Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-860/2020 07.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçı “Akar İç ve X3 Şirkətinin Filialı”-nın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Akar İç ve X3 Şirkətinin Filialı”-nın Cavabdehnə qȧrşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə iqtisadi işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Akar İç ve X3 Şirkətinin Filialı” Cavabdehnə qarşı Cavabdeh İstehsalat Birliyi tərəfindən **********00020 saylı abonent koduna əsassız olaraq hesablanmış 49006,60 (qırx doqquz min altı manat altmış qəpik) manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 0020 ünvanında yerləşən istixana uzun zamandır ki, iddiaçının istifadə və sahibliyindədir. Sözügedən ərazidə yerləşən istixananın təbii qazla təmin olunmasına görə “Cavabdeh İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamenti” ilə aralarında müqavilə bağlanılmışdır. İstehlakçı olaraq iddiaçı tərəfindən kommunal ödənişlər vaxtlı-vaxtında ödənilmiş və istehlakçı hüquqlarından yararlanmışlar. xx xxxxxx 2020-ci il tarixində Cavabdeh İstehsalat Birliyinin “qaynar xətt”-inə tərəfimizdən müraciət edilərək bildirilmişdir ki, naməlum səbəblərdən qaz təchizatı kəsilmişdir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən bildirilmişdir ki, məsələnin həlli ilə əlaqədar olaraq qısa zamanda əraziyə baxış keçiriləcəkdir. Daha sonra heç bir tədbir görülmədiyindən Cavabdeh İstehsalat Birliyinə - Bakı Regional Qazın Satışı Departamentinə ərizə ilə rəsmi surətdə müraciət edilərək qaz təchizatının kəsilməsinin aradan qaldırılması xahiş edilmişdir. Lakin yenə də “qısa zamanda əraziyə əməkdaşlar tərəfindən baxış keçiriləcək” vədi verilmiş amma heç bir şəkildə baxış keçirilməmişdir. 26,27,28,29 yanvar tarixlərində qaz təchizatından istifadə edə bilmədikləri zamanlarda əraziyə baxış keçirilməmiş, əlavə olaraq qeyd edilən tarixlərdə qaz hesabına gündəlik 2300 (iki min üç yüz) manat məbləğində borc hesablanılmışdır. Ümumilikdə 49006,60 (qırx doqquz min altı manat altmış qəpik) manat məbləğində borc hesablanmışdır ki, bu borcdan 9.200 (doqquz min iki yüz manat) manatı qeyd edilən günlərdə istifadə edə bilmədikləri qaz təchizatına görə hesablanılmış, qaz sərfiyyatının dəyəri ilə birlikdə şişirdilmiş pul vəsaiti də borc kimi göstərilərək iddiaçıdan tələb edilməkdədir. Hesab edir ki, əsassız olaraq hesablanmış borc silinməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, tərəflə müqavilə öhdəlikləri davam etdirilir, yaranmış borc tam olaraq qaz sərfiyyatı ilə əlaqədar yaranmışdır, qeyd edilən 4 gün müddətində qazın verilməsinin kəsilməsi müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən olmuşdur, hesab fakturanın abonentə təqdim edildiyi gündən 30 gün müddətində borc ödənilməzsə qazın verilməsini dayandırmaq hüquqları yaranır. Sonda V.Ə.Abdullayev iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasənrədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarında olan "Cavabdeh"xxxxxxxxxxxxxxxxxxx“Akar İç ve X3 Şirkətinin Filialı” arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli, müqavilədən görünür ki, müqavilənin şərtlərinə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdehxxxxxxxx“Akar İç ve X3 Şirkətinin Filialı” arasında imzalanmış xx.xx.2019-cu il tarixli “debitor borcun ödənilməsi haqqında” Razılaşma protokoluna əsasən istehlakçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 23499,40 manat məbləğində borcunun olmasını qəbul edir, həmin borcdan 7000 manat ilkin ödəniş edəcəyini, təbii qazın sərfiyyatından əlavə olaraq 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar, fevral aylarında hər ayın 25-nə kimi 5499,80 manat olmaqla Cavabdeh İB-yə ödəməyi öhdəsinə götürür, istehlakçıya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma Protokolunun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdeh İB-yə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. İş materiallarında olan abonent kodu **********00020 olan “Akar İç ve X3 Şirkətinin Filialı” MMC-nin abonent saldosundan görünür ki, iddiaçının 2020-ci ilin yanvar ayına, ayın sonuna 49006,60 manat borcu qeydə alınmışdır. Belə olan halda məhkəmə iddiaçının istifadə etdiyi qaza görə haqq ödəməli olduğunu, nəzərə alaraq hesab edir ki, Cavabdeh İB təbii qazdan istifadəyə görə 49006,60 manat məbləğində borc hesablamaqda haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini istinad etdiyi halları, yəni mübahisəli borc məbləğini cavabdehin təqsirinə görə əsassız hesablanmasını sübut edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, “Akar İç ve X3 Şirkətinin Filialı” iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-860/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-860/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver