Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-806/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə (“X1 Agentliyi” X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) dair qarşılıq iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 321570,73 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 611,57 manat məcburi qaydada tutularaq onun bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçnin Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı İB tərəfindən ona qazdan istifadəyə görə artıq hesablanmış 221570 manat borcun silinməsi, ödənilmiş 512 manat dövlət rüsumunun cavabdehdən tutularaq öna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəməyə gəlmədiklərindən hazırkı iş üzrə iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin və Cavabdeh MMCnin İddiaçı İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə (“X1 Agentliyi” X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) dair qarşılıq iddia ərizələri baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclaslarında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-nin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-806/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-806/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver