Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-117/2021 18.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin rəhbəri X4 qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin rəhbəri X2 istifadə etdiyi təbii qaza görə 52680.87 manat məbləğində debitor borcun və 30.40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC rəhbərliyi ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli, AG-338 saylı müqavilə bağlanmışdır. Bağlanılmış müqaviləyə əsasən cavabdeh “Cavabdeh ASC İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin Cavabdeh ASC rəhbərliyi bağlanmış müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə edilən təbii qazın dəyərinə görə cavabdehin İddiaçınə 143082.60 (yüz qırx üç min səksən iki manat, altmış qəpik) manat məbləğində debitor borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən xx.xx.2020-ci il tarixli, FM-01/13-087 saylı məktubla pretenziya qaydasında müraciət olunmuş və cavabdehə borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehin tərəfindən qismən ödənişlər aparılmış və xx.xx.2020ci il tarixə 52680.87 (əlli iki min altı yüz səksən manat, səksən yeddi qəpik) manat borcu vardır. Lakin Cavabdeh ASC rəhbərliyi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və İddiaçınə 52680.87 (əlli iki min altı yüz səksən manat, səksən yeddi qəpik) manat məbləğində debitor borcu yaranmışdır. Borc əsaslıdır. İstehlakçı tərəfindən ödənilməlidir. Lakin cavabdeh borcu könüllü ödəməkdən imtina edir. İddiaçı nümayəndəsi Nümayəndə ərizəsinə əsasən Cavabdeh ASC-nin rəhbəri X6 əsl Cavabdeh ASC ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəf borcu tam ödəməmişdir. Pretenziya məktubundan sonra cavabdeh tərəfindən ödəniş edilmişdir. Sonradan yenə də borc atmışdır. Borc yalnız sayğac üzrədir, saldo və hesab faktura məhkəməyə təqdim olunmuşdur. Saldoda cavabdehin ödəniş etməli olduğu borcun fevral ayının göstəricisi qeyd edilmişdir. Sonuncu dəfə mart ayının 16-da cavabdeh tərəfindən cəmi 28735 manat 79 qəpik məbləğində ödəniş edilmişdir. Həmin məbləğin tələb olunan 52680 manat 87 qəpikdən çıxılmaqla, 23944 manat 21 qəpik borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, borcla razılaşmır, borcun yanvar ayına olan 28735 manat məbləğdə olan hissəsini qəbul edir. Gecikmələrin olmasına baxmayaraq borclarını ödəyirlər. Noyabr ayında borc tam ödənilmişdir. Müqavilə şərtinə uyğun olaraq İddiaçı nümayəndəsi gəlməli, sayğac açılmalı və akt tərtib edilərək borc göstərilməli idi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2018-ci il tarixli AG-338 saylı qazın alğı-satqısı müqaviləsindən, xx.xx.2020-ci il tarixli abonentin saldosundan və xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh “Cavabdeh ASC təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 52680.87 manat borcu yaranmış, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcunu tam ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 654-796 nömrəli ödəniş tapşırığından görünür ki, “Cavabdeh ASC tərəfindən X11 İdarəsinə 24352 manat 37 qəpik, 654-797 nömrəli ödəniş tağşırığına əsasən isə 4383 manat 42 qəpik ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdeh “Cavabdeh ASC-nin borcu 104413 manat 51 qəpik təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı Cavabdeh ASC sayğacla müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 23945 manat 08 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi cavabdehin xx.xx.2021-ci il tarixdə ödədiyi 28735 manat 79 qəpik tələb olunan məbləğdən çıxıldılda, cavabdehin istehlak edilmiş təbii qaza görə borcu 23945 manat 08 qəpik manat təşkil edir. Cavabdeh tərəf daha az məbləğdə borcu qalmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23945 manat 08 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-117/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-117/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver