Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-84/2024 16.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı nəqliyyat vasitələrinin qaytarılması və ya dəyərinin ödənilməsi, əldən çıxmış faydanın tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: nəqliyyat vasitələrinin qaytarılması, dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı nəqliyyat vasitələrinin qaytarılması və ya dəyərinin ödənilməsi, əldən çıxmış faydanın tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus olan 10 ədəd texnikanın "xxxx" MMC-yə qaytarılması, bu mümkün olmadıqda həmin texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə dəymiş 2282186,41 manat (iki milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik) dəyərində maddi ziyanın Cavabdeh MMC-dən alınaraq, "xxxx" MMC-yə ödənilməsi, həmin 10 ədəd texnikanın icarəyə verilə bilməməsi nəticəsində 10701649,01 manat (on milyon yeddi yüz bir min altı yüz qırx doqquz manat bir qəpik) dəyərində əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus AZT İR/002 saylı Əmrlə 2017-2019-cu illərdə aparılmış satış fəaliyyəti zamanı yaranan debitor borclarının, borclarla bağlı pul vəsaitlərinin daxil olması, aşkar olunan anbar məxaric sənədləri üzrə yoxlamalar aparılmış, tərtib olunmuş 004/2022 saylı, xx.xx.2022-ci il tarixli akt isə bu yoxlamanın yerinə yetirilməsi ilə bağlı müəyyən nəticələri qeydə almışdır. "xxxx" MMC-nin adına aşağıda qeyd olunan və müvafiq gömrük bəyannamələri ilə idxal olunan texnikalar cədvəldə göstərilən müddətlərdə ağır və tikinti texnikaları istehsalçısı “X1”-dən alınaraq, Azərbaycan Respublikasının ərazisinə idxal edilmiş və "xxxx" MMC-nin əsas vəsaitləri siyahısına daxil edilmişdir. Aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, aşağıda gösərilən 10 ədəd texnika: Volvo EC480DL markalı (VİN: VCEC480DE********), Volvo EC480DL markalı (VİN: VCEC480DL********), Volvo L150F markalı (VİN: VCEL150GCE0019060), Volvo L150F markalı (VİN: VCEL150GPE0019059), Volvo L150F markalı (VİN: VCEL150GTE0019061), Volvo L150F markalı (VİN: VCEL150GVE0019066), Volvo L180G markalı (VİN: VCEL180GLE0016401), Volvo L180G markalı (VİN: VCEL180GHE0016402), Volvo BL61B markalı (VİN: VCEBL61BP********), Volvo L150G markalı (VİN: VCEL150GAF0019233) texnikalar "xxxx" MMC-nin balansında mövcud deyildir. Həmin texnikaların təqdim olunması ilə bağlı hər hansı bir əqd (müqavilə), hesablaşma sənədləri (hesab faktura, elektron qaimə), o cümlədən texnikaların təqdim olunması ilə bağlı ödəniş mövcud deyildir. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi Abşeron Dövlət X8 reyestrində həmin texnikalarla bağlı hər hansı əməliyyatın aparılması barədə məlumatın əldə olunması üçün xx.xx.2021-ci il tarixində AZT/X/162 saylı məktubla, xx.xx.2021-ci il tarixində AZT/X/184 saylı məktubla müraciətlər olunmuşdur. Bu məktublara cavab olaraq Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi Abşeron Dövlət X10 tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli 05/77 ve 05/78 saylı məktublarda həmin texnikaların Cavabdeh MMC-nin adına dövlət qeydiyyatına alınması barədə məlumat öz əksini tapmışdır. Əlavə olaraq, "xxxx" MMC ilə Cavabdeh MMC arasında siyahıda qeyd edilmiş texnikalar üzrə heç bir alqı-satqı əməliyyatı aparılmamış, "xxxx" MMC-nin hesabına heç bir vəsait mədaxil olunmamışdır. Hazırda həmin texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə 2282186,41 manat dəyərində, onların icarəyə verilə bilməməsi nəticəsində əldən çıxmış fayda üzrə isə 10701649,01 manat dəyərində, ümumilikdə 12983835,42 manat dəyərində ziyan vurulmuşdur. Həmin 10 ədəd texnikaların adları, modelləri, digər göstəriciləri və balans dəyəri əks etdirilən siyahı iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında ətraflı göstərilmişdir. Qeyd edilən faktlar, yəni mülkiyyətçi "xxxx" MMC-nin məlumatı və razılığı olmadan ona məxsus nəqliyyat vasitələrinin başqa bir MMC-nin mülkiyyətinə keçməsi açıq-aşkar cinayət əməllərindən xəbər verir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və bildirdi ki, texnikaların mövcud olub-olmaması, onların vəziyyəti barədə məlumat olmadığından iddianın texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə dəymiş 2282186,41 manat (iki milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik) dəyərində maddi ziyanın Cavabdeh MMC-dən alınaraq, "xxxx" MMCyə ödənilməsi, həmin 10 ədəd texnikanın icarəyə verilə bilməməsi nəticəsində 10701649,01 manat (on milyon yeddi yüz bir min altı yüz qırx doqquz manat bir qəpik) dəyərində əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin olunamını xahiş edir.
7. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli, AZT/X/16 nömrəli ("xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AZT İR/002 saylı əmrində göstərilən tapşırıqların yerinə yetirilməsilə bağlı nəticələri qeydə alan 004/2022 saylı, xx.xx.2022-ci il tarixli akta və dövr ərzində əldən çıxmış faydanın hesablanmasına dair) maliyyə arayışında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin adına aşağıda qeyd olunan və müvafiq gömrük bəyannamələri ilə idxal olunan texnikalar cədvəldə göstərilən müddətlərdə ağır və tikinti texnikaları istehsalçısı “X1”-dən alınaraq Azərbaycan Respublikasının ərazisinə idxal edilmiş və "xxxx" MMC- nin əsas vəsaitləri siyahısına daxil edilmişdir. Aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan texnikalar "xxxx" MMC-nin balansında mövcud deyildir. Həmin texnikaların təqdim olunması ilə bağlı hər hansı bir əqd (müqavilə), hesablaşma sənədləri (hesab-faktura, elektron qaimə), o cümlədən texnikaların təqdim olunması ilə bağlı ödəniş mövcud deyildir. Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi Abşeron Dövlət X8 reyestrində həmin texnikalarda bağlı hər hansı əməliyyatın aparılması barədə məlumatın əldə olunması üçün xx.xx.2021-ci il tarixində AZT/X/162 saylı məktubla, xx.xx.2021-ci il tarixində AZT/X/184 saylı məktubla müraciətlər olunmuşdur. Bu məktublara cavab olaraq Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi Abşeron Dövlət X10 tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli 05/77 və 05/78 saylı məktublarda həmin texnikaların Cavabdeh MMC-nin adına dövlət qeydiyyatına alınması barədə məlumat öz əksini tapmışdır. Əlavə olaraq, "xxxx" MMC ilə “Aztikintiyol" MMC arasında aşağıda göstərilən texnikalar üzrə heç bir alqı-satqı əməliyyatı aparılmamış, "xxxx" MMC-nin hesabına heç bir vəsait mədaxil olunmamışdır. Hazırda həmin texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə 2282186,41 manat dəyərində, onların icarəyə verilə bilməməsi nəticəsində əldən çıxmış fayda üzrə isə 10701649,01 manat dəyərində, ümumilikdə 12983835,42 manat dəyərində ziyan vurulmuşdur.
8. xx.xx.2023-cü il tarixli, AZT/X/269 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli, AZT/X/16 saylı maliyyə arayışında itirilmiş fayda (kənarlaşma dövrü üzrə icarə haqqı) hesablanarkən texnikaların icarə haqqı dəyərləri faktiki müqavilələrdə qeyd olunan və orta bazar dəyəri məlumatlarına əsaslanmışdır: 2 ədəd EC 480 DL tipli tikinti texnikası ilə eyni tipli və eyni markalı texnikalar xx.xx.2014-cü il tarixli KYT-AZT-088-011 saylı icarə müqaviləsinin 2 nömrəli əlavəsi əsasında günlük icarə haqqı məbləği işlənmiş 1 ədəd texnika üçün 306 USD (ƏDV-siz) dəyərində olmaqla icarəyə verilmişdir. İstinad olunan maliyyə arayışında göstərilən dəyər eyni tipli və eyni markalı texnikaya dair AZTX/038 saylı, xx.xx.2023 tarixli icarə müqaviləsinin 1 saylı əlavəsində oxşar dəyərdə (aylıq icarə haqqı ədv-siz 14000 manat) öz təsdiqini tapmışdır. 1 ədəd BL61B tipli tikinti texnikası ilə eyni tipli və eyni markalı texnikalar xx.xx.2014-cü il tarixli, KYT-AZT-088-011 saylı icarə müqaviləsinin 2 nömrəli əlavəsi əsasında günlük icarə haqqı məbləği işlənmiş 1 ədəd texnika üçün 69 USD (ƏDV-siz) dəyərində olmaqla icarəyə verilmişdir. Eyni tipli texnika daha sonra AZTX/352 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında günlük icarə haqqı 105.26 (ƏDV-siz) manat olmaqla icarəyə verilmişdir ki, həmin tarixdən sonra 2021 və 2022-ci ildə olan bazar qiymətində olan artım nəzərə alınaraq günlük icarə haqqı dəyəri 180.92 (ədv-siz) manat təyin olunmuşdur. 5 ədəd L150G tipli tikinti texnikası üzrə günlük icarə haqqı məbləği orta bazar dəyəri məlumatlarına əsasən götürülmüşdür və eyni tipli texnikalar dair xx.xx.2021-ci il tarixli, AZTX/355 saylı icarə müqaviləsi və onun 17 saylı əlavəsində oxşar dəyərdə (aylıq icarə haqqı ədv-siz 8100 manat) olmaqla öz təsdiqini tapmışdır. 2 ədəd L180G tipli tikinti texnikasının hər ədədi üzrə günlük icarə haqqı məbləği hesablanarkən, L150G tipli texnikaya nəzərən müqayisəli yanaşma aparılmışdır. Belə ki, L150G tipli texnikanın kovşunun tutum həcmi 4 m3, at gücü 265 hp olduğu halda, müvafiq göstəricilər L180G tipli texnikada 4.5 m3, 330 hp təşkil edir. L180 G tipli texnikanın L150 G tipli texnika ilə müqayisədə sıxlığı daha çıx olan materiallada işləmə qabiliyyəti olduğunu nəzərə alaraq, L180G tipli texnikanın günlük icarə haqqı dəyəri L150G tipli texnikanın günlük icarə dəyərinə əmsallaşma ((1.125+1.245):2-1.185)) tətbiq olunmaqla hesablanmışdır.
9. xx.xx.2022-ci il tarixli, 004/2022 nömrəli aktda qeyd olunmuşdur ki, "xxxx" MMCnin adına aşağıda qeyd olunan və müvafiq gömrük bəyannamələri ilə idxal olunan texnikalar cədvəldə göstərilən müddətlərdə ağır və tikinti texnikaları istehsalçısı “X1”-dən alınaraq Azərbaycan Respublikasının ərazisinə idxal edilmiş və "xxxx" MMC- nin əsas vəsaitləri siyahısına daxil edilmişdir. Aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan texnikalar "xxxx" MMC-nin balansında mövcud deyildir. Həmin texnikaların təqdim olunması ilə bağlı hər hansı bir əqd (müqavilə), hesablaşma sənədləri (hesabfaktura, elektron qaimə), o cümlədən texnikaların təqdim olunması ilə bağlı ödəniş mövcud deyildir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Abşeron Dövlət X8 reyestrində həmin texnikalarda bağlı hər hansı əməliyyatın aparılması barədə məlumatın əldə olunması üçün müraciətlər olunmuşdur. Bu məktublara cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Abşeron Dövlət X10 tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli 05/77 və 05/78 saylı məktublarda həmin texnikaların Cavabdeh MMC-nin adına dövlət qeydiyyatına alınması barədə məlumat öz əksini tapmışdır. Əlavə olaraq, "xxxx" MMC ilə Cavabdeh MMC arasında aşağıda göstərilən texnikalar üzrə heç bir alqı-satqı əməliyyatı aparılmamış, "xxxx" MMC-nin hesabına heç bir vəsait mədaxil olunmamışdır. Hazırda həmin texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə 2282186,41 manat dəyərində ziyan dəymişdir.
10. İddiaçı tərəfindən mübahisəli texnikalarla bağlı iş materiallarına gömrük bəyannamələri, beynəlxalq qaimələr və Volvo tərəfindən tərtib edilmiş sənədlər əlavə edilmişdir.
11. "xxxx" MMC xx.xx.2020-ci il tarixli, AZTİX/186 nömrəli məktubla Fövqəladə Hallar Nazirliyinin X2 Görülməsi və Dağ-mədən X3 müraciət edərək, 9 ədəd texnika ilə bağlı hər hansı bir əməliyyatın aparılması barədə məlumatların təqdim edilməsini xahiş etmişdir.
12. "xxxx" MMC xx.xx.2021-ci il tarixli, AZTİX/161 nömrəli məktubla Fövqəladə Hallar Nazirliyinin X2 Görülməsi və Dağ-mədən X3 müraciət edərək, Volvo L150G frontal yükləyici ilə bağlı hər hansı bir əməliyyatın aparılması barədə məlumatların təqdim edilməsini xahiş etmişdir.
13. "xxxx" MMC xx.xx.2021-ci il tarixli, AZTİX/229 nömrəli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Dövlət X10nə müraciət edərək, 9 ədəd tikinti texnikasının hansı sənədlər əsasında «Aztikintiyol” MMC-nin adına dövlət qeydiyyatına alınması bəradə sənədlərin təqdim edilməsini xahiş etmişdir.
14. "xxxx" MMC xx.xx.2021-ci il tarixli, AZTİX/230 nömrəli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Dövlət X10nə müraciət edərək, 1 ədəd tikinti texnikasının hansı sənədlər əsasında «Aztikintiyol” MMC-nin adına dövlət qeydiyyatına alınması bəradə sənədlərin təqdim edilməsini xahiş etmişdir.
15. xx.xx.2021-ci il tarixli, 263 nömrəli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Dövlət X10nə müraciət edilərək, 10 ədəd texnika ilə bağlı hər hansı bir əməliyyatın aparılması barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir.
16. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Dövlət X10 xx.xx.2021-ci il tarixli, 05/77 nömrəli məktubla "xxxx" MMC-yə müraciət edərək bildirmişdir ki, Volvo L150G markalı, buraxılış ili-2015, şassi nömrəsi-VCEL150GAF0019233 frontal yükləyici xx.xx.2016-cı il tarixdə Abşeron DAİM X6 Sektorunun Daşınar Əmlakının rəsmi reyestrində AZ 90L-648 nömrə nişanı ilə «Aztikintiyol” MMC-nin adına dövlət qeydiyyatına alınmışdır.
17. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Dövlət X10 xx.xx.2021-ci il tarixli, 05/78 nömrəli məktubla "xxxx" MMC-yə müraciət edərək bildirmişdir ki, VOLVO EC480DL markalı, VCEC480DE00273079 zavod nömrəli ekskavator xx.xx.2014-cü il tarixdə AZ 10Z-116 nömrə nişanı ilə, VOLVO EC480DL markalı, VCEC480DL00273080 zavod nömrəli ekskavator xx.xx.2014-cü il tarixdə AZ 10Z-117 nömrə nişanı ilə, VOLVO L150F markalı, VCEL150GPE0019060 və VCEL150GPE0019059 zavod nömrəli frontal yükləyicilər xx.xx.2014-cü il tarixdə AZ 10U- 975 və AZ 10U-974 nömrə nişanları ilə, VOLVO L150F markalı, VCEL150GTE0019061 və VCEL150GV0019066 zavod nömrəli frontal yükləyicilər xx.xx.2014-cü il tarixdə AZ 10U- 918 və AZ 10U-919 nömrə nişanları ilə, VOLVO L180G markalı VCEL180GHE0016401 ve VCEL180GLE0016402 zavod nömrəli frontal yükləyicilər xx.xx.2014-cü il tarixdə AZ 10U- 976 və AZ 10U-977 nömrə nişanları ilə, VOLVO BL61B markalı, VCEBL61BP01204231 zavod nömrəli ekskavator yükləyici xx.xx.2014-cü il tarixdə AZ 10Z-095 nömrə nişanı ilə Abşeron DAİM X6 Sektorunun Daşınar Əmlakının rəsmi reyestrində "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsində kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsindən müəyyən edilmişdir ki, “Aztexnika LTD" MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi xx X9 olmuşdur.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsində xxkommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsindən müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi xx.xx.2010-cu il tarixdən xx X5r.
20. İcarəyə verən qismində “Aztexnika LTD" MMC ilə icarəçi qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZTX/352 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə icarəyə verən müqavilənin Əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. 21.“Aztexnika LTD" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZTX/352 nömrəli icarə müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli, 1 saylı Əlavədən görünür ki, 7 ədəd Volvo markalı texnika hər birinin aylıq icarə haqqı 3200 manat (ƏDVsiz) olmaqla icarəyə verilmişdir.
22. İcarəyə verən qismində “Aztexnika LTD" MMC ilə icarəçi qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZTX/335 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə icarəyə verən müqavilənin Əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.
23. “Aztexnika LTD" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZTX/335 nömrəli icarə müqaviləsinə bağlanmış xx.xx.2022-ci il tarixli, 17 saylı Əlavədən görünür ki, əlavədə qeyd olunmuş Volvo markalı texnikalar müxtəlif icarə haqqı qiymətləri ilə icarəyə verilmişdir.
24. İcarəyə verən qismində “Aztexnika LTD" MMC ilə icarəçi qismində “X12 sanayi ve Ticaret A.Ş” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZTX/038 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə icarəyə verən müqavilənin Əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.
25. “Aztexnika LTD" MMC ilə “X12 sanayi ve Ticaret A.Ş” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZTX/038 nömrəli icarə müqaviləsinə bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı Əlavədən görünür ki, 1 ədəd Volvo markalı texnikanın aylıq icarə haqqı 14000 manat (ƏDV-siz) olmaqla icarəyə verilmişdir.
26. “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus olan 10 ədəd texnikanın "xxxx" MMC-yə qaytarılmasını, bu mümkün olmadıqda həmin texnikaların qeyriqanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə dəymiş 2282186,41 (iki milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik) manat dəyərində maddi ziyanın Cavabdeh MMC-dən alınaraq, "xxxx" MMC-yə ödənilməsi, həmin 10 ədəd texnikanın icarəyə verilə bilməməsi nəticəsində 10701649,01 (on milyon yeddi yüz bir min altı yüz qırx doqquz manat bir qəpik) manat dəyərində əldən çıxmış faydanın 10 (on) gün müddətində təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir.
27. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 1 saylı Dövlət X10 tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-2-2-3- 1/2-184/2023 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 39 nömrəli 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında’’ Əsasnamənin 12-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılmasına dair reyestr, jurnal və kompüter bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədləri beş il müddətində saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” 3/1 nömrəli 12 aprel 2016-cı il tarixli qərarını rəhbər tutaraq X6nin fəaliyyəti nəticəsində yaranmış 2010-2016-ci illərə aid sənədlər akt üzrə məhv edilməsi üçün Milli Arxiv İdarəsi yanında X7 Salan Mərkəzin nümayəndəsinin iştirakı ilə “Azərbaycan Kağız və X4” MMC-yə təhvil verilmişdir. Sorğuda adları qeyd olunan texnikaların özgəninkiləşdirilməsi 2010-2016-cı illər tarixinə təsadüf etdiyinə görə qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş müqavilələrin və sair sənədlərin sizə göndərilməsi imkan xaricindədir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7733 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, bazarlarında, internet saytlarında (makina.az, dizel.az, smer.az və s.) mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan, mülki iş materiallarında olan məlumatlardan (səh.21, səh.32, səh.171, səh.184) istifadə edilməklə ekspertiza təyini haqqında qərardadda göstərilən texnikaların aylıq, illik və ümumi icarə haqqları və balans dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 1) “Volvo L150G” markalı (şassi nömrəsi VCEL150GAF0019233, buraxılış ili 2015) frontal yükləyici (AZ 90L- 648 nömrə nişanlı) - 2016-cı il üzrə aylıq icarə haqqı - 9300 manat, 2016-cı il üzrə illik icarə haqqı – 102000 manat; balans dəyəri; - 2017-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2017-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2018-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 9300 manat, 2019-cu il üzrə illik icarə haqqı – 102000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2020-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 114000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 114000 manat; 2023-cü il üzrə aylıq icarə haqqı – 10500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 114000 manat olmaqla, ümumilikdə - 852000 manat, balans dəyəri - 224576,27 manat. 2) Volvo EC480DL markalı (şassi nömrəsi VCEC480DE00273079, buraxılış ili 2014) ekskavatorun (AZ 10Z-116 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 16300 manat, 2014-cü il üzrə illik icarə haqqı – 186000 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 16300 manat, 2015-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı – 16300 manat, 2016-cı il üzrə illik icarə haqqı – 186000 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı 16300 manat, 2017-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı 16300 manat, 2018-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı 16300 manat, 2019-cu il üzrə illik icarə haqqı – 186000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı 16300 manat, 2020-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı 17500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 198000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı 17500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 198000 manat; - 2023-cü il üzrə aylıq icarə haqqı 17500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 198000 manat; ümumilikdə ******* manat, balans dəyəri 279661 manat. 3) Volvo EC480DL markalı (şassi nömrəsi VCEC480DE00273080, buraxılış ili 2014) ekskavatorun (AZ 10Z- 117 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 16300 manat, 2014-cü il üzrə illik icarə haqqı – 186000 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 16300 manat, 2015-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı – 16300 manat, 2016-cı il üzrə illik icarə haqqı – 186000 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı 16300 manat, 2017-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı 16300 manat, 2018-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı 16300 manat, 2019-cu il üzrə illik icarə haqqı – 186000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı 16300 manat, 2020-ci il üzrə illik icarə haqqı – 186000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı 17500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 198000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı 17500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 198000 manat; - 2023-cü il üzrə aylıq icarə haqqı 17500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 198000 manat; ümumilikdə ******* manat, balans dəyəri 279661 manat. 4) Volvo L150F markalı (şassi nömrəsi VCEL150GCE0019060, buraxılış ili 2014) frontal yükləyicinin (AZ 10U-975 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 9300 manat, 2014-cü il üzrə illik icarə haqqı – 102000 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2015-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı - 9300 manat, 2016-cı il üzrə illik icarə haqqı – 102000 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2017-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2018-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 9300 manat, 2019-cu il üzrə illik icarə haqqı – 102000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2020-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 114000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 114000 manat; 2023-cü il üzrə aylıq icarə haqqı – 10500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 114000 manat olmaqla, ümumilikdə - ******* manat, balans dəyəri - 224576,27 manat. 5) Volvo L150F markalı (şassi nömrəsi VCEL150GPE0019059, buraxılış ili 2014) frontal yükləyicinin (AZ 10U-974 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 9300 manat, 2014-cü il üzrə illik icarə haqqı – 102000 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2015-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı - 9300 manat, 2016-cı il üzrə illik icarə haqqı – 102000 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2017-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2018-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 9300 manat, 2019-cu il üzrə illik icarə haqqı – 102000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2020-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 114000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 114000 manat; 2023-cü il üzrə aylıq icarə haqqı – 10500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 114000 manat olmaqla, ümumilikdə - ******* manat, balans dəyəri - 224576,27 manat. 6) Volvo L150F markalı (şassi nömrəsi VCEL150GTE0019061, buraxılış ili 2014) frontal yükləyicinin (AZ 10U-918 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 9300 manat, 2014-cü il üzrə illik icarə haqqı – 102000 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2015-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı - 9300 manat, 2016-cı il üzrə illik icarə haqqı – 102000 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2017-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2018-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 9300 manat, 2019-cu il üzrə illik icarə haqqı – 102000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2020-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 114000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 114000 manat; 2023-cü il üzrə aylıq icarə haqqı – 10500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 114000 manat olmaqla, ümumilikdə - ******* manat, balans dəyəri - 224576,27 manat. 7) Volvo L150F markalı (şassi nömrəsi VCEL150GVE0019066, buraxılış ili 2014) frontal yükləyicinin (AZ 10U-919 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 9300 manat, 2014-cü il üzrə illik icarə haqqı – 102000 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2015-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı - 9300 manat, 2016-cı il üzrə illik icarə haqqı – 102000 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2017-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2018-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 9300 manat, 2019-cu il üzrə illik icarə haqqı – 102000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 9300 manat, 2020-ci il üzrə illik icarə haqqı – 102000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 114000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 114000 manat; 2023-cü il üzrə aylıq icarə haqqı – 10500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 114000 manat olmaqla, ümumilikdə - ******* manat, balans dəyəri - 224576,27 manat. 8) Volvo L180G markalı (şassi nömrəsi VCEL180GLE0016401, buraxılış ili 2014) frontal yükləyicinin (AZ 10U-976 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 10500 manat, 2014-cü il üzrə illik icarə haqqı – 116400 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2015-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı - 10500 manat, 2016-cı il üzrə illik icarə haqqı – 116400 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2017-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2018-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 10500 manat, 2019-cu il üzrə illik icarə haqqı – 116400 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2020-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 11500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 126000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı - 11500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 126000 manat; 2023-cü il üzrə aylıq icarə haqqı – 11500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 126000 manat olmaqla, ümumilikdə - ******* manat, balans dəyəri - 269491,53 manat. 9) Volvo L180G markalı (şassi nömrəsi VCEL180GHE0016402, buraxılış ili 2014) frontal yükləyicinin (AZ 10U-977 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 10500 manat, 2014-cü il üzrə illik icarə haqqı – 116400 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2015-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı - 10500 manat, 2016-cı il üzrə illik icarə haqqı – 116400 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2017-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2018-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 10500 manat, 2019-cu il üzrə illik icarə haqqı – 116400 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 10500 manat, 2020-ci il üzrə illik icarə haqqı – 116400 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 11500 manat, 2021-ci il üzrə illik icarə haqqı – 126000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı - 11500 manat, 2022-ci il üzrə illik icarə haqqı – 126000 manat; 2023-cü il üzrə aylıq icarə haqqı – 11500 manat, 2023-cü il üzrə illik icarə haqqı – 126000 manat olmaqla, ümumilikdə - ******* manat, balans dəyəri - 269491,53 manat. 10) Volvo BL61B markalı (şassi nömrəsi VCEBL61BP01204231, buraxılış ili 2014) ekskavatorun (AZ 10Z-095 nömrə nişanlı) - 2014-cü il üzrə aylıq icarə haqqı - 6400 manat, 2014-cü il üzrə illik icarə haqqı – 72000 manat; - 2015-ci il üzrə aylıq icarə haqqı - 6400 manat, 2015-ci il üzrə illik icarə haqqı – 72000 manat; - 2016-cı il üzrə aylıq icarə haqqı - 6400 manat, 2016-cı il üzrə illik icarə haqqı – 72000 manat; - 2017-ci il üzrə aylıq icarə haqqı - 6400 manat, 2017-ci il üzrə illik icarə haqqı – 72000 manat; - 2018-ci il üzrə aylıq icarə haqqı - 6400 manat, 2018-ci il üzrə illik icarə haqqı – 72000 manat; - 2019-cu il üzrə aylıq icarə haqqı - 6400 manat, 2019-cu il üzrə illik icarə haqqı – 72000 manat; - 2020-ci il üzrə aylıq icarə haqqı - 6400 manat, 2020-ci il üzrə illik icarə haqqı – 72000 manat; - 2021-ci il üzrə aylıq icarə haqqı - 7000 manat, 2021-ci il üzrə illik icarə haqqı – 78000 manat; - 2022-ci il üzrə aylıq icarə haqqı – 7000 manat, 2022-ci il üzrə illik icarə haqqı – 78000 manat; 2023cü il üzrə aylıq icarə haqqı – 7000 manat, 2023-cü il üzrə illik icarə haqqı – 78000 manat olmaqla, ümumilikdə – 738000 manat, balans dəyəri – 61000 manat məbləğində müəyyən edilir. Sözügedən ekspert rəyində qeyd olaraq yazılmışdır ki, “Texnikaların illik icarə haqqı aylıq icarə haqqı ilə müqaisədə müəyyən miqdarda daha aşağı olur.” “Yuxarıda göstərilən texnikaların tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir”
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
31. İddia tələbinin bir hissəsini iddiaçıya məxsus olan 10 ədəd texnikanın "xxxx" MMC-yə qaytarılması, bu mümkün olmadıqda həmin texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə dəymiş maddi ziyan olaraq 2282186,41 manat (iki milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik) məbləğində pulun Cavabdeh MMC-dən alınaraq, "xxxx" MMC-yə ödənilməsi təşkil edir.
32. Məhkəmənin gəldiyi qənaətə əsasən iddia həmin hissədə mübahisəli texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə dəymiş maddi ziyan olaraq 2282186,41 manat (iki milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik) məbləğində pulun Cavabdeh MMC-dən alınaraq, "xxxx" MMC-yə ödənilməsi tələbinə münasibətdə təmin olunmalıdır.
33. Belə ki, iddiaçı 10 ədəd texnikanın ona məxsus olmasına dair sübut qismində məhkəməyə gömrük bəyannamələri, beynəlxalq qaimələr və Volvo tərəfindən tərtib edilmiş sənədlər təqdim etmişdir. Təqdim olunmuş sübutlarla müəyyən olunur ki, mübahisəli texnikalar iddiaçıya məxsus olmuşdur. İddiaçı ilk öncə ona məxsus olan 10 ədəd texnikanın "xxxx" MMC-yə qaytarılmasını, bu mümkün olmadıqda həmin texnikaların balans dəyəri həcmində vurulmuş ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi texnikaların mövcud olub-olmaması, onların vəziyyəti barədə onlarda məlumat olmadığından iddianı 10 ədəd texnikanın "xxxx" MMCyə qaytarılması hissəsində yox, həmin texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə dəymiş maddi ziyanın cavabdehdən tutulması hissəsində təmin edilməsini xahiş etmişdir.
34. İddiaçı texnikaların qeyri-qanuni yolla şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində müəssisəyə ziyan dəydiyini iddia etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, texnikaların şirkətin əsas vəsaitlərindən qeyri-qanuni yolla kənarlaşdırılması baş vermişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli texnikalar istehsalçısı “X1”-dən alınaraq Azərbaycan Respublikasının ərazisinə yuxarıda qeyd olunan tarixlərdə idxal edilmiş və "xxxx" MMC-nin əsas vəsaitləri siyahısına daxil edilmişdir. Sonradan qeyd olunan texnikaların "xxxx" MMC-nin balansında mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı göstərmişdir ki, həmin texnikaların özgəninkiləşdirilməsi ilə bağlı hər hansı bir əqd (müqavilə), hesablaşma sənədləri (hesabfaktura, elektron qaimə), o cümlədən texnikaların təqdim olunması ilə bağlı ödəniş sənədləri mövcud deyil. Qeydiyyat üçün əsas olmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 1 saylı Dövlət X10nə ünvanladığı sorğuya cavab məktubunda adları qeyd olunan texnikalara dair qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş müqavilələrin və sair sənədlərin göndərilməsinin imkan xaricində olması göstərilmişdir. Həmin məktubdan və ona əlavə edilmiş “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə” Aktdan məhz mübahisəli texnikalarla bağlı hər hansı əməliyyatın aparılmasını müəyyən etmək olmur.
35. Beləliklə, mübahisəli texnikaların özgəninkiləşdirilməsinə əsas olan hər hansı əqd və s. sənədlərin olmasını müəyyən etmək mümkün olmamışdır.
36. Məhkəmə hazırkı nəticəyə gələrkən belə bir nüansı da nəzərə almışdır ki, mübahisəli texnikalar cavabdehin adına qeydiyyata alınan alınan il və sonrakı illər hər iki hüquqi şəxsin qanuni təmsilçisi eyni şəxs - xx X9 olmuşdur. Həmin hal da texnikaların şirkətin əsas vəsaitlərindən qeyri-qanuni yolla kənarlaşdırılması üçün əhəmiyyətli amil hesab oluna bilər. Eyni zamanda 2282186,41 manat balans dəyəri olan texnikanın dəyəri ödənilmədən başqa bir hüquqi şəxsin balansına keçməsi də iddiaçının tələbində haqlı olmasını göstərir.
37. İddiaçı 10 ədəd texnikanın balans dəyərini təşkil edən 2282186,41 manat məbləğində maddi ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, ekspert rəyi ilə texnikaların balans dəyərinin həmin məbləğdə olması müəyyən edilmişdir.
38. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, əmlakından məhrum olmuş iddiaçı ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və Cavabdehndən texnikaların şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 2282186,41 manat (iki milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
39. İddia tələbinin digər hissəsini 10 ədəd texnikanın icarəyə verilə bilməməsi nəticəsində 10701649,01 (on milyon yeddi yüz bir min altı yüz qırx doqquz manat bir qəpik) manat dəyərində əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutuması təşkil edir.
40. Müəyyən olunmuşdur ki, iddiaçının fəaliyyət istiqamətlərindən biri nəqliyyat vasitələrinin icarəyə verilməsindən ibarət olmuşdur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi, müxtəlif hüquqi şəxslərlə bağladığı icarə müqavilələrindən (oxşar texnikaların icarəsinə dair) görünür ki, iddaçı nəqliyyat vasitələri, texnikaları icarəyə verərək, qazanc əldə etmişdir. İddiaçıya məxsus olmuş, onun balansında olmuş hazırkı mübahisəli texnikalar 2014-cü ildə, biri isə 2016-cı ildə qeyri qanuni olaraq onun balansından kənarlaşdırılmış, cavabdehin adına qeydiyyata alınmışdır. Bütün bu illər ərzində həmin texnikalar icarəyə verilsəydi, iddiaçı mənfəət əldə edəcəkdi. Nəzərə alınmalıdır ki, iddiaçı ona məxsus, yüksək dəyərə malik texnikalardan məhrum edilərək, bu illər ərzində iddiaçıya həmin texnikaların həm dəyəri ödənilməmiş, həm də həmin texnikaları icarəyə verərək, gəlir əldə etmək imkanından məhrum olmuşdur.
41. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
42. Məhkəməyə təqdim olunmuş ekspert rəyindən görünür ki, əgər bu illər ərzində texnikalar icarəyə verilsəydi, iddiaçı ümumilikdə 11985600 manat gəlir əldə edəcəkdi.
43. İddiaçı əldən çıxmış fayda kimi 10701649,01 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
44. Məhkəmənin qənaətinə əsasən cavabdehdən əldən çıxmış faydaya görə ******* (iki milyon) manat tutulmalıdır.
45. Belə qənaətə gələrkən məhkəmə nəzərə alır ki, əvvəla ekspert rəyində qeyd olunur ki, texnikaların illik icarə haqqı aylıq icarə haqqı ilə müqaisədə müəyyən miqdarda daha aşağı olur. Rəydə həmçinin qeyd olunur ki, yuxarıda göstərilən texnikaların tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. Bundan başqa, texnikalar iddiaçıda olsaydı belə, bu, hələ bütün bu illər ərzində həmin texnikaların fasiləsiz olaraq icarəyə verilə bilməsi anlamına gələ bilməz.
46. Beləliklə, məhkəmə nəzərə alır ki, iddiaçı əmlakından məhrum olmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər olacaqdı.
47. Ona görə də məhkəmə tələb olunan məbləğin ******* (iki milyon) manat hissəsində (təxminən 2 il üzrə icarə haqqı) iddianın təmin olunması nəticəsinə gəlir. Əldən çıxmış faydanın tutulmasına dair iddia qalan hissədə yuxarıda göstərilənləərə əsasən təmin olunmamalıdır.
48. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən texnikaların şirkətin əsas vəsaitlərindən kənarlaşdırılması nəticəsində 2282186,41 manat (iki milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik), əldən çıxmış faydaya görə ******* (iki milyon) manat olmaqla, cəmi 4282186,41 manat (dörd milyon iki yüz səksən iki min yüz səksən altı manat qırx bir qəpik) məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova