xx.xx.2020-ci il tarixli xəbərdarlıq verilmişdir. Guya "xxxx"ASC 2020-ci il tarixdə də, İddiaçı MTK-nı 34.544 manat borcu olması ilə bağlı xəbərdarlıq etmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixində əsassız olaraq 17986,10 manat məbləğində əlavə borc hesablanmışdır.

4. İddiaçı "xxxx" ASC cavabdeh İddiaçı MTK-ya qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia üzrə İddiaçı MTK tərəfindən verilmiş ilk iddianın rədd edilməsi və abonent kodu 07/84/147 olan İddiaçı MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 49412,76 manat borc və 239 manat ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək 48 204,28 manat pul vəsaiinin silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş emişdir. İddia tələbi ilə razı deyilik və bildiririk ki, silinməsi tələb edilən məbləğ elekrik enerjisinin sərf edilməsi nəicəsində yaranmışdır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir.İddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 07/84/147 olan MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC- yə cəmi 49 412,76 (qırx doqquz min dörd yüz on iki manat yetmiş altı qəpik) manat yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay Abşeron Rayon Masazır Bələdiyyəsinin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir.

6. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflərindən elektrik enerjisi üzrə borca dair hesablamalar aparılmış, 2021-ci il üzrə qarşılıqlı iddiaçıya 3873 manat, 2022-ci il üzrə 19289 manat, 2023-cü il üzrə 1445 manat sərfiyyat borcunun olması müəyyən edilmişdir. Ümumilikdə onların qarşılıqlı iddiaçıya olan borcu 24607 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, akt onların iştirakı olmadan tərtib edilmiş, sayğaca baxış keçirilməsi barədə onlara ümumiyyətlə məlumat verilməmişdir. Bundan əlavə, hesab vərəqələrinə və saldoya baxdıqda açıq – aydın görülür ki, sərfiyyat 2022-ci ilin yanvar ayı üzrə - 2307,69 manat; fevral ayı üzrə - 2865,39 manat; aprel ayı üzrə üzrə 2052,71 manat; may ayı üzrə-2451,46 manat qeyd edildiyi halda həmin mart ayı üzrə 11.411,51 manat olmuşdur. Sərfiyyatın birdən-birə bu qədər artması ağlabatan deyildir. İddiaçı ehtimal edir ki, onların əvvəlki komendantı ilə cavabdehin nümayəndəsi əlbir olmuş, sərfiyyat borcu əvvəlki komendantın dövründə az göstərilmiş, daha sonra onların komendantı dəyişdikdən sonra əvvəlki illər üzrə olan sərfiyyat borcu da mart ayı üzrə olan borca əlavə edilmiş, onlara həmin ayın sərfiyyat borcu kimi təqdim edilmişdir. Sayğac cavabdehə məxsus ərazidə yerləşir, iddiaçı həmin sayğaca baxış keçirə bilmir, cavabdeh öz mülahizəsinə uyğun onlara faktura təqdim edir.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmamış, bu səbəbdən qarşılıqlı iddia ərizəsində həmin akt əsasında hesablanmış borc tərəflərindən tələb edilmir, tələb etdikləri borc yalnız sayğacın göstəriciləri əsasında hesablanmış sərfiyyat borcudur. İlk iddia ərizəsində aktdan əlavə mübahisələndirilən borc əsaslıdır, yalnız sayğacın göstəriciləri əsasında hesablanmışdır. Bundan əlavə, təqdim etdikləri maliyyə arayışından da göründüyü kimi, satılan elektrik enerjisinin müqabilində iddiaçı tərəfindən daha az məbləğdə ödənişlər edilir.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 1033,47 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixə qalıq borcu 14532,27 manat təşkil edir.

13. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 1583,74 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixə qalıq borcu 14532,27 manat təşkil edir.

14. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2307,69 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 19221,51 manat təşkil edir.

15. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2865,39 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 21087,90 manat təşkil edir.

16. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 11411,51 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 29379,41 manat təşkil edir.

17. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 1739,58 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 31432,12 manat təşkil edir

18. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2077,51 manat (ƏDV 373,95 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 32938,58 manat təşkil edir

19. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2668,84 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 40320,36 manat təşkil edir.

20. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 3848,60 manat (ƏDV 692,75 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 44176,35 manat təşkil edir.

21. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər 6177,06 manat (ƏDV 1111,87 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixə qalıq borcu 48204,28 manat təşkil edir.

22. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 1685,87 manat ödəniş edilmişdir.

23. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 1178,08 manat (ƏDV 212,06 manat) ödəniş edilmişdir.

24. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 2694,67 manat ödəniş edilmişdir.

25. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixinə 58688,82 manat ödəniş edilmişdir.

26. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2307,69 manat ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 19221,51 manat təşkil edir.

27. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 9670,77 manat (ƏDV 1740,74 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 29379,41 manat təşkil edir.

28. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 1739,58 manat (ƏDV 313,13 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 31432,12 manat təşkil edir.

29. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 1599,27 manat (ƏDV 287,87 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 33662,72 manat təşkil edir.

30. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2212,75 manat (ƏDV 398,29 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 34543,76 manat təşkil edir.

31. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2456,75 manat (ƏDV 442,22 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 36082,73 manat təşkil edir.

32. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2878,23 manat (ƏDV 518,08 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 37029,04 manat təşkil edir.

33. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2872,45 manat (ƏDV 517,04 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 37692,53 manat təşkil edir.

34. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 2261,73 manat (ƏDV 407,11 manat) ödəniş edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə qalıq borcu 40320,36 manat təşkil edir.

35. Cavabdeh tərəfindən verilmiş 01/xx-xx/4665 nömrəli 25 iyul 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı MTK-nın balansında olan sayğaca baxış keçirilmiş və hər hansı bir qüsur aşkar edilməmişdir. Sorğuda göstərilən borc istehlak edilmiş elektrik enerjisi nəticəsində yarandığı müəyyən edilmişdir.

36. Cavabdeh tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın “Ua” fazasında cərəyan itmiş və 17986 manat sərfiyyat borcu hesablanmışdır.

37. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 015265 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus sayğaca baxış zamanı məlum olmuşdur ki, elektrik itmişdir. Axan yüklər İa=o İB=0,62A, P=321 kvt, P=180 kvt BP=-43,9 % təşkil edir.

38. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqinsən görünür ki, NDQ015265EİQ nömrəli akta əsasən 17986,10 manat borc hesablanmışdır.

39. xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün 2865,39 manat məbləğində sərfiyyat hesablanmış, xx.xx.2022-ci il tarixə qalıq borc 21087,90 manat təşkil edir.

40. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqı üçün hesab-fakturadan görünür ki, iddiaçının 11411,51 manat məbləğində borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu isə 29379,41 manat təşkil edir.

41. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqı üçün hesab-fakturadan görünür ki, iddiaçının 11411,51 manat məbləğində borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu isə 29379,41 manat təşkil edir.

42. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 2052,71 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borc 31432,12 manat təşkil edir.

43. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 2451,46 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 32938,58 manat təşkil edir.

44. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 1887,14 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 33662,72 manat təşkil edir.

45. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 2611,04 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 34543,76 manat təşkil edir.

46. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 2898,97 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 36082,73 manat təşkil edir.

47. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 3396,31 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 37029,04 manat təşkil edir.

48. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 3389,49 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 37692,53 manat təşkil edir.

49. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 2668,84 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 40320,36 manat təşkil edir.

50. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 4541,35 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 44176,35 manat təşkil edir.

51. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 7288,93 manat borcu var, xx.xx.2022-ci il tarixə qalıq borcu 48204,28 manat təşkil edir.

52. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 30,89 manat borcu var, xx.xx.2023-cü il tarixə qalıq borcu 47747,18 manat təşkil edir.

53. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, iddiaçının 303,51 manat borcu var, xx.xx.2023-cü il tarixə qalıq borcu 58262,33 manat təşkil edir.

54. Cavabdeh tərəfindən verilmiş iddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçının 33662,72 manat qalıq borcu mövcuddur.

55. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 07/84/147 abonent kodu altında fəaliyyət göstərən İddiaçı MTK-nın elektrik enerjisindən istifadə etməsi nəticəsində 2020-ci il tarixdən hazırki günədək 58932,88 manat məbləğində cəmiyyət qarşısında borcu var.

56. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli 9/6058 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı MTK-nın elektrik enerjisi üzrə xx.xx.2023-cü il tarixə ödənilməli olan borcunun məbləği 60362,88 manat təşkil edir.

57. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri qismən təmin olunmalıdır.

58. Belə ki, ilk iddia tələbi iki hissədən ibarətdir. Birincisi, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 17986,10 manat borcun silinməsi, ikincisi, iddiaçıya hesablanmış 48204,28 manat borcun silinməsi.

59. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

60. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə 015265 saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 17986,10 manat borc hesablanmışdır.

61. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğacın nasazlığı səbəbindən sayğacın xətdən axan yükü qeydə almamasına istinad edilməklə hesablanmış borcdur.

62. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.

63. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

64. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

65. Materiallardan isə görünür ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.

66. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən müəyyən edilir ki, sayğacda mövcud qüsur (sayğacın axan yükü qeydə almaması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.

67. Məhkəmə həmçinin qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

68. Materiallarda olan abonent saldosundan, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturalardan, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın olmadığı müddətdə xx.xx.2023-cü il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.

69. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Elektrik enerjisindən istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

70. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

71. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

72. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

73. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

74. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

75. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

76. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

77. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

78. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

79. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.

80. Cavabdehin nümayəndəsi Nümayəndə həmin yoxlamanın Vahid məlumat reyestrində qeydə alınmadığını məhkəmə iclasında təsdiq etmişdir.

81. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

82. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

83. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 17986,10 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

84. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 17986,10 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış həmin borc da əsaslı hesab edilə bilməz.

85. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, ilk iddia tələbi 17986,10 manat borcun silinməsi hissəsində əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 17986,10 manat məbləğində borc silinməlidir.

86. Məhkəmə ilk iddia ərizəsinin ikinci hissəsi, habelə qarşılıqlı iddia ərizəsi ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

87. Belə ki, qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən sərf edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisi borcunun 49412,76 manat olması göstərilmiş, qarşılıqlı iddia ərizəsinə dair yazılı etirazda iddiaçı borcunun ümumilikdə 24607 manat olmasını qəbul etmiş, ilk iddia ərizəsində iddiaçıya cavabdeh tərəfindən sayğacın göstəriciləri nəzərə alınmaqla hesablanmış 48204,28 manat borcun əsassız olması səbəbindən silinməsi xahiş edilmişdir.

88. Məhkəmə, iddiaçının balansında olan elektrik sayğacının göstəriciləri əsasında elektrik enerjisi üzrə ödənilməli olan borcunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

89. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli 9/6058 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı MTK-nın elektrik enerjisi üzrə xx.xx.2023-cü il tarixə ödənilməli olan borcunun məbləği 60362,88 manat təşkil edir.

90. Məhkəmə həmin rəyi mötəbər sübut kimi nəzərə almaqla, xx.xx.2023-cü il tarixli akt, onun əsasında iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə hesablanmış borcun çıxılmaqla, qarşılıqlı iddia ərizəsinin qismən, 42376,78 manat (60362,88 manat – 17986,10 manat) hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi qənaətinə gəlir.

91. Belə ki, məhkəməyə təqdim edilmiş rəy iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı tərəfindən cavabdehin nümayəndələri tərəfindən sayğaca müdaxilə edilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

92. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

93. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

94. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

95. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

96. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

97. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

98. Bu səbəbdən məhkəmə, ilk iddia tələbinin qalan 48204,28 manat borcun silinməsi hissəsində yuxarıda göstərilənlərə əsasən təmin edilməli olmaması qənaətinə gəlir.

99. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 17986,10 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı MTK-dan 42376,78 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

101. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.

102. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

103. Məhkəmə hesab edir ki, ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. V. Nəticə:

104. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. İddiaçı MTK-ya əsassız olaraq hesablanmış 17986,10 (on yeddi min doqquz yüz səksən altı manat on qəpik) manat borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MTK-dan 42376,78 (qırx iki min üç yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı MTK və cavabdeh "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar