Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-823/2023 25.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı firmasının Cavabdeh ASC-yə qarşı “borca silinmənin qanunsuz hesab edilməsi və yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyriyaşayış sahəsinə abonent kodu 101604 üzrə sudan istifadəyə görə ödədiyi məbləğin "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinməsinin qanunsuz hesab edilməsi və silinmiş məbləğlərin geri qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasınn adına yeni abonenet kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə bağlanmış 28 oktyabr 2021-ci il tarixli, S-8832/21 saylı müqaviləyə əsasən, İddiaçı firmasının (VÖEN **********) sərəncamında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsində yeni sayğac quraşdırılmışdır. Həmin sahədə əvvəllər icarə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş "xxxx" MMC (VÖEN **********) olmuşdur. Buna görə də obyektin su ilə təchizatı ilə bağlı müqavilə və kod həmin MMC-nin adınadır (abonent kodu 101604). Həmin ərazidə fəaliyyətə başladıqdan və yeni sayğac aldıqdan sonra dəfələrlə müraciət edilmişdir ki, obyektin su ilə təchizatına dair yeni müqavilə bağlansın və yeni abunə kodu verilsin, yaxud mövcud kod adlarına keçirilsin. Bildirilmişdir ki, əvvəlki istifadəçi "xxxx" MMC-nin (VÖEN **********) borcu qaldığı üçün bu mümkünsüzdür. Belə olan halda isə hüquqları pozulur. Çünki, başqa sahibkarlıq subyektinə aid olan borc tələb edilir, hər dəfə hazırda istifadə edilən suya görə ödənilən məbləğdən bir hissə qanunsuz olaraq əvvəlki istifadəçi "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinir və suyun verilməsinin dayandırılacağı bildirilir. Qeyd edilməlidir ki, əvvəlki istifadəçi "xxxx" MMC-nin (VÖEN **********) borcu 2017-ci il tarixdən qaldığı halda onlara qarşı Cavabdeh ASC tərəfindən hər hansı iddia qaldırılıb borc tələb edilməmişdir. Bu borcun yaranmasında hər hansı təqsir və aidiyyəti olmadığı halda əziyyət çəkilir. Sayğac əvvəlki istifadəçi "xxxx" MMC-nin adına olan 101604 abonent kodu ilə göstərilir və ödənişlər onların adından həyata keçirilirmiş kimi qeyd edilir. Halbuki, cavabdehin qarşısında pul ödəmə öhdəliyi yalnız öz faktiki işlətdiyi suya görə ola bilər. Cavabdehə müraciətlər edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə hesablanmış borcun İddiaçı firmasından tələb edilməsinin qanunsuz hesab edilməsi, yeni istehlak müqaviləsi bağlanmaqla yeni abonent kodu açılması, yaxud mövcud kodun ada keçirilməsi, borcun həmin koddan silinməsi, hazırda faktiki istifadə olunan suya görə ödənilən məbləğdən qanunsuz olaraq əvvəlki istifadəçi "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinmələrin dayandırılması və silinmiş məbləğlərin qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilsə də, bununla bağlı hər hansı müsbət qərar qəbul edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək xahiş etmişdir ki, İddiaçı firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə sudan istifadəyə görə ödədiyi məbləğin "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinməsinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilsin. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, təqdim edilmiş sübutları araşdıraraq bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh ASC-nin X2 İdarəsi “icraçı” İddiaçı firması “sifarişçi” olmaqla imzalanmış 28 oktyabr 2021 tarixli S-8832/21 saylı müqaviləyə əsasən “icraçı “sifarişçi”nin sifarişinə əsasən razılaşdırılmış yerdə və texniki şərtə və layihəyə uyğun qaydada və ərazidə sayğac quraşdırır, sifarişçi isə sayğacın və göstərilən xidmətin dəyərini ödəməyi öz öhdəsinə götürür. Sayğacın və göstərilən xidmətin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində “alqı satqı predmetinin siyahısının və qiymətinin razılaşdırılmasına dair protokol”da öz əksini tapır. S-8832/21 saylı müqaviləyə əlavə 1 olan qiymətlərin razılaşdırılması haqqında 1 saylı protokolda DN 40 mm ön ödənişli smart tipli su sayğacı və onun texniki şərtə uyğun quraşdırılması ilə bağlı cəmi 947,53 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. 28 oktyabr 2021 tarixli 20895 nörməli hesab fakturadan məlum olur ki, 947,53 manat Cavabdeh ASC-nin bank hesabına köçürülmüşdür. JN 1262 seriyalı KOD 00100016 nömrəli torpaqdan daimi istifadə hüququna dair daimi aktdan məlum olur ki, Binəqədi rayonu Biləcəri şossesi M.Rəsulzadə qəsəbəsində yerləşən 0.41 hektar torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 19 oktyabr 1994-cü il tarixli 1456 saylı sərəncamı əsasında “Tejkar” kiçik müəssisəsinə istifadəyə verilmişdir. "xxxx" MMC-yə məxsus 101604 nömrəli abonent hesabından çıxarışdan məlum olur ki, xx.xx.2002 tarixində müqavilə imzalanmış, 2017-ci il tarixində abonentə 13.744 manat borc hesablanmışdır. Su borcuna dair məlumata əsasən müqavilə üzrə cəmi 23.843,10 manat satış olmuş, 14.056,82 manat cari tarixə qalıq olmuşdur. Sayğac və montaj dəyəri üzrə cəmi 947,53 manat ödəniş olmuşdur. Cavabdeh ASC tərəfindən İddiaçı firmasının müraciətinə verilmiş xx.xx.2022 tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 8.6 bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Cavabdeh ASC-nin 11 mart 2015-ci il tarixli 106 nömrəli əmri ilə təsdiq olunmuş “Abonent xidmətlərinə dair” təlimatın 10.5 bəndinə əsasən istehlakçılar yeni aldıqları evin, tikilinin, obyektin (digər mülkün) müqaviləsini yenilədikləri zaman, müqavilə tarixindən əvvəl həmin ünvanda istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə ödənilməmiş (qalıq) borcları ödəməli və ya ödənilməsi üçün yazılı öhdəlik götürməlidirlər. Əks təqdirdə həmin ünvanın su təchizatı dayandırılır. Eyni zamanda 10.8 bəndinə əsasən əhali və ya qeyri-əhali qrupuna aid olan mülkiyyətçi dəyişdiyi halda son hesablaşma aparıldıqdan sonra su təchizatı dayandırılmadan əvvəlki istehlakçı ilə bağlanmış müqavilə ləğv edilir. Müraciətdə qeyd edilən Binəqədi rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən, müqavilə nömrəsi 101604 olan obyektə baxış keçirilən zaman sudan qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixli, MXD-8939 saylı inventar aktı tərtib olunmuş, 13734 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda su təchizatından istifadəyə görə abonentin hesabında sayğac göstəricisi 17 m3 olmaqla yaranmış borc 14056.82 manat təşkil edir. Həmçinin Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab fakturalara və ödənişlərə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləmək mümkündür. Eyni zamanda “X1”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclar STKM ilə qarşılıqlı razılaşma əsasında hissəhissə ödənilə bilər. Bunun üçün Binəqədi rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalama tövsiyyə olunur. Binəqədi Rayonu Sukanal İdarəsi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2017-ci il tarixli inventar aktına əsasən 101604 müqavilə nömrəli 47429 abonent nömrəli istehlakçı "xxxx" MMC olan su təchizatı və kanalizasiya sisteminə baxış zamanı məlum olmuşdur ki, su sayğacından kənar D=50 mm borcu vasitəsilə sudan qeyri-qanuni istifadə olunur. Nəticədə abonentin su təchizatı dayandırılmış və qeyri-qanuni xətt ləğv edilmişdir. xx.xx.2017 tarixli MXD 8939 nömrəli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından məlum olur ki, Binəqədi rayonu Biləcəri şossesində yerləşən "xxxx" MMC 13.734 manat məbləğində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. 25 oktyabr 2021 tarixli mediasiya arayışından məlum olur ki, 200 manat mediasiya xərci İddiaçı firması tərəfindən ödənilmişdir. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, İddiaçı firmasının müraciəti əsasında "xxxx" ASC ilə müqavilə imzalanmış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsində yeni sayğac quraşdırılmışdır. Qeyd edilən ünvandan daha əvvəl "xxxx" MMC fəaliyyət göstərdiyindən quraşdırılan sayğac "xxxx" MMC-nin adına fəaliyyət göstərmişdir. Əvvəlki illərdə istifadəçi olan "xxxx" MMC-nin adına Cavabdeh ASC tərəfindən cərimə hesablandığından iddiaçıya yeni abunə kodunun verilməsindən imtina olunmuşdur. V. Tətbiq edilən hüquq: AR Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “X1”nın 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 8.5-ci maddəsinə görə, su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Həmin Qaydaların 8.6 bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, işin sadalanan hallarından iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Belə ki, Cavabdeh ASC “Abonent xidmətlərinə dair” təlimata istinad edərək, istehlakçıların su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi ilə bağlı əvvəlki isthelkaçılarının borclarını ödəməli olduğunu qeyd etmişdir. Bununla belə yuxarıda qeyd olunan “X1”ından məlum olur ki, obyektin mülkiyyətçisinin dəyişdirilməsi halı olduqda mövcud borcların ödənilməsi yeni istehlakçının yox, əvvəlki istehlakçının vəzifəsidir.Məhkəmə hesab edir ki, sudan istifadə ilə bağlı İddiaçı firmasının ödənişlərinin başqa istifadəçinin borclarına silinməsi qanunsuz hesab edilməlidir. Bundan başqa iddiaçı iddia tələbində həmçinin tərəfindən yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini də qeyd etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında sayğacın quraşdırılması barədə müqavilə imzalanmış, həmin müqavilə üzrə Cavabdeh ASC sayğacın quraşdırılmasını öz öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı tərəfindən müqavilə razılaşdırılmış ödənişin ödənilməsi də öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etmədiyindən və iddiaçının iddia tələbinin əsaslı olması qeyd olunan hissədə də öz təsdiqini tapdığından təmin edilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə sudan istifadəyə görə ödənilən məbləğin "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinməsi qanunsuz hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasının adına yeni abonent kodunun verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Cavabdeh açıq səhmdar cəmiyyətindən ödənilmiş 200 (iki yüz manat) manat mediasiya xərci İddiaçı firmasının xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-823/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-823/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver