Məhkəmə qərarları › İş №e-2-2(113)-883/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-883/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-883/2020 09.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “xxxxxxxx” X1rşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” ASC tərəfindən ona hesablanmış 22102,65 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 130 saylı evin 44 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 130 saylı evin 44 saylı mənzilin mülkiyyətçisi İddiaçı yüngül konstruksiyalardan qeyri-yaşayış obyektinin quraşdırılmasına icazə verilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və qeyd edilən ünvanda quraşdırılmış qeyri-yaşayış sahəsində un məmulatlarının istehsalı və satışını həyata keçirir. “xxxxxxxx” ASC-nin xx.xx.2015-ci il tarixli məktubundan məlum olur ki, obyektin tələb olunan gücünün 11 kVt artaraq, 19 kVt təşkil etməsi barədə İddiaçı müraciətinə baxılaraq qeyd edilmişdir ki, bunun üçün tərəflər arasında yeni enerji alqı-satqı müqaviləsi bağlanmalıdır. xx xxxxxxx 2019-cu il tarixli “xxxxxxxx” ASC və İddiaçı arasında bağlanmış elektrik enerjisinin birtipli alqı-satqı müqaviləsindən məlum olur ki, “xxxxxxxx” ASC abonenti elektrik enerjisi ilə təchiz etməyi, İddiaçı isə bunun əvəzində ödəniş etməyi öhdəsinə götürür. İddiaçı uzun illərdir ki, sərf etdiyi elektrik enerjisinin dəyərini ödəyərək ondan istifadə etmiş, sayğac idarənin əməkdaşları tərəfindən mütamadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verildiyi müyyən edilməmişdir. xx xxxxxx 2018-ci il tarixli, 025220 saylı aktdan məlum olur ki, abonentin - İddiaçı şifahi tələbindən sonra sayğac yenisi ilə əvəz edilmişdir. xx xxxxxx 2020-ci ildə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən A330736302 saylı elektrik sayğacına baxış keçirilmiş və yoxlama nəticəsində müvafiq 2 akt tərtib edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, 007077 saylı aktda qeyd olunur ki, A330736302 saylı sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac sxemindən keçən yükü qeyd etmir. Sayğacın aktiv led lampası impuls vurmur, göstəricisi və digər parametrləri oxunmur. xx xxxxxx 2020-ci il tarixli, 194134 saylı, “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” aktında qeyd olunur ki, A330736302 saylı sayğac yenisi ilə əvəz edilmişdir. Belə ki, sayğac istehlakçının mülkiyyətində olan obyektdə yerləşmir və sayğaca iddiaçının özü tərəfindən hər hansı bir müdaxiləsi qeyrimümkündür. Həmçinin, sayğacın plomblarının qorunmasına və onun işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. xx xxxxxx 2020-ci il tarixli, 173534 saylı, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolunda qeyd olunur ki, göstəricisi 293324.59 kVt olmaqla, sayğac xüsusi cihaz vasitəsi ilə oxunur və istismara yararsızdır. “xxxxxxxx” ASC Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində istehlakçı İddiaçı edilmiş xəbərdarlıqdan məlum olur ki, istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx xxxxxx 2020-ci il tarixədək 22102,65 manat məbləğində borcu vardır. Halbuki xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxxx 2019-cu il tarixədək keçən 10 ay nüddətində istehlakçı tərəfindən edilmiş ödənişlərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, həmin dövrdə ödənilmiş minimal məbləğ 162 manat, maksimal məbləğ 681 manat təşkil etmişdir. xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək keçən son 3 ay müddətində istehlakçı tərəfindən edilmiş ödənişlərə nəzər saldıqda məlum olur ki, xx.xx.2019-cu il tarixdə 174.06 manat, xx.xx.2019-cu il tarixdə 183.96 manat, xx.xx.2019-cu il tarixdə 216 manat, xx.xx.2020-ci il tarixdə isə 223,92 manat istehlak haqqı ödənilmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, istelakçı tərəfindən bu qədər qısa müddət ərzində 22102,65 manat dəyərində elektrik enerjisinin istehlak edilməsi mümkün deyil, tələb edilən ödəniş məbləği həqiqətən də sayğacda yaranan texniki nasazlıq nəticəsində qeydə alınıb və real məbləğdən dəfələrlə artıqdır. Bununla bağlı “xxxxxxxx” ASC-yə şifahi etiraz edilsə də şəbəkədən bildirilmişdir ki, yaranmış borc təcili olaraq ödənilməzsə elektrik enerjisinin təchizatı dayandırılacaqdır. Elektrik enerjisinin kəsilməsi isə mağazanın fəaliyyətinin dayandırılmasına və nəticədə külli miqdarda ziyana vurulmasına səbəb olacaqdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən yoxlama keçirilərkən, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, yoxlamanın aparılması heç bir yerdə qeydiyyata alınmamışdır. Odur ki, həmin akt əsasında hesablanmış borc silinməlidir.və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci ildə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus qeyri – yaşayış sahəsinin elektrik sayğacına baxış keçirilmiş və yoxlama nəticəsində müəyyən edilmişdir ki, sayğac sxemindən keçən yükü qeyd etmir, sayğacın aktiv led lampası impuls vurmur, göstəricisi və digər parametrləri oxunmur. Buna görə də akt tərtib olunmuş və xx xxxxxx 2020-ci il tarixədək 22102,65 manat məbləğində borc hesablanmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: -xx xxxxxx 2020-ci il tarixli, 007077 saylı aktda A330736302 saylı sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac sxemindən keçən yükü qeyd etmir. Sayğacın aktiv led lampası impuls vurmur, göstəricisi və digər parametrləri oxunmadığı qeyd olunmuşdur. -xx xxxxxx 2020-ci il tarixli, 194134 saylı, “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” aktında qeyd olunur ki, A330736302 saylı sayğac yenisi ilə əvəz edilmişdir. -xx xxxxxx 2020-ci il tarixli, 173534 saylı, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolunda qeyd olunur ki, göstəricisi 293324.59 kVt olmaqla, sayğac xüsusi cihaz vasitəsi ilə oxunur və istismara yararsızdır. -xx xxxxxx 2020-ci il tarixli “xxxxxxxx” ASC-nin icra vərəqinə əsasən sayğac sxemdən keçən yükü qeyd etmədiyi, sayğacın aktiv led lampası impuls vurmadığı, göstəricisi və digər parametrləri oxunmadığı, sayğacın dövlət və alt qapaq möhürlərinin stəkanlarının sim keçən hissəsində genişlənmə və cızıq izləri olduğu, sayğacın üzərində komputer bazasına daxil edilməmiş 245585 kvt/saat olduğu müəyyən edilmişdir. -xx xxxxxx 2020-ci il tarixində “xxxxxxxx” ASC Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən istehlakçı İddiaçı edilmiş xəbərdarlıqdan məlum olur ki, istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx xxxxxx 2020-ci il tarixədək 22102,65 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx xxxxxx 2020-ci ildə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən A330736302 saylı elektrik sayğacına baxış keçirilmiş və yoxlama nəticəsində müvafiq 2 akt tərtib edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, 007077 saylı aktda qeyd olunur ki, A330736302 saylı sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac sxemindən keçən yükü qeyd etmir. Sayğacın aktiv led lampası impuls vurmur, göstəricisi və digər parametrləri oxunmur. xx xxxxxx 2020-ci il tarixli, 194134 saylı, “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” aktında qeyd olunur ki, A330736302 saylı sayğac yenisi ilə əvəz edilmişdir. “xxxxxxxx” ASC Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində istehlakçı İddiaçı edilmiş xəbərdarlıqdan məlum olur ki, istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx xxxxxx 2020-ci il tarixədək 22102,65 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa iddiaçıya hesablanmış borcun hansı əsaslarla hesablanması barədə cavabdeh tərəfindən hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxxx 2019-cu il tarixədək keçən 10 ay nüddətində istehlakçı tərəfindən edilmiş ödənişlərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, həmin dövrdə ödənilmiş minimal məbləğ 162 manat, maksimal məbləğ 681 manat təşkil etmişdir. xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək keçən son 3 ay müddətində istehlakçı tərəfindən edilmiş ödənişlərə nəzər saldıqda məlum olur ki, xx.xx.2019-cu il tarixdə 174.06 manat, xx.xx.2019-cu il tarixdə 183.96 manat, xx.xx.2019cu il tarixdə 216 manat, xx.xx.2020-ci il tarixdə isə 223,92 manat istehlak haqqı ödənilmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, istelakçı tərəfindən bu qədər qısa müddət ərzində 22102,65 manat dəyərində elektrik enerjisinin istehlak edilməsi mümkün deyil, tələb edilən ödəniş məbləği həqiqətən də sayğacda yaranan texniki nasazlıq nəticəsində qeydə alınıb və real məbləğdən dəfələrlə artıqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxx” X2 (ASC) qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. “xxxxxxxx” X3 tərəfindən İddiaçı hesablanmış 22102,65 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar