Məhkəmə qərarları › İş №e-2-2(115)-100/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-100/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-100/2021 22.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təbbi qazdan istifadəyə görə yaranmış 16 608 manat vəsaitin və 30 manat dövlət rüsumunun İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2021-ci il tarixə təyin olunmuş və həmçinin hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən iddiaçıya məlumat verilmişdir. Eyni zamanda bu məlumat elektron məhkəmə informasiya sisteminə daxil edilmişdir. Buna baxmayaraq tərəflər məhkəmə iclasına təkrarən gəlməmişlər və bu bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Belə olan vəziyyətdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 259.0.7, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar