Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9437/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh İB-yə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacda Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* saylı aktlarının etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 2700 manat və 1215 manat olmaqla ümumilikdə 3915 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********00103 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıqla məşğuldur. Cavabdeh İB arasında qeyri-yaşayış sahəsinə qaz sayğacının quraşdırılması barədə Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırılmış və **********00103 saylı abunə kodu verilmişdir. Qaz sayğacı quraşdırıldığı vaxtdan, hər ay qazdan istifadəyə görə hesablanmış xidmət haqqını vaxtlı-vaxtında ödəmişdir və aylıq sərfiyyat təxminən 20- 50 manat olmuşdur. Lakin, 2024-cü ildə qeyri-yaşayış sahəsində təmir işləri gedən zaman orada usta işləyən şəxs texniki yalnışlığa yol verərək, qazdan istifadə üçün nəzərdə tutulmuş xəttə deyil, digər xəttə quraşdırmışdır. Lakin kənar xətdən qazdan istifadə təxminən 1 ay davam etmiş və cavabdehin əməkdaşları qaz xəttindən kənar qaz istifadə etməsi bildirilmişdir. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və ona 2700 manat borc hesablanmışdır. Həmin bildirişin səbəbini öyrənmək məqsədilə cavabdehə ərizə ilə müraciət etdikdə, bildirildi ki, xx.xx.2024-cü il tarixdə ******* saylı və 31 avqust 2022-ci il tarixli akt əsasında 1215 manat borc hesablanmışdır. Qaz istismar idarəsinin əməkdaşlarına təxminən 3 ay müddətində 2700 manat dəyərində qaz sərfiyyatının mümkünsüz olmasını, bununla bağlı borcun silinməsi ilə bağlı Cavabdeh İB-nə müraciət etsə də, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh İB-nin əməkdaşları ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın əsasında 2700 manat və xx.xx.2024-cü il tarixli ******* saylı aktın əsasında 1215 manat olmaqla, həmin aktlara əsasən hesablanmış 3915 manat cərimə məbləği ödəməyini tələb etmişlər. Hesab edir ki, Azəriqaz İB-nin sözügedən hərəkətləri ilə onun istehlakçı hüquqları kobud şəkildə pozularaq üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Belə ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, iş üzrə 59 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-9437/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9437/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver