Məhkəmə qərarları › İş №e-2-2(113)-923/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-923/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-923/2022 16.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı, 06 avqust 2021-ci il tarixli akt üzrə hesablanmış 732096,90 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu, İstixana qəsəbəsi ünvanında yerləşən İddiaçı ASC 30 iyul 2002-ci il tarixindən etibarən fəaliyyət göstərir. Qazın istehlakı ilə bağlı hər hansı nöqsan olmadığından, həmin dövrdə Cavabdehnə istehlak olunmuş qaza görə İddiaçı ASC borcu olduğundan müəssisəyə verilən qaz dayandırılmışdır. 06 avqust 2021-ci il tarixində sayğac açılıb yoxlanılmışdır. Bununla bağlı ******* saylı, 06 avqust 2021-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra 29 sentyabr 2021ci il tarixində 01156 saylı, G-1600 markalı, turbin tipli, ********** saylı sayğaca dair qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında sayğacın hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürücünün üzərində olan nömrəli dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilib, dişli çarxın rəngi və nömrələrinin (31/38-36/30) fərqli olması göstərilmişdir. Gəncə RQİİ-nin Samux Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2021-ci il tarixli hesab fakturaya əsasən İddiaçı ASC hesablanan borc 732096,90 manat təşkil edir. Hal-hazırda mübahisə edilən borc 12 oktyabr 2021-ci il tarixli hesab-fakturaya əsasən 732096,90 manat (yeddi yüz otuz iki min doxsan altı manat doxsan qəpik) məbləğindədir. 21 sentyabr 2020-ci il tarixində "xxxx" MMC ilə "xxxx" MMC arasında şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında 17 avqust 2021-ci il tarixində 167450 (yüz altmış yeddi min dörd yüz əlli) manat dəyərində 394000 ədəd pomidor toxumu və 22 sentyabr 2021-ci il tarixində 36000 (otuz altı min) manat dəyərində 360000 ədəd toxum alınmış və yetişdirilməyə başlanılmışdır. Hazırda cavabdeh təşkilat tərəfindən İddiaçı ASC verilən qaz dayandırılmışdır. Bunun nəticəsində müəssisədə xammal olan ştilin bir hissəsi xarab olmuş, digər hissəsi isə xarab olmaq üzrədir. Nəticədə müəssisəyə külli miqdarda ziyan dəymişdir. Akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 20211-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələbi əsas götürülmüşdür. Nəzərə çatdırılır ki, yalnız İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqsiri cavabdeh tərəfindən sübut olunduqda yuxarıda göstərilən hala uyğun ziyan ödənilməlidir. Sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Sahibkar kimi İddiaçı ASC bu günədək istehlak etdiyi qazın dəyərini tam ödəmişdir. Tərtib olunmuş smetadan hər hansı kənara çıxma nəticə etibarı ilə gələcəkdə mənfəətin azalması və ya tam itməsi deməkdir. Bu hala da yol vermək olmaz. Əks halda iddiaçının fəaliyyətinin mənası olmayacaqdır. Sahibkar qazanc əldə etməlidir. Faktiki olaraq cavabdeh təşkilatın nümayəndələri qanunsuz hərəkətlərə yol vermişlər. Bununla da, iddiaçıya istifadə etmədiyi qaza görə hesab təqdim etmişlər. Daha sonra ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “ilkin iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, Cavabdeh ilə “Azrus-Dostluq" ASC arasında bağlanmış 12.11.2021-ci il tarixli “Razılaşma protokolu"nun etibarsız hesab edilməsi, Cavabdeh tərəfindən 30.09.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı ASC-yə hesablanmış 732096,40 manatdan ödənilmiş 250000 manat pulun abonent hesabına geri qaytarılması, həmin məbləğin qalan 482093,40 manat hissəsinin abonent hesabından silinməsi və dövlət rüsumuna görə ödənilmiş 1025 manat pulun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, **********00068 saylı abonent kodu üzrə istifadə edilən ********** nömrəli, Turbin tipli, İtron G-1600 markalı qaz sayğacı 06.08.2021-ci il tarixdə qaz xəttindən çıxarılaraq yoxlamaya göndərilmişdir. Bu barədə 06.08.2021-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Sayğac yoxlamadan keçirildikdən sonra ASC barəsində 30.09.2021-ci il tarixli "xxxx" ******* saylı akt tərtib edilərək, **********00068 saylı abonent hesabına 732096,90 manat məbləğində əsassız borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan da göründüyü kimi, istifadə edilən təbii qazın dəyərini daim ödəmişlər və hesab edirlər ki, hazırda mübahisələndirdikləri borc əsassızdır və silinməlidir. İlk olaraq qeyd edilir ki, Cavabdeh İB tərəfindən bu yoxlamanın aparılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısınm səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısınm razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Cavabdeh İB tərəfindən ASC barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Qeyd edilənlərdən əlavə tərtib edilmiş 06.08.2021-ci il tarixli, ******* saylı aktda bir sıra məqamlara diqqət yetirilməlidir: 1) Azərbaycan Respublikası Nazirlər kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, Cavabdeh tərəfindən sayğacın dövlət yoxlamasına göndərilməsinin hüquqi əsasları ASC-yə bildirilməmiş, eyni zamanda həmin əsaslar 06.08.2021 -ci il tarixli, ******* saylı aktda öz əksini tapmamış və bununla da qaydaların tələbləri kobud şəkildə pozulmuşdur. 2) Qaz sayğacı çıxarılarkən üzərinə vurulmuş plomblar yerində olmuş və yalnız sayğac xətdən çıxarıldıqda cavabdehin əməkdaşları tərəfindən qırılmışdır. 3) Çıxarılmış qaz sayğacı daşınan qutuya qoyularaq plomb vurulmalı olduğu halda cavabdeh tərəfindən bu qaydaya riayət edilməmişdir. Belə ki, qeyd edilən faktı tərtib edilmiş ******* saylı aktın “Sayğac daşınan qutuya qoyuldu” bölümündən görmək olar. Qeyd edilənlərdən aydın görünür ki, qaz sayğacı çıxarılarkən bütün plomblar üzərində olmuş və belə olan halda qaz sayğacının daxilinə hər-hansı müdaxilənin edilməsi qeyri-mümkün olur. Bundan başqa, qaz sayğacı xüsusi qutularda plomblanmış şəkildə daşınmalı idi və yalnız istehlakçının iştirakı ilə həmin qutunun plombu qırılaraq sayğac çıxarılmalı idi. Lakin cavabdeh təşkilat özü qaz sayğacını sökərək heç bir qutuya qoymadan ASC-yə məlum olmayan şəraitdə aparmış və daha sonra guya yoxlamadan keçirmişdir. SS 29/1640- 01402-5 saylı sayğacın yoxlama aktına əsasən Cavabdeh İB-nin nümayəndələri belə qərara gəlmişlər ki, sayğacın hesablayıcı mexanizmi işləmir və sayğacın daxilində yerləşən hesablayıcı mexanizmi hərəkətə gətirən dişli çarxlar kəsilmişdir və bu səbəbdən 30.09.2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* saylı akt tərtib edilərək ASC-nin **********00068 saylı abonent hesabına 732096,40 manat məbləğində əsassız borc hesablanmışdır. Tərtib edilmiş 30.09.2021-ci il tarixli, ******* saylı aktla bağlı bir sıra məqamlara diqqət yetirilməlidir: 1) Qaz sayğacı cavabdehin mühafizə etdiyi yerdə xüsusi qapalı şəraitdə saxlanılır və digər şəxslərin həmin sayğaca yaxınlaşması belə qeyri-mümkündür. 2) Abonent saldosundan göründüyü kimi, **********00068 saylı abonent hesabı üzrə sonuncu sayğac göstəricisi 2021-ci ilin istixana mövsümünün sonu olan mart ayında götürülmüşdür. Bundan sonra həmin sayğacdan istifadə edilməmiş və beş aydan sonra cavabdeh təşkilat qaz sayğacını çıxararaq qanunsuz yoxlama aparmış və ASC-nin təqsirini sübuta yetirmədən ona əsassız borc hesablamışdır. 3) ******* saylı akt əsasında 30.09.2021-ci il tarixdə tərtib edilmiş “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair” Tələbnamədən görünür ki, cavabdeh təşkilat qaz sayğacının bütün istismar müddətini nəzərə alaraq, yəni 2017-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayınadək, absurt məbləğdə əlavə borc hesablamışdır. Qeyd etmək lazımdır ki, Birliyin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada ayda bir dəfə sayğac göstəriciləri götürülür və sayğac sərf edilən qaz həcmini qeyd etməsəydi, bu barədə həmin ay cavabdehin məlumatı olardı. Buradan aydın görünür ki, qaz sayğacı cavabdeh tərəfindən yoxlamadan keçirilənədək saz vəziyyətdə olmuş və hesablayıcı mexanizmi işlək olmuşdur. 4) İş materiallarından göründüyü kimi, cavabdeh təşkilat qanunsuz olaraq sahibkarlıq subyektinə yoxlama niyyəti ilə gəlmiş, qanunsuz aparılan yoxlama nəticəsində İddiaçı ASC-nin istifadəsində olan qaz sayğacında guya hansısa qüsurlar aşkar etmiş, lakin aşkar olunduğu iddia edilən həmin qüsurların hansı səbəbdən əmələ gəlməsini araşdırmadan və həmin qüsurda İddiaçı ASC-nin təqsirinin olmasını sübuta yetirmədən, eyni zamanda sayğacda aşkar edilmiş bu növ qüsurla bağlı istehlakçıya əlavə borcun hesablanmasının hüquqi əsasını qeyd etmədən 2017-ci ilin oktyabr ayından qaz sayğacı çıxarılan günədək olan müddət nəzərə alınaraq absurt məbləğdə borc hesablanmışdır. Hamıya bəlli olan haldır ki istixanalarda təbii qazdan yalnız soyuq aylarda istifadə olunur və həmin aylarda məhsulun yetişdirilməsi bilavasitə təbii qazın fasiləsiz verilməsindən asılıdır. İddiaçı ASC-yə məxsus **********00068 saylı abonent hesabı olan istixanada təbii qazdan başqa alternativ yanacaqla işləyən cihaz yoxdur. Belə olan halda təbii qaz olmadıqda istixanada olan əkin tamamilə məhv olacaqdır. İş materiallarından göründüyü kimi, 732096,40 manat məbləğində əsassız borc məbləği İddiaçı ASC-yə məxsus **********00068 saylı abonent hesabına 2021-ci ilin sentyabr ayında yüklənmişdir, yəni istixanada artıq əkinin mövcud olduğu dövrdə. Belə olan halda təbii qazın verilməsinin dayanması ASC-nin külli miqdarda ziyana uğramasından əlavə müflis olmasına belə gətirib çıxara bilərdi. Cavabdeh İB isə təbii qaz satışı üzrə ölkə ərazisində inhisarçı orqan olduğundan bizim digər qaz paylayıcıdan təbii qaz almaqları qeyri-mümkün olur. Əsassız borcun silinməsi ilə bağlı ASC tərəfindən cavabdehə dəfələrlə müraciətlər olunmuşdur, lakin Cavabdeh İB öz inhisarçı mövqeyindən istifadə edərək nəinki əsassız borcu silmək əksinə həmin borcu ASC-yə ödətdirməyə çalışmışdır. Beləliklə, Cavabdeh İB tərəfindən ASC-nin borcu ödəməyəcəyi təqdirdə istixanaya qazın verilməsinin bərpa olunmayacağı bildirilmişdir. Beləliklə, ASC məcbur qalaraq 12.11 2021-ci il tarixdə “Razılaşma protokolu”nu imzalamışdır. Yalnız bundan sonra Cavabdeh İB həmin protokola əsaslanaraq istixanaya təbii qazın verilməsini bərpa etmişdir. Hesab edirlər ki, 12.11.2021-ci il tarixli Razılaşma protokolu etibarsız hesab edilməlidir. Bundan sonra 14.01.2022-ci il tarixdə ASC tərəfindən məhkəməyə müraciət edildi, lakin buna baxmayaraq, Cavabdeh İB yenə də qaz təchizatının dayandırılması təhdidi ilə ASC-ni məcbur etdi ki, əsassız hesablanmış borcun bir hissəsini ödəsinlər. Cavabdeh İB tərəfindən qanunauyğun mübahisənin həll olunmasına yol verilmədiyini gördükdə və ASC-nin daha böyük maddi ziyana uğramasının qarşısını almaq məqsədilə hazırda mübahisələndirilən borcdan 2022-ci ilin yanvar ayında 50000 manat, fevral ayında isə 200000 manat olmaqla, ümumilikdə 250000 manat ASC tərəfindən ödənilmişdir. Göründüyü kimi, Cavabdeh İB öz inhisarçı mövqeyindən istifadə edərək qanunların tələblərinə məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Cavabdeh İddiaçı ASC qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin Cavabdehnə qarşı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC tərəfindən 482 093.60 (dörd yüz səksən iki min doxsan üç manat 60 qəpik) manat borcun Cavabdeh müvafiq bank hesabına ödənilməsi barədə Qətnamə qət olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Az-Rus Dostluq" ASC Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, həmin borc ona qanunsuz hesablandığı üçün silinməlidir. Bununla əlaqədar bildirilir ki, Cavabdeh İB ilə “Az-Rus Dostluq" ASC arasında 17.09.2019-cu il tarixli AMX-4957/19 saylı "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanılmışdır. Müqavilə əsasında İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə məxsus istixanaya Elster G-1600 TRZ EK-230, Elster G-1600 TRZ EK-220 markalı, Elster G16 RVG EK220 markalı sayğaclar quraşdırılmış və istixana təbii qazla təchiz edilmişdir. “Az-Rus Dostluq" ASC-yə məxsus istixanada istehlak edilmiş qazın dəyəri vaxtında tam ödənilməmiş, nəticədə 01.02.2022-ci il tarixədək Elster G-1600 TRZ EK-220 markalı sayğac üzrə 247737,12 manat, Elster G-16 RVG EK-220 markalı sayğac üzrə 1448,43 manat məbləğində debitor borcu yaranmışdır. Bundan əlavə qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə məxsus istixananın qaz xətti üzərində quraşdırılmış Eister G-1600 markalı ********** nömrəli turbin tipli “İtron” qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacın hesablama mexanizmini hərəkətə gətirən maqnit ötürücüsünün üzərində olan nömrəli dişli çarxın dişlərinin kənar təsir nəticəsində kəsildiyi, mexaniki hissədən keçdiyi, lakin elektron hissədə hesablanan qazın düzgün qeyd edilmədiyi aşkarlanmışdır. Müdaxilə faktı ilə bağlı müvafiq qaydada sənədləşmə aparılmış və akt tərtib edilmişdir. Akta əsasən sayğaca qanunsuz müdaxilə nəticəsində sayğacdan keçən, lakin müdaxilə edildiyindən sayğac qüsurla işləmiş, nəticədə hesabata alınmayan ******* m3 itirilmiş qazın bərpası üçün 732096,90 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Müəyyənləşdirilmiş dəymiş ziyanın 76257,80 manat hissəsi ödənilsə də, qalan məbləğ ödənilməmiş qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X1 filialından Cavabdehnə daxil olmuş 26.11.2021 -ci il tarixli AERA-22-1005/21 saylı məktubda qeyd edilən istixanada yoxlama aparıldığı bildirilmişdir. Yoxlama zamanı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərinin pozulduğu müəyyən edilmişdir. 1) Əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) alınmış xidmət sahəsi yaradılmamış, xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlanılmamışdır. 2) İstehlakçı, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyyəti tərəfindən xidmət göstərilməsi təmin edilməmişdir. Bununla da, qeyd olunan Elster G-1600 markalı ********** nömrəli turbin tipli “İtron” qaz sayğacına istehlakçının təqsirindən müdaxilə edildiyi təsdiqlənmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək "xxxx" ASC-nin idarə heyətinin sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İstehlakçı "xxxx" ASC tərəfindən sayğaca müdaxilə edildiyi və ya müdaxilə edilməsinə şərait yaradıldığı təsdiqini tapdığından toplanılmış iş materialları baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Tərəflər arasında bağlanılmış 17.09.2019-cu il tarixli AMX-4957/19 Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 2.3.1-ci bəndinə əsasən istehlakçının əsas vəzifələri qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərinin ödənilməsi, həmin müqavilənin 2.3.5-ci bəndində isə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməkdir. Yenə həmin müqavilənin 3.4-cü bəndində qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Eyni zamanda tərəflər arasında bağlanılmış 12.11.2021 -ci il tarixli razılaşma protokolunda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC istixanada təbii qazdan istifadə nəticəsində 1090810,14 (bir milyon doxsan min səkkiz yüz on manat 14 qəpik) manat borcun hissə-hissə ödənilməsi barədə bir daha öhdəlik götürmüşdür. Belə ki, qeyd olunan Protokolun 1.3-cü bəndində “İstehlakçıya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borc üzrə ödəniş edilmədiyi təqdirdə təbii qazın verilişini dayandırılacağını və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirmişdir. Müqavilə öhdəliklərinə əməl olunması və yaranmış borcun məhkəmədən kənar pretenziya qaydasında ödənilməsi məqsədilə "xxxx" ASC-yə AM-01/13-312 saylı 10.02.2022-ci il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədləşməni nəzərdən keçirərək müəyyən olunmuşdur ki, qarşılıqlı iddia ərizəsinin tələb (xahiş) hissəsində debitor borc və dəymiş ziyan birlikdə göstərilmişdir. İddia predmeti 732 096.90 (yeddi yüz otuz iki min doxsan altı manat 90 qəpik) manat məbləğində qarşılıqlı iddia ərizəsində isə debitor borcla birlikdə ümumilikdə 911279.15 (doqquz yüz on bir manat iki yüz yetmiş doqquz manat 15 qəpik) qeyd edilmişdir. Əslində iddiaçı 'Azəriqaz” İstehsalat Birliyinin cavabdeh "xxxx" ASC-dən qarşılıqlı iddia tələbi üzrə 732 096.90 (yeddi yüz otuz iki min doxsan altı manat 90 qəpik) manat məbləğində dəymiş ziyanın cavabdehdən tutularaq Cavabdeh müvafiq bank hesabına ödənilməlidir. Əlavə olaraq qeyd edirik ki, icraat müddətində qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli olan dəymiş ziyanın ümumilikdə 250 000.00 (iki yüz əlli min) manat (yanvar ayı üzrə 50 000.00, fevral ayı üzrə 200 000.00 manat) hissəsi cavabdeh tərəfindən ödənilmiş, qalan 482 093.60 (dörd yüz səksən iki min doxsan üç manat 60 qəpik) manat məbləğində borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC tərəfindən 482 093.60 (dörd yüz səksən iki min doxsan üç manat 60 qəpik) manat borcun Cavabdeh müvafiq bank hesabına ödənilməsi barədə Qətnamə qəbul olunması xahiş olunur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ilkin iddianı müdafiə edib, ilkin iddia ərizəsində göstərilənləri təsdiq edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qaz sayğacına hər gün baxış keçirirdilər. Hər hansı bir müdaxilə aşkar olunmamışdı. Sayğac dövlət yoxlamasına aparılması üçün çıxarıldı. Üç ildən bir dövlət yoxlaması olur. Həmin vaxt sayğacda gözlə görünən hər hansı bir müdaxilə aşkarlanmadı. Sayğac çıxarılarkən plombu var idi. Dövlət yoxlaması zamanı müəyyən edildi ki, sayğaca müdaxilə olunub. Plomb ola-ola sayğacın dişləri kəsilibsə, deməli müdaxilə mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qaz sayğacı 2017-ci ildə quraşdırılmışdır. 2021-ci ildə çıxarılaraq dövlət yoxlamasına aparıldı. Yoxlama zamanı sayğacın dişlərinin kəsildiyi müəyyən olundu. Sayğacın plombu yerində idi və gözlə görünən müdaxilə yox idi. Plomb yerində ola-ola ona müdaxilə edilməsinin mümkün olub olmamasını bilmir. 13 ilik iş təcrübəsində sayğacın dişlərinin kəsilməsinə rast gəlməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə araşdırma apararaq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" İB ilə istehlakçı "xxxx" ASC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 17.09.2019-cu il tarixli, AMX-4957/19 nömrrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş 29.09.2021-ci il tarixli, SS 29/1640-01402-5 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktda qeyd edilmişdir ki, "xxxx" İB-nin SOCAR**********31791640X01402 saylı 17.06.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Samux rayon Xidmət sahəsinin "X7" ASC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G1600 markalı ********** nömrəli turbin tipli "İtron" qaz sayğacı 06.08.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9025246), 23.08.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir: 1) İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsü daxildədir. Göstəricilər arasında fərq var. Termoyataq sayğacın üzərində deyil. Sayğaca hava vuruldu, sayğacdan hava keçir, lakin sayğac keçən sərfiyyatı qeyd etmir. 2) Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, hesablayıcı mexanizm işləmir. 3) 20.06.2021-06.08.2021-ci ıl tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.28 bar, qaz həcmi qeydə alınmamışdır. Batareyanın istismar müddətinin sonuna 348 gün qalıb. Elektron göstərici Vt mexaniki göstəricidən 4644 m3 çoxdur. Pbaza=1,01325 bar, Tbaza=20 C. Temperatur sensoru normaldır. Təzyiq sensoru nasazdır. 4) 24.09.2021-ci il tarixində qüsur aktının tərtib olunması üçün nümayəndə dəvət olundu. Nümayəndənin iştirakı ilə sayğaca baxış keçirildi. Baxış zamanı məlum olmuşdur ki, sayğacın daxilində hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürücüsünün üzərində olan nömrəli dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilib, dişli çarxın rəngi və nömrələri (31/38;36/30) fərqlidir və kiçik dişli çarxın 31 dişindən 10 ədədi mövcuddur (21 ədəd diş kəsilmişdir). 24.09.2021-ci il tarixində nümayəndənin iştirakı ilə tərtib olunmuş Akt və foto şəkillər mövcuddur. Bu səbəbdən sayğacın mexaniki hissəsindən keçən və elektron hissəsində hesablanan qazın sərfi düzgün qeydə alınmamışdır. Yoxlamanın nəticəsi kimi qeyd olunmuşdur ki, hesablayıcı mexanizmin dişli çarxının dişlərinin kənar təsir nəticəsində kəsilməsi səbəbindən sayğacın sınaq qurğusunda maksimal və minimal hədlərini yoxlamaq mümkün olmadı. Dişli çarx, batareya və təzyiq sensoru tələb olunur. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş 30.09.2021-ci il tarixli, ******* saylı "xxxx" aktda qeyd edilmişdir ki, SS 29/1640-01402-5 nömrəli akta əsasən sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın daxilində hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürücüsünün üzərində olan nömrəli dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmiş, dişli çarxın rəngi və nömrələri (31/38;36/30) fərqlidir və kiçik dişli çarxın 31 dişindən 10 ədədi mövcuddur (21 ədəd diş kəsilmişdir). 24.09.2021-ci i! tarixində nümayəndənin iştirakı ilə tərtib olunmuş Akt və foto şəkillər mövcuddur. Bu səbəbdən sayğacın mexaniki hissəsindən keçən və elektron hissəsində hesablanan qazın sərfi düzgün qeydə alınmamışdır. -Cavabdeh İB tərəfindən 30.09.2021-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29.09.2021-ci il tarixli 29/1640-01402-5 №-li Aktına əsasən G-1600 markalı ********** №li sayğacın hesablayıcı mexanizminin dişli çarxının dişlərinin kənar təsir nəticəsində kəsilməsi səbəbindən mexaniki hissədən keçən və elektron hissədə hesablanan qazın sərfi düzgün qeyd etməmişdir. Sayğaca hava vuruldu, hava keçir lakin sayğac sərfiyyatı qeyd etmir. Sayğacın quraşdırılan zaman ilkin göstəricisi (VBT) 600 m3, çıxarılan zaman göstəricisi (VBT) ******* m3 olmuşdur. Sayğacın daxilində hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürücüsünün üzərində olan nömrəli dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmiş, bu səbəbdən mexaniki hissədən keçən və elektron hissədə hesablanan qazın sərfi 42,35 % nisbi xəta ilə hesablanıb, bunları nəzərə alaraq: ******* - 600 = ******* m3 ; ******* x 42.35% = ******* m3 - "xxxx" İB ilə "xxxx" ASC arasında 12.11.2021-ci il tarixdə bağlanmış Razılaşma Protokolunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin (KP-510046, abonent hesab kodları **********00001, **********00068, **********00000) istifadə etdiyi təbii qaza görə Cavabdeh qarşısında 12.11.2021-ci il tarixə 1090810,14 (bir milyon doxsan min səkkiz yüz on manat on dörd qəpik) manat məbləğində yaranmış debitor borcunun aşağıda göstərilən şərtlərlə ödənilməsinə dair razılığa gəlmişlər: 1) “İstehlakçı”: 1.1) Təbii qazdan istifadəyə görə Cavabdehnə 12.11.2021 tarixinə 1090810,14 (bir milyon doxsan min səkkiz yüz on manat on dörd qəpik) manat məbləğində borcunun olmasını qəbul edir; 2.1) Həmin borcdan hər ay istifadə etdiyi təbii qazın dəyərindən əlavə olaraq 12.11.2021-ci il tarixdə 150000 manat, qalan 940810,14 manat borcun 50000 manat hissəsini 19.11.2021-ci il tarixdə, 150810,14 manat hissəssini 10.12.2021-ci il tarixədək, 185000 manat hissəsini 10.01.2022-ci il tarixədək, 185000 manat hissəsini 10.02.2022-ci il tarixədək, 185000 manat hissəsini 10.03.2022-ci il tarixədək, 185000 manat hissəsini isə 10.04.2022- ci il tarixədək Cavabdehnə ödəməyi öhdəsinə götürür; 1.3) “İstehlakçı”ya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və X6nun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. 2) X6 üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 3) İstehlakçı X6 üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə “Azəriqaz" İB borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. - Gəncə RQİİ tərəfindən tərtib edilmiş 13.11.2021-ci il tarixli Bərpa Aktında qeyd edilmişdir ki, Samux xidmət sahəsinin İstixana sektorunda qeydiyyatda olan İddiaçı ASCnin qaz təminatı Razılaşma protokolunu ödədiyi üçün (150000 manat ödəniş edilmişdir) qaynaq vasitəsilə bərpa edilmişdir. - Cavabdeh İB tərəfindən tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.08.2017-ci il tarixli, ******* saylı Aktda (ilkin) qeyd olunmuşdur ki, xətt birləşmə nöqtəsinə qoşulmadığından sayğacdan keçməsi və sızmasını yoxlamaq mümkün olmadı. - Cavabdeh İB tərəfindən tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04.10.2018-ci il tarixli, ******* saylı Aktda (yerində xidmət) qeyd olunmuşdur ki, sayğac xətdən açılaraq yoxlanıldı, yerində xidmət göstərildi və yenidən yerinə quraşdırılaraq təhvil verildi. - Cavabdeh İB tərəfindən tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06.08.2021-ci il tarixli, ******* saylı Aktda (çıxarılma) qeyd olunmuşdur ki, qaz təminatı bərpa olunmadı. - "xxxx" İB ilə "xxxx" ASC arasında arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, "xxxx" ASC-nin "xxxx" İB-yə 31.12.2020-ci il tarixə 455324,21 manat (dörd yüz əlli beş min üç yüz iyirmi dörd manat iyirmi bir qəpik) məbləğində borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" İB ilə "xxxx" ASC arasında arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, "xxxx" ASC-nin "xxxx" İB-yə 31.03.2021-ci il tarixə 474412,21 manat (dörd yüz yetmiş dörd min dörd yüz on iki manat iyirmi bir qəpik) məbləğində borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" İB ilə "xxxx" ASC arasında arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, "xxxx" ASC-nin "xxxx" İB-yə 30.06.2021-ci il tarixə 361692,04 manat (üç yüz altmış bir min altı yüz doxsan iki manat dörd qəpik) məbləğində borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" İB ilə "xxxx" ASC arasında arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, "xxxx" ASC-nin "xxxx" İB-yə 12.11.2021-ci il tarixə 940810,14 manat (doqquz yüz qırx min səkkiz yüz on manat on dörd qəpik) məbləğində borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 28.03.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, "xxxx" ASC-nin qeyd edilən tarixə ümumilikdə borcu 432093,60 manat (sayğac oxunması: 1728672,20 manat + aktlar: 732093,40 manat – ödəmələr: ******* manat = son borc: 432093,60 manat) təşkil edir. - İddiaçı ASC tərəfindən “Azərqaz” İB-yə 20.10.2021-ci il tarixdə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. 06 avqust 2021-ci il tarixində İddiaçı ASC-yə məxsus sayğac açılaraq yoxlanılmış və bununla bağlı 06 avqust 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Daha sonra 29 sentyabr 2021-ci il tarixində G-1600 markalı, turbin tipli, ********** saylı sayğaca dair 01156 saylı qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında sayğacın hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürücünün üzərində olan nömrəli dişli çarxın dişlərinin kənar təsir nəticəsində kəsildiyi, dişli çarxın rəngi və nömrələrinin (31/38- 36/30) fərqli olması göstərilmişdir. Bundan sonra Cavabdeh İB tərəfindən 30.09.2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunaraq, İddiaçı ASC 732096,90 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, sayğac çıxarılarkən üzərində plomb olmuş və ona hər hansı bir kənar müdaxilə olmamışdır. Qeyd olunan fakt məhkəmə araşdırması zamanı şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı ASC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-MTT(113)-8/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin ərizəsi qismən təmin edilərək, Samux rayonu, İstixana qəsəbəsində İddiaçı ASC-yə 732096,90 manat borcun ödənilməməsinə görə təbii qazın verilməsinin dayandırılması Cavabdeh İB-yə 1 ay müddətinə - 02 dekabr 2021-ci il tarixə kimi qadağan edilmişdir. Bundan sonra tərəflər arasında 12.11.2021-ci il tarixdə Razılaşma Protokolu bağlanmış və qeyd edilən protokola əsasən İddiaçı ASC 1090810,14 manat məbləğində borcu hissə-hissə ödəmək şərti ilə (Razılaşma Protokolunda qeyd edilmişdir) Cavabdeh İB ilə razılığa gəlmişdir. Daha sonra Gəncə RQİİ tərəfindən 13.11.2021-ci il tarixli Bərpa Aktı tərtib edilmiş və sözügedən aktda qeyd edilmişdir ki, Samux xidmət sahəsinin İstixana sektorunda qeydiyyatda olan İddiaçı ASC-nin qaz təminatı Razılaşma protokolunu ödədiyi üçün (150000 manat ödəniş edilmişdir) qaynaq vasitəsilə bərpa edilmişdir. Bundan başqa, mübahisələndirilən 30.09.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 732093,40 manat məbləğində borcdan 2022-ci ilin yanvar ayında 50000 manat, 2022-ci ilin fevral ayında isə 200000 manat, 2022-ci ilin mart ayında isə 50000 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən ödənilmişdir. İlkin iddia tələbinin bir hissəsini Cavabdeh ilə “Azrus-Dostluq" ASC arasında bağlanmış 12.11.2021-ci il tarixli “Razılaşma protokolu"nun etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İlkin iddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, Cavabdeh İB tərəfindən 30.09.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı ASC-yə 732093,40 manat məbləğində borc hesablanmışdır. Sözügedən akt tərtib edildikdən sonra Cavabdeh İB tərəfindən İddiaçı ASC-yə qazın verilməsi dayandırılmışdır. Bundan sonra İddiaçı ASC müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-yə verilən qaz təchizatının bərpa olunması və dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-MTT(113)-8/2021 saylı qərardadı ilə İddiaçı ASCnin ərizəsi qismən təmin edilərək, Samux rayonu, İstixana qəsəbəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 732096,90 manat borcun ödənilməməsinə görə təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə 1 ay müddətinə - 02 dekabr 2021-ci il tarixə kimi qadağan edilməsi qərara alınmışdır. Qazın verilməsi ilə bağlı qadağa Cavabdeh İB tərəfindən aradan qaldırılmadığından, İddiaçı ASC istixanada mövsümlə əlaqədar əkinin məhv olmaq təhlükəsinin və külli miqdarda ziyanın qarşısının alınması məqsədi ilə 12.11.2021-ci il tarixdə Cavabdeh İB ilə razılaşma protokolu bağlamış və qeyd edilən protokola əsasən İddiaçı ASC 1090810,14 manat (30.09.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 732093,40 manat borc məbləği də daxil olmaqla) məbləğində borcu hissə-hissə ödəmək şərti ilə (razılaşma protokolunda qeyd edilmişdir) Cavabdeh İB ilə razılığa gəlmişdir. Bundan sonra Gəncə RQİİ tərəfindən 13.11.2021-ci il tarixli Bərpa Aktı tərtib edilmiş və Samux xidmət sahəsinin İstixana sektorunda qeydiyyatda olan İddiaçı ASC-nin qaz təminatı 150000 manat ödəniş edildiyi üçün qaynaq vasitəsilə bərpa edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından və ilkin iddia tələbinin bu hissəsinə münasibətdə işin yuxarıda göstərilən hallarından belə bir nəticəyə gəlinir ki, Cavabdeh İB öz inhisarçı mövqeyindən sui-istifadə edərək İddiaçı ASC-yə suni maneələr yaratmış və sonuncu məcburiyyət qarşısında qalaraq sözügedən 02.11.2021-ci il tarixli protokolu Cavabdeh İB ilə bağlanmışdır. Məhkəmə qeyd etmək istəyir ki, ictimai münasibətlərin nizamlanmasına böyük ölçüdə kömək edən ən önəmli və əsas vasitə olan müqavilənin hüquqi funksiyasını tam mənada yerinə yetirə bilməsi üçün müqavilə azadlığı prinsipinə olan ehtiyac böyükdür. Müqavilə azadlığı prinsipi qüvvədə olan milli mülki qanunvericiliyə də xasdır. Bu prinsip MM-in bir sıra normalarında (6.1.2, 6.1.5., 6.2, 390.1-ci maddələri və s.) aydın şəkildə öz əksini tapmışdır. Müqavilə azadlığının "müqavilə bağlayıb-bağlamama", "müqavilənin qarşı tərəfini seçmə", "müqavilənin məzmununu müəyyənləşdirmə", müqavilə formasını seçmə", "müqavilə şərtlərini dəyişdirmə", "müqaviləni ləğv etmək" azadlığı kimi müxtəlif alt görünüşləri vardır. Müqavilə azadlığının ən önəmli görünüşlərindən biri müqavilənin məzmununu müəyyənləşdirmə azadlığıdır; nəzərə almaq lazımdır ki, müqaviləyə fərqləndirici xüsusiyyət verən onun məzmunudur (şərtləridir). Buna görə də, müqavilə hüququnun ən əsas prinsiplərindən biri olan bu prinsipin vicdanlı şəkildə və ədalətlə istifadə edilməsi lazımdır. Müqavlə azadlığı prinsipinə müəyyən məhdudiyyətlərin tətbiqi məhz bu zərurətdən doğmuşdur. Başqa sözlə, müqavilə azadlığı mütləq deyildir, qanunvericilik bu azadlığıa müxtəlif səbəblərdən müəyyən məhdudiyyətlər gətirmişdir (Məsələn, MM-in 337.1, 390.2, 420-ci maddələr və s.). Müasir dövrdə əksər ölkələrin məhkəmələrinə haqsız müqavilə şərtlərini və ya vicdanlılıq və qarşılıqlı etimad prinsiplərinə zidd olaraq tərəflərin hüquq və vəzifələri arasında uyğunsuzluğa gətirib çıxaran şərtləri etibarsız hesab etmək səlahiyyəti verilmişdir. Müqavilə hüququnun bu istiqamətdə inkişafının əsas səbəbi ondan ibarətdir ki, müqavilə azadlığının əsaslandığı öz maraqlarının qayğısına qalman və öz hərəkətlərinin nəticələrini vaxtında və düzgün anlayan (qiymətləndirən) şəxs - müqavilə tərəfi barəsində ideallaşdırılmış təsəvvürlər müasir dövrdə reallığa uyğun gəlməməktədir. Müasir müqavilə hüququn əsas vəzifəsi "müqavilə ədalətliliyi"nin təcrübədə həyata keçirilməsini təmin etmək, eləcə də, müqavilənin zəif tərəfini qorumaq, müqavilə tərəflərinin biri-birinin maraqlarını nəzərə almağa və onları müqavilə münasibətlərini əməkdaşlıq və vicdanlılıq əsasında qurmağa məcbur etməkdən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında 12.11.2021-ci il tarixdə bağlanmış razılaşma protokolu qanunverciliyin tələblərinin pozulması ilə bağlandığından etibarsız hesab edilməlidir. İlkin iddia tələbinin digər hissələrini Cavabdeh tərəfindən 30.09.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı ASC-yə hesablanmış 732096,40 manatdan ödənilmiş 250000 manat pulun abonent hesabına geri qaytarılması və həmin məbləğin qalan 482093,40 manat hissəsinin abonent hesabından silinməsi təşkil edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir; 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və Cavabdeh İB tərəfindən İddiaçı ASC-nin barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, Cavabdeh İB İddiaçı ASC-nin barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, Cavabdeh İB tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, hazırda qalan borcun 432093,60 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı ASC-yə **********00068 abonent kodu üzrə hesablanmış 432093,40 manat (dörd yüz otuz iki min doxsan üç manat qırx qəpik) məbləğində borc silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Əlavə olaraq qeyd edilir ki, məhkəmə araşdırması zamanı Cavabdeh nümayəndəsi sözügedən mübahisəli akt üzrə borcun necə, hansı qaydada hesablanmasına dair qaneedici izahlar verə bilməmişdir. Eləcə də, Cavabdeh İB tərəfindən tərtib edilən akt qanunsuz olduğundan onun hüquqi nəticəsi kimi İddiaçı ASC tərəfindən Cavabdeh İB-yə ödənilmiş 250000 manat məbləğində pul vəsaiti, Cavabdeh İB tərəfindən İddiaçı ASC-nin **********00068 nömrəli abonent hesabına geri qaytrarılmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh 1025 (min iyirmi beş) manat ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 953 (doqquz yüz əlli üç) manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə ilk öncə qeyd olunmalıdır ki, qarşılıqlı iddia borcun İddiaçı ASC-dən tutulmasından ibarətdir. Məhkəmə ilkin iddia tələbi ilə sözügedən akt üzrə borc məbləğinin silindiyini, bir hissəsinin isə ödənildiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.11.2021-ci il tarixli Razılaşma protokolu etibarsız hesab edilsin. Cavabdeh tərəfindən 30.09.2021-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı ASCnin **********00068 nömrəli abonent hesabına İddiaçı ASC tərəfindən ödənilmiş 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti geri qaytarılsın. Cavabdeh tərəfindən 30.09.2021-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı ASCyə **********00068 nömrəli abonent kodu üzrə hesablanmış 432093,40 manat (dörd yüz otuz iki min doxsan üç manat qırx qəpik) məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumuna görə 953 (doqquz yüz əlli üç) manat məbləğində pul Cavabdehndən İddiaçı ASC-nin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar