Məhkəmə qərarları › İş №e-2-2(113)-895/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-895/2020

24.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-895/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Burcayev İmran Ramazan oğlu İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə ( üçüncü şəxslər: Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı “sökülmüş tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə ( üçüncü şəxslər: Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı sökülmüş tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarına əlavə olunmuş vergi ödəyicilərinin məlumatlarından çıxarışdan görünür ki, cavabdeh Cavabdeh1 MMC (VÖEN **********) ünvan 1 ünvanında, Cavabdeh2 (VÖEN **********) isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev tikinti X1 ünvanında rəsmi olaraq qeydə alınmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2020-ci il tarixdən qüvvədə olan xx.xx.2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Sumqayıt şəhəri və Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Belə olan halda məhkəmə hazırkı iddiaya ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə ( üçüncü şəxslər: Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı “sökülmüş tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar