Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-973/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli NQD seriyalı, 015743 nömrəli akt əsasında İddiaçı MMC-yə əlavə hesablanmış 14014,80 (on dörd min on dörd manat səksən qəpik) manat məbləğində pulun silinməsi və mediasiya üçün xərclənmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 132,04 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) xx.xx.2017-ci il tarixdə hüquqi ünvanı, ünvan 1yyətin bu və ya digər fəaliyyəti olmadığından onun fəaliyyəti müvafiq qanunvericilik aktlarına uyğun olaraq dayandırılmışdır. Cəmiyyət fəaliyyət göstərdiyi müddət ərzində istehlak etdiyi elektrik enerjisini özünə məxsus 400 kvt-lıq transformatordan (abonent kodu **********55) təchiz etmişdir. 2023-cü ilin fevral ayında yuxarıda sözügedən transformatorun cərəyan və gərginlik yerləşən yuvasına pişik girmiş və bu səbəbdən də sözügedən transformatorda qısa qapanma yaranmış, qoruyucular atmış və bu səbəbdən də həmin transformatordan elektrik enerjisini təmin edən "xxxx" firmasına elektrik enerjisinin verilişi dayanmışdır. Yuxarıda göstərilən transformatordan elektrik enerjisini təmin edən "xxxx" Firmasının əməkdaşları tərəfindən dərhal bu barədə X5 məlumat verilmişdir. Sözügedən Şəbəkənin əməkdaşları yaranmış problemi aradan qaldırmış və "xxxx" Firmasına elektrik enerjisinin verilişini bərpa etmişdir. X8 tərəfindən “X7 101” MMC-nin adına 02 may 2023-cü il tarixli, 618 nömrəli “Bildiriş Xəbərdalıq” ünvanlanmış, lakin həmin xəbərdarlıq hazırkı vaxtadək İddiaçı MMC-nin ünvanına daxil olmamışdır. Həmin bildiriş-xəbərdarlıqda xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mütəxəssisləri tərəfindən “X7 101” MMCni elektrik enerjisi ilə təmin edən 400 kvt-lıq (inventar nömrəsi 6104158) transformatorun cərəyan və gərginlik yerləşən qapısına vurulmuş ******* saylı möhürə müdaxilə əlamətinin aşkar olunduğuna və bu barədə NDQ seriyalı 015743 saylı akt tərtib olunduğuna istinad olunaraq göstərilmişdir ki, üç fazalı elektrik sayğacı və möhür laboratoriya şəraitində yoxlanılmış və müdaxilə təsdiq olunmuşdur. Daha sonra həmin məktubda göstərilmişdir ki, yazılmış akta əsasən 14014,80 (on dörd min on dörd manat səksən qəpik) manat məbləğində itirilmiş elektrik enerjisinin dəyəri “X7 101” MMC-yə bərpa olunmuşdur. Həmçinin sözügedən məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın müvafiq bəndinə, eləcə də Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2002-ci il tarixli, 893 saylı sərəncamına istinad olunaraq həmin Qərar və Sərəncam daxilində tələbin yerinə yetirilməsi, əks halda müəssisənin enerji təhcizatının əlavə xəbərdarlıq edilmədən xx.xx.2023-cü il tarixdə saat 10:00-dan etibarən dayandırılacağı qeyd olunmuşdur. “X7 101” MMC-yə ünvanlanmış yuxarıda sözügedən bildiriş-xəbərdarlığa əsaslanan X8 xx.xx.2023-cü il saat 10:00-dan xx.xx.2020-ci il tarixli, 003473 nömrəli abonent müqaviləsi əsasında yuxarıda sözügedən transformatordan elektrik enerjisini istehlak edən "xxxx" Firmasına elektrik enerjisinin verilişini dayandırmışdır. Həmçinin İddiaçı MMC heç bir fəaliyyət göstərmir və bu səbəbdən də cəmiyyət tərəfindən elektrik enerjisi istehlak olunmur. Cəmiyyətə 14014,80 (on dörd min on dörd manat səksən qəpik) manat itirilmiş elektrik enerjisi məbləğində hesablanmış vəsaitin heç bir hüquqi və faktiki əsası yoxdur. Bu səbəbdən də hesab edilir ki, cəmiyyətə itirilmiş elektrik enerjisinin sərfiyyatına görə əlavə hesablanmış 14014,80 manat məbləğində pulun silinməsi təmin olunmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na istinad olunmuşdur.
4. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaya etiraz ərizəsi daxil olmamışdır.
5. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qarşı tərəf hazırda X1 edir. Borc faktiki olaraq istifadəyə görə akt əsasında hesablanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir.
7. 28 aprel 2023-cü il tarixli NDQ 015743 nömrəli aktdan məlum olur ki, "xxxx" ASCnin əməkdaşları A.Cəfərov, C.Quliyevin iştirakı ilə akt tərtib edilmiş, akda qeyd edilmişdir ki, EESQ-ya uyğun olaraq baxış keçirən zaman məlum sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunmuşdur. Belə ki, yuva qapısına vurulmuş ******* nömrəli möhürün simi kəsilərək yenidən kley vasitəsilə birləşdirilmişdir. Aktda "xxxx" ASC-nin nümayəndələri “A.” və “C.“ adları qeyd olunmaqla imzalanmış, abonentin nümayəndəsi kimi “Niyazi ” qeyd edilmiş, lakin imzalanmamış, “imtina etdi” qeyd edilmişdir.
8. xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin icra vərəqində İddiaçı MMC (abonent kodu **********5) adlı istifadəçi ilə bağlı NDQ № 015743 nömrəli akt əsasında 14014,80 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır.
9. İddiaçı MMC (abonent kodu **********5) adına abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, xx.xx.2023-cü il tarixində NDQ 015743 nömrəli akt üzrə “EİQ pozulması” əsası ilə 14014,80 manat borc hesablanmışdır. Abonent saldosunda 14653,45 manat borcun olduğu göstərilmişdir.
10. 06 fevral 2024-cü il tarixdə çap edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan məlum olur ki, İddiaçı MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər X3 (mühəndis) və X6 (mühəndis) göstərilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh İddiaçı MMC-yə ünvanlanmış məktubda deyilir ki, xx.xx.2023-cü il tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh İddiaçı MMC-yə ünvanlanmış məktubda deyilir ki, xx.xx.2019-cu il tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, akt əsasında əsassız hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə aiddiyəti məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4.2-ci maddəsinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. 4-2.1.6-cı maddəsinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; 4-2.1.8-ci maddəsinə əsasən yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək; 4-2.1.9-cu maddəsinə əsasən yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. 4-3.1.2-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək sahibkarın hüququdur. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 31.2.3-cü maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
20. İddia tələbi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 015743 saylı akt əsasında hesablanmış 14014,80 manat borcun silinməsindən ibarətdir.
21. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
22. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş, iddiaçı X1 etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir.
23. Müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları iddiaçı ilə bağlı 015743 saylı akt tərtib etmişlər. Həmin aktdan məlum olur ki, EESQ-ya uyğun olaraq baxış keçirən zaman məlum sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunmuşdur. Belə ki, yuva qapısına vurulmuş ******* nömrəli möhürün simi kəsilərək yenidən kley vasitəsilə birləşdirilmişdir.
23. Cavabdeh tərəfindən məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünür ki, İddiaçı MMCnin (VÖEN: **********) xx.xx.2023-cü il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər qismində X3 (mühəndis) və X6 (mühəndis) göstərilmiş, kod olaraq KY231917482 qeyd olunmuş, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsinin olduğu göstərilmişdir. Yoxlamanın predmeti və hüquqi əsaslarının müqavilə şərtlərinə əməl edilməsi, yoxlamanın müddətinin (başlama, sona çatma tarixi) xx.xx.2023 - xx.xx.2023-cü il tarix olduğu qeyd olunmuşdur. Sənəd xx.xx.2023-cü il tarixdə elektron imzalanmışdır.
24. İşin hallarından göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2023-cü il tarixdə imzalanmış, həmin tarixdə də yoxlamanın nəticəsi olan NDQ 015743 nömrəli akt tərtib olunmuşdur. Tarixlər eyni olduğuna reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl ya sonra baş verməsini müəyyən etmək mümkün olmamış, bununla bağlı cavabdeh tərəfindən müvafiq sübutlar təqdim olunmamışdır.
26. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. Yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq, yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək, yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. Eyni zamanda yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.
27. Eyni zamanda qeyd olunmalıdır ki, abonent haqqında məlumatdan çıxarışa nəzər saldıqda görünür ki, 2023-cü ilin aprel ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 3550,40 manat məbləğində elektrik enerjis sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 14014,80 manat borc hesablanmışdır. Halbuki, abonent haqqında məlumatdan görünür ki, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2710,80 manat, 2021-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 2107,80 manat, 2022-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 3915,20 manat, 2023-cü ilin aprel ayı ayı üzrə sərfiyyatı 3550,40 manat və s. olmuşdur, yəni oxşar aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2023-cü ilin aprel ayında sərf etdiyi 3550,40 manat məbləğ arasında nəzərəçarpacaq dərəcədə fərqlər olmamışdır. Eyni zamanda abonent haqqında məlumatdan da görünür ki, digər aylar üzrə sərfiyyat da aşağı olmuş, heç vaxt 5000 manata belə çatmamaışdır.
28. Məhkəmənin qənaətinə əsasən belə olduğu təqdirdə, iddiaçıya akt əsasında 14014,80 manat məbləğin hesablanması əsaslı sayıla bilməz.
29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixli, NDQ seriyalı, 015743 nömrəli akt əsasında əsassız hesablanmış 14014,80 manat (on dörd min on dörd manat səksən qəpik) məbləğində borc iddiaçının abonent hesabından silinməlidir.
30. Eləcə də, iddiaçı 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, cavabdehdən 200 (iki yüz) manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, NDQ seriyalı, 015743 nömrəli akt əsasında hesablanmış 14014,80 manat (on dörd min on dörd manat səksən qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 200 (iki yüz) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova