Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-985/2022 03.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və pul vəsaitinin geri qaytarılması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin fevral ayında ƏDV daxil 17752,21 manat məbləğində əsassız olaraq hesablanmış borcun silinməsi, həmçinin, 2019-cu ilin fevral ayından başlayaraq 2021-ci ilin fevral ayına qədər hesablanmış sərfiyyat üçün cavabdehə əlavə ödənilən ƏDV daxil 11712,96 manat məbləğində pul vəsaitinin, ƏDV daxil 1890 manat məbləğində tətbiq edilmiş cərimənin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində pul vəsaitinin, cəmi 13802,96 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri ayrı-ayrılıqda “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. Bu Saziş imzalandığı gündən 3 iş günü ərzində Azərişıq Tərəflər arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 004278 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nə əsasən X1 elektrik enerji sərfiyyatı zamanı itki üçün hesablanmış və AİŞ tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş 17752,21 manat məbləğində borcu (və əgər varsa, ona hesablanmış hər hansı cərimə faizlərini) silir və bu barədə AİŞ-ə müvafiq bildiriş təqdim edir.
2. AİŞ Sazişin 1-ci bəndində göstərilən bildirişi aldığı gündən 3 iş günü ərzində Bakı Kommersiya Məhkəməsinə müvafiq ərizə ilə müraciət edərək məhkəmənin icraatında olan e-2-2(113)-985/2022 nömrəli iddiadan imtina edir.
3. Tərəflər bəyan edirlər ki, bu Saziş qanunvericiliyə uyğun qaydada səlahiyyətli olan nümayəndələri tərəfindən imzalanmışdır və bu Sazişin predmetini təşkil edən məsələ ilə bağlı aralarında mübahisə qalmamışdır. Bu Saziş hər Tərəfdə 1 nüsxə qalmaqla Azərbaycan dilində 2 əsl nüsxədə imzalanır və yuxarıda göstərilmiş tarixdən qüvvəyə minir. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. Bu Saziş imzalandığı gündən 3 iş günü ərzində Azərişıq Tərəflər arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 004278 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nə əsasən X1 elektrik enerji sərfiyyatı zamanı itki üçün hesablanmış və AİŞ tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş 17752,21 manat məbləğində borcu (və əgər varsa, ona hesablanmış hər hansı cərimə faizlərini) silir və bu barədə AİŞ-ə müvafiq bildiriş təqdim edir.
2. AİŞ Sazişin 1-ci bəndində göstərilən bildirişi aldığı gündən 3 iş günü ərzində Bakı Kommersiya Məhkəməsinə müvafiq ərizə ilə müraciət edərək məhkəmənin icraatında olan e-2-2(113)-985/2022 nömrəli iddiadan imtina edir.
3. Tərəflər bəyan edirlər ki, bu Saziş qanunvericiliyə uyğun qaydada səlahiyyətli olan nümayəndələri tərəfindən imzalanmışdır və bu Sazişin predmetini təşkil edən məsələ ilə bağlı aralarında mübahisə qalmamışdır. Bu Saziş hər Tərəfdə 1 nüsxə qalmaqla Azərbaycan dilində 2 əsl nüsxədə imzalanır və yuxarıda göstərilmiş tarixdən qüvvəyə minir.
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və pul vəsaitinin geri qaytarılması tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fərrux Qasımov