Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-11/2021 06.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmər Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı cavabdehin Şəmkir RQİİ-nə təbbi qazdan istifadəyə görə yaranmış ümumilikdə 93 261,60 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Şəmkir RQİİ-nin "xxxx"ASC-də olan hesablaşma hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı X6 arasında bağlanmış təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh X6 İddiaçı tərəfindən təbii qazla təchiz olunur. Qazdan istifadəyə görə 93 261,60 manat borcu yaranmışdır. Borcun ödənilməsinin məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasına riayət edilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki,cavabdehin 93 261,60 manat borcu yaranmışdır, həmin borc üzrə başqa məhkəmə mübahisəsi olmuş və nəticədə 47 356,44 manat hissəsində məhkəmə qətnaməsi üzrə borcun tutulması qət edilmiş, 18 192 manat isə cavabdeh tərəfindən borcdan ödəniş olunmuşdur. İddia tələbinin 27 713,36 manat hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşə əlavə edilmiş: abonentin saldosundan görünür ki, X7a abonent borcu kimi 93 261.60 manat borc qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 18 may 2021-ci il tarixli 2-2(102)-191/2021 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02.10.2020-ci il tarixli 2-2(1040-40/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02.10.2020-ci il tarixli 2-2(1040-40/2020 nömrəli qətnaməsi ilə 47 356,44 manat pulun X3 hesabından silinməsi qət edilmişdir. 24.12.2018-ci il tarixli, GA676 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı X6 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 13 may 2021-ci il tarixli 01/01QŞ13HŞ664 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. X1 abonent saldosundan görünür ki, ona istehlak etdiyi təbii-qaza görə 93 261.60 manat borc qeyd edilmişdir. Məhkəmə araşdırması iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisələndirilən borc məbləğinin 47 356,44 manat hissəsinə dair məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. 18 192 manat hissəsində isə abonent tərəfindən ödəniş edildiyindən mübahisə mövcud deyildir. Göründüyü kimi, mübahisələndirilən 93 261,60 manat borcun 18 192 hissəsi cavabdeh tərəfindən ödənilmiş, 47 356,44 manat hissəsi isə məhkəmə qətnaməsi ilə əsassız sayılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə X2 27 713,36 manat borc məbləği və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-ci il ci qərarının 1-ci bəndinə əsasən: 1.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 təbii qazdan istifadə nəticəsində yaranmış 27.713,36 (iyirmi yeddi min yeddi yüz on üç manat otuz altı qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-11/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-11/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver